GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNDƏ ŞƏFFAFLIQ VƏ HESABATLILIQ ” HAQQINDA DƏYIRMI MASA KEÇİRİLİB

13235343_1126129700741204_4960110787051568766_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıq mövzusunu müzakirə etmək məqsədilə təlim keçirib. Təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbirdə müstəqil ekspert Abil Bayramov tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyib.
Gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən təlimdə yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın əhəmiyyəti müzakirə edilib. Eyni zamanda, Bayramov bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsinin institusional və hüquqi mexanizmləri və bələdiyyələrin fəaliyyətinə dövlət və ictimai nəzarət mexanizmləri haqqında danışıb. O cümlədən, gənclərin vətəndaş iştirakçılığının əhəmiyyəti, forma və metodları, şəffaflıq və hesabatlılığın təmin edilməsində müasir informasiya texnologiyalarının rolu haqqında fikir mübadiləsi aparılıb.
Təlimin növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib, dəvət olunmuş ekspert effektiv və şəffaf idarəetmə ilə bağlı gəncləri maraqlandıran suallara cavab veribdir. İştirakçılar bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Related posts: