“Şəffaflıq Azərbaycan” təşkilatının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Azərbaycan Şəffaflıq Təşkilatı (APT Layihəsi) Layihəsi çərçivəsində gənclərin könüllü təşəbbüsü ilə növbəti tədbir baş tutmuşdur. “Y-PEER Azerbaijan” gənclər təşkilatının fəal könüllülər komandasının təşkilatçılığı ilə 24-28 fevral tarixlərində “Şəffaflıq və yaxşı idarəetmə” mövzusunda teatr əsaslı təlim keçirilmişdir.
Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclər 5 günlük təlimdə idarəçilikdə şəffaflıq, hesabatlılıq və dürüstlük mexanizmləri barədə fərqli təcrübələrlə tanış olmuş, interaktiv sessiyalar vasitəsilə öyrəndiklərini səhnələşdirmişlər. Təlimin ilk günündə iştirakçılara korrupsiya məfhumu barədə və “Şəffaflıq Azərbaycan” təşkilatının hazırladığı Milli Şəffaflıq Sistemi haqqında məlumat verilmiş, idarəçilikdə şəffaflıq və hesabatlılıq anlayışları beynəlxalq nümunələr əsasında izah edilmişdir. Təlimin ikinci günü korrupsiya halları haqqında məlumat verən şəxslərin hüquqlarının müdafiəsi mexanizmləri və büdcə şəffaflığı mövzuları ilə əlaqəli sessiyalardan ibarət olmuşdur. Təlimin üçüncü günü keçirilmiş hüquqi maarifləndirmə seminarlarında dövlət orqanlarına ərizə və şikayətlərin yazılması, elektron xidmətlərdən istifadə olunması və qaynar xətlərin fəaliyyəti ilə tanış olmuşlar. Son iki gündə iştirakçı gənclər yaxşı idarəçilik mövzusunda müxtəlif sosial tamaşaları hazırlamış və geniş auditoriya qarşısında təqdim etmişlər.
“Şəffaflıq Azərbaycan” təşkilatı APT Layihəsinin gənclər komponenti çərçivəsində silsilə seminar və könüllü təlim sessiyaları həyata keçirir və gəncləri bu fəaliyyətlərdə fəal iştirak etməyə dəvət edir.
GƏNCLƏR “ŞƏFFAFLIQ VƏ YAXŞI İDARƏÇİLİK” MÖVZUSUNDA TƏLİM SESSİYASINI UĞURLA BAŞA VURUBLAR
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ AZƏRİQAZ QAZ TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HES...
Gənclər və universitet tələbələri ilə “KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ ƏSAS ...
“SAHİBKARLIQ FƏALİYYƏTLƏRİNDƏ ŞƏFFAFLIQ MEXANİZMLƏRİ” mövzusunda təlim ke...
Gəncə və ətraf rayonlarda hüquqi maarifləndirmə tədbirləri keçirildi
“Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə e...
Pul vəsaitlərinin nağdlaşdırılması ilə bağlı problem həll olundu
"Səffaflıq Azərbaycan"-da son dəyişikliklər
Korrupsiya Qavrama İndeksi (KQİ) 2019