ELAN: QHT-LƏR ÜÇÜN TƏLİM

a

“Şəffaflıq Azərbaycan” təşkilatı Azərbaycanın regionlarında fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrini 5-6 Avqust tarixlərində “QHT-lərin idarəetmə bacarıqlarının inkişafı” mövzusunda keçirəcəyi təlimlərdə iştirak etməyə dəvət edir.

 

Təlimlərdə kimlər iştirak edə bilər?

Təlim Azərbaycanın regionlarında fəaliyyət göstərən QHT-lərin nümayəndələri (rəhbər, layihə meneceri və ya koordinatoru) üçün nəzərdə tutulmuşdur.

Təlimlərdə hansı bilik və bacarıqlar öyrədiləcək? Təlimlərdə QHT-nin səmərəli fəaliyyəti üçün tələb olunan aşağıdakı bilik və bacarıqlar tədris olunacaq:

  • QHT-lərdə yaxşı idarəçilik
  • QHT-lərin menecmenti
  • QHT-lərin fəaliyyətinin şəffaflığı
  • Qrantların qeydiyyatı sahəsində mövcud qanunvericilik (2014-2015-ci illərdə qanunvericiliyə edilmiş dəyişikliklər)

Təlimi uğurla başa vuran iştirakçılara təşkilatımız tərəfindən sertifikat veriləcək.

Təlimlər nə vaxt keçiriləcək?

Təlim 5 avqust 2016-cı il tarixində saat 13.00-18.00 arasında və 6 avqust 2016-cı il tarixində 10.00-15.00 arasında keçiriləcək.

Təlim iştirakçılarının regionlardan gəldiyini nəzərə alaraq, onlar 1 gecə qalmaq üçün yer, eləcə də axşam və səhər yeməyi ilə də təmin olunacaqlar.

Yol xərcləri iştirakçılar tərəfindən təmin olunmalıdır.

Təlimin keçiriləcəyi məkan barədə məlumat iştirakı təsdiq olunmuş müraciətçilərə göndəriləcək.

Təlimdə iştirak etmək üçün nə etməliyik? Təlimdə iştirak etmək üçün zumrud@transparency.az elektron ünvanına öz CV-nizi, təmsil etdiyiniz təşkilatın adını və əlaqə məlumatınızı (email və telefon nömrəsi) göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix 28 iyul 2016-dır. Bu tarixdən sonra edilən müraciətlərə baxılmayacaqdır.

Təlim Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində həyata keçirilir. Təşkilatımız və AŞT layihəsi haqqında daha ətraflı məlumatı saytımızdan və ya Facebook səhifəmizdən əldə edə bilərsiniz.

Vebsaytımız: www.transparency.az

Facebook səhifəsimiz: https://www.facebook.com/Transparencyazerbaijan

Əlaqə nömrələrimiz:

Ofis: +994 12 596 20 38/497 81 70/ 497 68 15

Mobil: +994 55 291 00 02

Related posts: