Hökumətlə Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması mövzusunu müzakirə ediblər

18010899_1476124122408425_4058015961662780095_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsiləvi tədbirlərin davamıdır.

AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Məlumat Hesablama Mərkəzi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, müxtəlif biznes qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə ictimai birliyinin icraçı direktoru Rəna Səfərəliyeva edib.

Tədbirdə Dövlət Məşğulluq Xidməti Statistika Sektorunun müdiri Elçin Səlimov çıxış edərək məşğulluq mərkəzlərinin fəaliyyəti barəsində məlumat verib. O əsasən, Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirləri vurğulayaraq, əmək bazarı, məşğulluq və işsizlik səviyyəsinin mövcud vəziyyəti haqqında danışmışdır.

Tədbirin davamında “Şəffaflıq Azərbaycan» təşkilatının hüquqşünası Aytən Əlizamanlı ilkin olaraq, təşkilat tərəfindən Azərbaycanda işsizlik, iş axtarışı və məşğulluq mərkəzlərinin göstərdiyi xidmətin vəziyyətini araşdırmaq məqsədilə vətəndaşlar arasında keçirilmiş sorğunun nəticələrini təqdim edib. Daha sonra o, bu sahədə vətəndaşların üzləşdikləri problemlər barədə ətraflı danışmış və məşğulluq səviyyəsinin artırılması istiqamətində “Şəffaflıq Azərbaycan” təşkilatının hazırladığı tövsiyələri tədbir iştirakçılarına çatdırmışdır.

Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim edilib.

Related posts: