“Şəffaflıq Azərbaycan”, Konstitusiya Araşdırmaları fondu və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım fondu ATƏT-in Bakı ofisinin dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Fərmanının icrası vəziyyəti barədə ilkin təhlilin nəticələrini təqdim edir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı ilə Mərkəzi icra hakimiyyəti orqanlarına bir sıra tapşırıqlar verilmişdir. Layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən tapşırıqların həyata keçirilməsi səviyyəsi araşdırılıb.
Təhlillərin nəticələri əsasında demək olar ki, Elektron xidmətlərin göstərilməsi tapşırılan 41 dövlət qurumun böyük əksəriyyətində müəyyən işlər görülüb, lakin daha böyük həcmdə hələ görüləcək işlər qalmaqdadır. Dövlət qurumlarının göstərəcəyi elektron xidmətlərinin sayı böyük diapazonda dəyişir. Bu fərqlər təbiidir və əksər hallarda müvafiq dövlət qurumunun fiziki və hüquqi şəxslərlə irtibat intensivliyindən asılıdır.
41 dövlət qurumu üzrə cəmi göstərilməli olan elektron xidmətlərin sayı 285-ə bərabərdir. Bu sayda nəzərdə tutulan xidmətlərdən demək olar ki, tam şəkildə 15 dekabr 2011-ci il tarixinə 41-i təmin edilir (ümumən 14%). 42 xidmət növü qismən təmin edilir, qalan 202 xidmət növü üzrə təəssüflər olsun ki, vəziyyət qeyri məqbuldur, bir çox dövlət qurumları müvafiq işləri hələ tamamlamamışlar.Elektron xidmətlər göstərilməsi sahəsində xeyli iş görmüş bir neçə qurumun adı çəkilə bilər. Bunların arasında ən geniş şəkildə bu xidmətləri göstərən qurumlar Vergilər Nazirliyi, və Dövlət Sosial Müdafiə Fondudur. Səliqəliyi və tamlığı ilə fərqlənən digər bir veb-səhifə Dövlət Miqrasiya Xidmətinə məxsusdur. Elektron xidmətlərin tətbiq edilməsinin dövlət orqanları əməkdaşları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endiririr və korrupsiyaya şərait yaradan halları aradan qaldırır. Elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirilir və qarşıya qoyulan məqsədlərə nail olmaq istiqamətində işlərin sürətləndirilərək davam etdirilməsi vacb əhəmiyyət kəsb edir. Hesabatla burada tanış ola bilərsiniz.
ELEKTRON XİDMƏTİN GÖSTƏRİLMƏSİ SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ İLƏ BAĞLI APARILAN MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANIB
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan...
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ AZƏRİQAZ QAZ TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HES...
"Şəffaflıq Azərbaycan" KQMIB Milli Şəffaflıq Sisteminin qiymətlən...
HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ Sosial sığorta və pensiya təminatı sa...
QHT-lər üçün Layihələrin Yazılması üzrə Təlim
Korrupsiya Qavrama İndeksi (KQİ) 2016
Vergi Məcəlləsinə dəyişikliklər: torpaq vergisi və torpağın satışına vergi
Korrupsiya Qavrama İndeksi (KQİ) 2019