“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə korrupsiyaya qarşı mübarizədəəsas problemlər mövzusunda seminar keçirib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Bu seminarda məqsəd tələbələri Azərbaycanda korrupsiya ilə mübarizədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üzləşdiyi problemlərlə bağlı məlumatlandırmaq və onların həlli yolları ilə bağlı əsas bilik və təlimatları aşılamaqdır. Tədbirdə ekspert olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqatlar İdarəsinin prokuroru Nazir Quliyev çıxış edib.
Seminarda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlar, praktiki fəaliyyət zamanı qarşıya çıxan problemlərin əsas səbəbləri və çıxış yolları müzakirə edilib. Xüsusilə, bu praktikanın Azərbaycanda dövlət qurumları tərəfindən tətbiqindəki uğurlar və problemlər, onun inkişaf etdirilməsi üçün görülməsi vacib olan işlər haqqında gənclər məlumatlandırılıb.
Seminarın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib. Dəvət olunmuş ekspert korrupsiya və onunla mübarizədə görüləcək işlərlə bağlı gəncləri maraqlandıran suallara cavab vermişdir. İştirakçılar korrupsiyaya qarşı mübarizənin daha da intensivləşdirilməsinin vacib olduğunu bildiriblər. O cümlədən, bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Gənclər və universitet tələbələri ilə “KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ ƏSAS PROBLEMLƏR” haqqinda seminar keçirilib
Gənclər və universitet tələbələri ilə "ASAN ictimai xidmətlərin təqd...
Korrupsiyanı ifşa edərkən…
“GƏNCLƏRİN BÜDCƏ PROSESİNDƏ İŞTİRAKÇILIQ İMKANLARI” mövzusunda təlim keç...
GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “ŞƏFFAFLIQ VƏ YAXŞI İDARƏETMƏ MÖVZUS...
"Səffaflıq Azərbaycan"-da son dəyişikliklər
Məhkəmə hüquq islahatları ilə bağlı yeni addımlar
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planının hazırlanması müza...