“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə elektron xidmətlər: dövlət-vətəndaş münasibətlərində yeni ünsiyyət platformasını müzakirə etmək məqsədilə seminar keçirib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbirdə “Şəffaflıq Azərbaycan” təşkilatının elektron hökumət və xidmətlər üzrə eksperti Məhəmməd Muradov tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyib.
Gənclərin və müxtəlif universitetlərin, o cümlədən Xəzər Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələrinin iştirakı ilə keçirilən seminarda elektron hökumət quruculuğunun müasir dünyada dövlət siyasətində rolu, bunun məmur və vətəndaş münasibətlərinə təsiri, vətəndaşlar üçün müsbət təsirləri müzakirə edilib. Xüsusilə, bu praktikanın Azərbaycanda dövlət qurumları tərəfindən tətbiqindəki uğurlar və problemlər, onun inkişaf etdirilməsi üçün görülməsi vacib olan işlər haqqında gənclər məlumatlandırılıb. Həmçinin, gənclərin xidmətlər barəsində məlumatlanması, ondan istifadə etməsi, xidmətlərin inkişafı ilə bağlı xidmət təminatçısına rəy bildirməsi elektron xidmətlərinin məzmununun inkişaf etməsi baxımından vacib əhəmiyyəti üzərində fikir mübadiləsi aparılıb. Seminarın məqsədi tələbələri maraqlı olan e-xidmətlərlə bağlı məlumatlandırmaq və onlardan istifadə etməklə bağlı əsas bilik və təlimatları aşılamaqdır.
Görüşün növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib, dəvət olunmuş ekspert elektron xidmətlərlə bağlı gəncləri maraqlandıran suallara cavab vermişdir. İştirakçılar elektron xidmətlərin miqyasının genişləndirilməsinin vacib olduğunu bildiriblər. O cümlədən, bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
“Elektron xidmətlər: dövlət-vətəndaş münasibətlərində yeni ünsiyyət platforması” mövzusunda SEMINAR KEÇİRİLİB
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ “AZƏRSU” ASC SU TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ V...
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI ZAMANI QARŞIYA ÇIXAN...
“GƏNCLƏRİN BÜDCƏ PROSESİNDƏ İŞTİRAKÇILIQ İMKANLARI” mövzusunda təlim keç...
“Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan...
Korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı
“Elektron məhkəmə” informasiya sistemi ictimaiyyətə təqdim olunub
Milli Məclisdə vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə e...
Vəkilə ödənilməli olan xidmət haqqı ödəmə terminalları vasitəsilə həyata ke...