HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ Daşınmaz əmlaka tətbiq olunan vergiləri müzakirə ediblər

12095141_1018740198146822_1133660211722103615_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Daşınmaz Əmlakın Vergiyə Cəlb Edilməsi” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, AR Vergilər Nazirliyi,  AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, bələdiyyələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva edib. O, daşınmaz əmlakın idarəçiliyi sahəsində əsas problemlərdən birinin 2015-ci ilin fevral ayından etibarən yaşayış və qeyri-yaşayış yerlərinin və 2014-2015-ci illərdə torpaq sahələrinin satışından toplanılan gəlir vergisi olduğunu qeyd edib. 2016-cı ildə qüvvəyə minəcəyi gözlənilən Vergilər Məcəlləsinə dəyişikliklər nəticəsində daşınmaz əmlaka tətbiq olunan vergi dərəcələri satışdan əldə olunan gəlirə əsasən deyil, daşınmaz əmlakın sahəsinə uyğun olaraq hesablanacaq.Tədbirdə danışan Vergilər Nazirliyin nümayəndəsi Nicat Imanov Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı zamanı tətbiq olunan mövcud qanunvericiliyin müddəaları barədə məlumat verdikdən sonra iştirakçıların suallarını cavablandırıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi Babək Əhmədli isə öz nitqində daşınmaz əmlaka vergilərin tətbiq olunması ilə bağlı səlahiyyətləri çərçivəsində gördükləri işlərdən söz açıb.Tədbirin davamında “Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin layihə koordinatoru Məhəmməd Muradov daşınmaz əmlakın vergiyə cəlb edilməsi nəticəsində yaranan problemləri, vətəndaşların üzləşdiyi çətinlikləri tədbir iştirakçılarına, o cümlədən müvafiq dövlət qurumlarına çatdırıb. O, qeyri-yaşayış sahələrinin satışından tutulacaq gəlir vergisi dərəcələrinin kommersiya və qeyri-kommersiya obyektlərinə (məsələn, qaraj və ya emalatxana) fərq qoyulmadan eyni cür tətbiq olunduğunu bildirib. Bu halın xüsusilə qeyri-kommersiya obyekti satan şəxs üçün əlverişsiz olduğunu vurğulayıb. Həmçinin, daşınmaz əmlakın sahəsinin ölçüsü nisbətində vergiyə cəlb olunmasının əmlakın qeydiyyat proseduralarını da sadələşdirəcəyi güman edilir: yerli icra orqanlarından tikinti və bərpa üçün icazə sistemini ləğv edəcək və yenicə tikilən binaların müvafiq qurumlar tərəfindən qəbulunu sürətləndirəcək. Sonda, Muradov əmlak vergisi və mənzil haqqının toplanması qaydalarına edilən dəyişikliklərə də toxunub. Muradov problemlərin həlli üçün tövsiyələri təqdim edərək, bu tövsiyələrin təşkilat tərəfindən daşınmaz əmlak sahəsində vergilərin hesablanması sisteminin sadələşdirilməsi məqsədilə hazırlandığını əlavə edib.Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim edilib.Tovsiyyə iıə buradan tanış ola bilırsiniz.

Related posts: