Elektrik enerjisi təchizatı sahəsində əldə edilən nailiyyətlər və vətəndaşların qarşılaşdıqları problemlər

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, 14 Iyun tarixində Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi və “Bakıelektrikşəbəkə” ASC-nin (Bakı şəhəri üzrə elektrik enerjisi təchizatçısı şirkət) və digər tərəflərin iştirakı ilə “Elektrik enerjisi təchizatı sahəsində əldə edilən nailiyyətlər və vətəndaşların qarşılaşdıqları  problemlər”in müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.
Son illərdə əhaliyə enerji təchizatı sahəsində xidmətin səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya yeni sayğacların quraşıdırılması, istehlakçılar tərəfindən verilən ödənişlərin komputerləşdirilməsi, təchizatçı və istehlakçıların öhdəliklərinin müəyyənləşdirilməsi, müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması və s. məsələləri daxildir.
Tədbirin keçirilməsində əsas məqsəd elektrik enerji təchizatının şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları ən aza endirmək və bu kimi çatışmazlıqları aradan qaldırılması istiqmətində müəyyən tövsiyyələr verməkdən ibarət olub. Digər bir vacib amil isə vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq,  korrupsiyaya  qarşı mübarizə ilə   bağlı ictimai müzakirələrin təşviq edilməsinə nail olmaqdır.
Tofiq Abdullayev, Bakıelektrikşəbəkə ASC-nin Abonent şöbəsinin müştəri xidmətləri bölməsinin rəisi son illər enerji təchizatı, abonenetlərə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən işlərlə bağlı danışıb.  Şəffaflıq Azərbaycan təşkilatının eksperti Kənan Qasımov enerji təchizatında şəffaflıq problemləri barədə çıxış edib və problemlərin aradan qaldırılması ilə bağlı tövsiyyələrini çatıdırıb. Konstitutsiya Araşdırmalar Fondu tərəfindən icra olunan “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin eksperti Ələlkbər Ağasıyev elektrik enerjisi təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquq pozmalarından danışıb.  Qeyd edilib ki, istehlakçıların əsas problemi elektrik enerjisinin keyfiyyətinin qənaətbəxş olmaması, əhali ilə elektrik enerjisindən istifadə ilə bağlı qarşılıqlı müqavilənin bağlanmaması və qüsur aktlarının prosedur pozuntularla tərtib olunmasıdır.
Iştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin effektiv nəticələr verə biləcəyini və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacib olduğunu bildiriblər. r.ib olduğunu bildiribl
ləcəyini və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin  Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırlıb.Daha ətraflı burada

Related posts: