DÖVLƏT QURUMLARINA TƏQDİM EDİLMİŞ TÖVSİYƏLƏRİN İCRA VƏZİYYƏTİNİN MONİTORİNQİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

11412340_939217822765727_5293493718177785136_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə ötən iki il ərzində dövlət qurumlarına təqdim edilən tövsiyələrin icra vəziyyətinin monitorinqinin nəticələri ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Hesabat 2013-cü ilin sentyabr ayından 2014-cü ilin sentyabr ayına qədər olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, “Azəriqaz” IB və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə keçirilən dəyirmi masalarda, eləcə də digər vasitələrlə hər birinə ayrı-ayrılıqda təqdim olunan tövsiyələrin icra vəziyyətinin monitorinqini əhatə edir.

Monitorinqin yekunları ilə bağlı keçirilən tədbirin açılışını edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Rəna Səfərəliyevanın sözlərinə görə, “Ötən dövr ərzində dövlət qurumlarında şəffaflığın təmin edilməsi və idarəetmənin daha səmərəli qurulması istiqamətində, xüsusilə də elektron alətlər vasitəsilə, xeyli uğurlu işlər görülüb. Lakin qeyri hökumət təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsi, şəffaflığın və hesabatlılığın təmin olunması, maliyyə xarakterli hesabatların açıq şəkildə təqdim olunması ilə bağlı bir sıra çatışmazlıqlar qalmaqdadır”.

Monitorinqin yekununu təqdim edən “Şəffaflıq Azərbaycan” təşkilatının Qrant Meneceri Zümrüd İsmayılova bildirib ki, təqdim olunan hesabat əlilliyi olan şəxslərin hüquqlarının qorunması, vətəndaşların daha səmərəli sistemlə qeydiyyatdan keçməsi, istifadəçilərə qazın səmərəli təchizatı, daşınmaz əmlakın qeydiyyatı sahələrində ünvanlanmış tövsiyələrin həyata keçirilməsini təhlil edir. O qeyd edib ki, ŞA tərəfindən verilmiş tövsiyələr bir neçə ümumi istiqamətə bölünüb:

  • Qanunvericiliyin təkmilləşdirilməsi;
  • İnstitusional çatışmamazlıqlara diqqətin artırılması;
  • Elektron xidmətlərin göstərilməsi;
  • Dövlət qurumlarının şəffaflığının və hesabatlılığının təmin olunması.

Daha sonra hesabatda qeyd olunan dövlət qurumu nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələr keçirilib.Hesabat ilə buradan tanış ola bilərsiniz

Related posts: