Gənclər və universitet tələbələri ilə “KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ ƏSAS PROBLEMLƏR” haqqinda seminar keçirilib

11070635_923888044298705_8949794496464300830_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə korrupsiyaya qarşı mübarizədəəsas problemlər mövzusunda seminar keçirib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Bu seminarda məqsəd tələbələri Azərbaycanda korrupsiya ilə mübarizədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üzləşdiyi problemlərlə bağlı məlumatlandırmaq və onların həlli yolları ilə bağlı əsas bilik və təlimatları aşılamaqdır. Tədbirdə ekspert olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin  Preventiv Tədbirlər və Təhqiqatlar İdarəsinin prokuroru Nazir Quliyev  çıxış edib.
Seminarda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlar, praktiki fəaliyyət zamanı qarşıya çıxan problemlərin əsas səbəbləri və çıxış yolları müzakirə edilib. Xüsusilə, bu praktikanın Azərbaycanda dövlət qurumları tərəfindən tətbiqindəki uğurlar və problemlər, onun inkişaf etdirilməsi üçün görülməsi vacib olan işlər haqqında gənclər məlumatlandırılıb.
Seminarın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib. Dəvət olunmuş ekspert korrupsiya və onunla mübarizədə görüləcək işlərlə bağlı gəncləri maraqlandıran suallara cavab vermişdir. İştirakçılar korrupsiyaya qarşı mübarizənin daha da intensivləşdirilməsinin vacib olduğunu bildiriblər. O cümlədən, bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Related posts: