11 Mart tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə sosial təminat sahəsində ünvanlı sosial yardımın rolu və bu istiqamətdə qarşıya çıxan problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçirib. Tədbir hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabtlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur. Dəyirmi masada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.
Son illərdə müvafiq dövlət qurumları tərəfindən ünvanlı sosial yardımın təyin edilməsi və verilməsi sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması, korrupsiya hallarına yol verən işçilərinin cəzalandırılması və s. məsələləri daxildir. Amma bununla belə, bu sahədə müəyyən çatışmazlıqlar qalmaqdadır. Tədbirin keçirilməsində əsas məqsəd ünvanlı sosial yardımın təyin edilməsi prosesinin şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları ən aza endirmək və, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır
Dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Orxan İsgəndərov əhalinin sosial təminatının arıtırlmasında ünvanlı sosial yarıdımın rolunundan danışıb. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Konstitutsiya” Araşdırmalar Fondunun eksperti Müzəffər Baxışov çıxış edərək ünvanlı sosial yardımın təyin olunmasında və paylanmasında qarşıya çıxan problemlır barədə söz açıblar. Tədbirin sonunda “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin əməkdaşı Kənan Qasımov vətəndaşlara ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətin keyfiyyətinin artırılması ilə bağlı ümumi tövsiyyələrlə çıxış edib.
İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, ünvanlı sosial yardım sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.Daha ətraflı burada
HÖKUMƏTLƏ VƏTƏDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI MÜZAKİRƏ APA RIBLAR
2011-ci il Korrupsiya Qavrama İndeksini
Ədliyyə Nazirliyi və “Şəffaflıq Azərbaycan vətəndaşlıq vəziyyəti aktlarını...
9 dekabr dünyada Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur
"Şəffaflıq Azərbaycan" təşkilatı dövlət satınalmaları sahəsində ...
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ AZƏRİQAZ QAZ TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HES...
Qrant müqavilələrinin qeydə alınması Qaydasına dəyişikliklərlə bağlı
Korrupsiya Qavrama İndeksi (KQİ) 2017
Beynəlxalq Şəffaflıq Təşkilatının regional görüşü keçirilib