HÖKUMƏTLƏ VƏTƏDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ PENSİYALARIN TƏYİNATI SAHƏSİNDƏ PROBLEMLƏRIN HƏLLİ YOLLARI İLƏ BAĞLI MÜZAKİRƏ APARIBLAR

clip_image001“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə pensiyaların təyinatı sahəsində problemlərin həlli yolları ilə bağlı müzakirələrin aparılması məqsədilə  dəyirmi masa keçirib. Tədbir hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabtlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur.  Dəyirmi masada Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.
Son illərdə müvafiq dövlət qurumları tərəfindən pensiyaların təyin edilməsi və verilməsi  sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya pensiyaların plastik kartlar vasitəsilə ödənişi, pensiyaların hesablanması prosesinin şəffaflaşdırılması, korrupsiya hallarına yol verən işçilərinin cəzalandırılması  və s. məsələləri daxildir.
Tədbirin keçirilməsində əsas məqsəd pensiyalrın təyinatı zamanı ortaya çıxa biləcək korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək,  eyni zamanda bu sahədə şəffaflığın və hesabtlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır.
Dövlət Sosial Müdafiə Fondunun Aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev, “Pensiyalarin təyin edilməsi və veriliməsi: Azərbaycan təcrübəsi” mövzusunda çıxış edib. İqtisadi Təşşəbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev, “Azərbaycanda pensiya təminatinin bəzi problemləri haqqında danışıb. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva “Pensiyaların  təyin edilməsində şəffaflığın təmin ediləməsilə bağlı ümumi tövsiyyələr səsləndirib.
İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, pensiyaların təyinatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.  Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırlıb.

Related posts: