“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Gənclərin büdcə prosesində iştirakçılıq imkanları” mövzusunda təlim təşkil edildi. Təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamı idi.
Tədbir “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi; Bakı ş., Cəfər Cabbarlı küç. 16, mən. 7ünvanında 19 dekabr, 2015-ci il tarixində, saat 13:00-dan 15:00-dək təşkil olundu. Bu seminarda məqsəd tələbələrə və gənclərə sosial şəbəkələr vasitəsilə onların büdcə biliklərinin və hökumətin büdcə qərarları ilə bağlı məlumatlılığının genişləndirilməsi haqqında məlumat vermək idi.
Təlimdə ekspert qismində çıxış edən müstəqil ekspert, Samir Əliyev gənclərin büdcə prosesinə marağı və büdcə məlumatlarını əldə etmək üçün canatımı, manelər, informasiya infrastrukturunun durumunun qiymətləndirilməsihaqqında məlumat verdi.
Təlimin sonrakı hissəsi interaktiv formada təşkil edildi. Ekspert gənclərin Milli Məclisdə büdcə müzakirələri ilə əlaqədar olan müxtəlif məsələlərə dair suallarını cavablandırdı.
“GƏNCLƏRİN BÜDCƏ PROSESİNDƏ İŞTİRAKÇILIQ İMKANLARI” mövzusunda təlim keçirilib
Rəna Səfərəliyeva Azərbaycanın bir qrup vətəndaş cəmiyyətinin üzvləri ilə b...
Korrupsiya Qavrama İndeksi 2012
Korrupsiya Qavrama İndeksi 2014
HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ Fərdi yaşayış evlərinin qeydiyyatı s...
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” YENİ İDARƏ HEYƏTİNİ SEÇİB
Milli Məclisdə vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə e...
Azərbaycanda “Hökumət buludu” yaradılacaq
Strasburqda Azərbaycanla bağlı məruzə təqdim olundu