Gənclər və universitet tələbələri ilə “KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ QAYNAR XƏTTİN ROLU” mövzusunda seminar keçirilib

30 l“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə korrupsiyaya qarşı mübarizədə qaynar xəttin rolu mövzusunda seminar keçirib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır.

Seminarın məqsədi gənclərə qaynar xəttin rolu, onun effektivliyi, o cümlədən korrupsiya halları ilə qarşılaşarkən qaynar xətdən istifadə qaydaları haqqında məlumat verməkdir. Seminarda ekspert olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təşkilati və İnformasiya Təminatı İdarəsinin böyük prokuroru cənab Ramin Hüseynov  çıxış edib.  Gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən seminarda cənab Ramin Hüseynov korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin korrupsiyaya qarşı mübarizədə qaynar xəttin bir vasitə kimi vacibliyini qeyd etmişdir. Xüsusilə, bu praktikanın Azərbaycanda dövlət qurumları tərəfindən tətbiqindəki uğurlar və problemlər, onun inkişaf etdirilməsi üçün görülməsi vacib olan işlər haqqında gənclər məlumatlandırılıb.

Seminarın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib; dəvət olunmuş ekspert korrupsiya və onunla mübarizədə görüləcək işlərlə bağlı gəncləri maraqlandıran suallara cavab vermişdir. İştirakçılar korrupsiyaya qarşı mübarizədə qaynar xəttlərin cəmiyyətdə daha da geniş təbliği üçün sosial çarxların çəkilməsinin əhəmiyyətini vurğulayıblar.

Related posts: