“Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı”

OLYMPUS DIGITAL CAMERA“Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” Ictimаi Birliyinin tərəfindən “Korrupsiya əleyhinə mübarizə: yeni ideyalar, yeni yanaşma və yeni qüvvələr!” layihəsi  çərçivəsində keçirilən tədbirə qatılan Rəna Səfərəliyeva ölkədə şəffaflılğın arıtılması  sahəsində “Transparency Intenational-Azerbaijan» təşkilatının fəaliyyəti barədə məlumat verib. Rəna Səfərəliyeva ilə yanaşı tədbirdə “Freeedom House” təşkilatının rəhbəri xanım Guseth Cristina Adriana, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatotu Əliməmməd Nuriyev və “Junior  Achievement  Georgia” təşkilatının rəhbəri xanım Eka Geqeşidze də çıxış edib. Tədbirdə hər bir məruzə üzrə ayrı-ayrılıqda müzakirlərə aparılmış, çoxlu sayda suallar cavalandırılmışdır.
Konfransın və ümumilikdə layihənin nəticəsi olaraq “Qara Dəniz ölkələri QHT-lərinin şəbəkəsinin” yaradılması nəzərdə tutulur. Bu istiqamətdə artıq xeyli işlər görülmüş 5 ölkədə  (Azərbaycan, Rumıniya, Ukrayna, Gürcüstan, Moldova ) fəaliyyət göstərən QHT-lərlə ilkin razılaşmalar yekunlaşmışdır. Gələcəkdə digər ölkələrin, həmçinin Türkiyənin vətəndaş cəmiyyəti institutlarının da bu prosesə cəlb edilməsi üzrə işlər davam etdirilir.

Related posts: