GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “ŞƏFFAFLIQ VƏ YAXŞI İDARƏETMƏ MÖVZUSUNDA TEATR ƏSASLI TƏLİM” KEÇİRİLİB

DSC_0095“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə 1-5 Avqust tarixində Şəffaflıq və Yaxşı İdarəetmə mövzusunda teatr əsaslı 5 günlük təlim keçirib. “Y-PEER” Azərbaycan və Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosasiyası ilə birgə təşkil olunan təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsiləvi tədbirlərin davamıdır.

Tədbirdə “Şəffaflıq Azərbaycan”ın nümayəndələri Məhəmməd Muradov, Elvin Yusifli, Aytən Əlizamanlı, eləcə də “Y-PEER” Azərbaycanın üzvləri Ramil Zamanov, Sevinc Səmədzadə, Namiq Abdullayev, Elturan Kazımlı və Səadət Abdullazadə tələbələr üçün tender, korrupsiya ilə mübarizə yolları, fit-çalan, şikayət və digər ərizələrin yazılması mövzularında nəzəri və praktiki biliklər vermişdir.

Müxtəlif universitet tələbələrinin iştirakı ilə keçirilən təlimdə gənclər müxtəlif praktiki tapşırıqlar vasitəsilə nəzəri biliklərinin daha da təkmilləşdirilməsinə nail olublar. Bundan əlavə, beş gün ərzində “Y-PEER” Azərbaycanın təlimçiləri gənclərə sosial teatr haqqında mühazirə keçmiş və final tamaşaların hazırlanmasını koordinasiya etmişlər.

Təlimin əsas məqsədi gənclərə şəffaflıq və yaxşı idarəetmə mövzusunda daha dərindən nəzəri və praktiki biliklər aşılamaq, eyni zamanda sosial tamaşalar vasitəsi ilə mövcud problemləri geniş auditoriyaya çıxarmaqdır.

lim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB təfindən icra edilən Azərbaycan Şəffaflıq Təfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.

Related posts: