“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə çoxmənzilli binaların qeydiyyatı sahəsində nailiyyətləri və qarşıya çıxan problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Tədbirhökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində dialoqun dəstəklənməsi məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur. Tədbir iştirakçıları tərəfindən çoxmənzilli binaların qeydiyyatı zamanı yaranan korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqlar müzakirə edilib, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoyulub. Dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, “Bakı Elektrik Şəbəkə” ASC, “Azərsu” ASC və digər dövlət orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə danışan “Şəffaflıq Azərbaycan” təşkilatının eksperti Hafiz Həsənov çoxmənzilli binaların qeydiyyatında mövcud problemlərin və qanunvericilikdə mövcud boşluqların aradan qaldırılması ilə bağlı ümumi tövsiyələrlə çıxış edib. Dövlət orqanlarının nümayəndələri çoxmərtəbəli binalara dövlət nəzarətinin mövcud vəziyyətindən və onların qeydiyyatı sahəsində həyata keçirilmiş uğurlu islahatlardan danışıb. İştirakçılar belə qənaətə gəliblər ki, son dövrlərdə bu sahədə qanunvericiliyə edilən dəyişikliklər (“Tikinti layihələrinin Ekspertizadan keçirilməsi qaydaları, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi qaydalar”ının təsdiq edilməsi və s.) bir çox məsələlərin həll edilməsinə köməklik göstərsə də, çoxmənzilli binaların qeydiyyatı ilə bağlı vətəndaşların üzləşdikləri bəzi problemlər hələ də qalmaqdadır. Nəticə etibarı ilə tikintisi başa çatmamış və istismara qəbul edilməmiş binaların problemlərinin həll edilməsi üçün “bir pəncərə” prinsipi əsas götürülməklə aidiyyəti orqanların nümayəndələrinin iştirak etdiyi Komissiyanın yaradılması və bu Komissiyanın vətəndaş cəmiyyətinə, əhaliyə açıq şəkildə xidmət göstərməsi, bu sahə üzrə bütün məlumatların vahid məlumat bazasında əks olunması ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
İştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, çoxmənzilli binaların qeydiyyatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumlarına təqdim edilsin. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.Tovsiyyələrnən buradan tanış ola bilərsiniz.
Hökumətlə vətəndaş cəmiyyəti üzvləri çoxmənzilli binalarin qeydiyyati sahəsində nailiyyətlər və problemlər haqqinda müzakirə apariblar
“Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı”
Korrupsiya Qavrama İndeksi 2012
“Korrupsiyaya qarşı mübarizəyə dair 2015-ci il üçün Milli Fəaliyyət Planı”n...
QHT-lər üçün Layihələrin Yazılması üzrə Təlim
Jurnalistlər üçün Satınalmalar Sahəsində Təlim Elanı
BEYNƏLXALQ ŞƏFFAFLIQ TƏŞKİLATININ BƏYANATI
Beynəlxalq Şəffaflıq yeni İdarə Heyətini seçdi
Vergilər naziri: "Kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını...