“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi “Rəsmiləşdirilə bilinməyən daşınmaz əmlakın dövlət qeydiyyatı ” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.
AR Əmlak Məsələləri Dövlət Komitəsi, AR İqtisadiyyat Nazirliyi, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, AR Vergilər Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, bələdiyyə və müxtəlif kommunal sahə ilə əlaqədar qurumların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva edib. O, daşınmaz əmlakın qeydiyyatı sahəsində özbaşına tikintilərin sayının artmasının ölkə daxilində böyük sosial problemə çevrilməsinə doğru irəlilədiyini vurğulayıb. Səfərəliyeva dövlət orqanları tərəfindən bu problemin tez bir zamanda həll edilməsi üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov daşınmaz əmlakın qeydiyyatı zamanı tətbiq olunan mövcud qanunvericiliyin müddəaları barədə məlumat verdikdən sonra iştirakçıların suallarını cavablandırıb.
Tədbirin davamında “Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin ekspert hüquqşünası Hafiz Həsənov daşınmaz əmlakın qeydiyyatdan keçirilməməsi nəticəsində yaranan hüquqi və sosial problemləri, həmçinin, vətəndaşların üzləşdiyi çətinlikləri tədbir iştirakçılarına, o cümlədən müvafiq dövlət qurumlarına çatdırıb.
Hafiz Həsənov problemin həlli üçün qeydiyyatdan keçə bilməyən evlərin müvafiq siyahısının hazırlanması, həmin evlərin qeydiyyat məsələlərinə baxan xüsusi komissiyanın yaranması, AR Mülki Məcəllənin 178.5 və 178.6 –cı maddələri nəzərə alınaraq komissiyanın fəaliyyətinin təşkili, qanunvericilik bazanın təkmilləşdirilməsi kimi bir sıra tövsiyələri təqdim edərək, bu tövsiyələrin təşkilat tərəfindən xüsusilə qeydiyyatdan keçə bilməyən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı problemin həll olunması üçün hazırlandığını əlavə edib.
Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim edilib.
HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ “Rəsmiləşdirilə bilinməyən daşınmaz əmlakın dövlət qeydiyyatı ” müzakirə ediblər
Cənubi Qafqazda İnformasiya Azadlığı Hesabatı Təqdim Olunub
Notariat sahəsindəki mövcud vəziyyət müzakirə edilib
HÖKUMƏT VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ Notariat sahəsində həyata keçirilən islahatl...
“DAVAMLI INKIŞAF MƏQSƏDLƏRI- 16-CI MƏQSƏD 16: SÜLH, ƏDALƏT VƏ GÜCLÜ INSTITU...
Hökumətlə Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda əhalinin məşğulluq səviy...
Elektron imza sertifikatlarının verilməsi başlayandan ümumilikdə 176 724 se...
Rüşvət almaqda ittiham edilən hakimin məhkəməsinin vaxtı açıqlanıb
Antikorrupsiya tədqiqatlarına dair Bələdçi hazırlanacaq