HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ Sosial sığorta və pensiya təminatı sahəsində problemləri müzakirə ediblər

image“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə sosial sığorta və pensiya təminatı sahəsində problemləri müzakirə etmək və həll yolları təklif etməkməqsədilə dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.
AR Dövlət Sosial Müdafiə Fondu, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, AR İqtisadiyyat Nazirliyi, və digər dövlət orqanları əməkdaşlarının, həmçinin,  vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva edib. O, son zamanlarda baş verən məzənnə dəyişiklikləri əhalinin  sosial vəziyyətini çətinləşdirdiyini və müxtəlif problemlərin yarandığını bildirib. Həmin problemlərin arada qaldırılması üçün dövlət orqanları tərəfindən sosial sahə üzrə, eləcə də pensiya və sosial sığorta sahəsində bir sıra  tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən AR Dövlət Sosial Müdafiə Fondunun  Hüquq və strateji araşdırmalar şöbəsi böyük məsləhətçi-hüquqşunası Nuranə Səfərova göstərilən xidmətlərin şəffaflığı ilə bağlı  qanunvericiliyin inkişafı istiqamətlərində atılan addımlar,  daha sonra Beynəlxalq münasibətlər şöbəsi sektor müdiri Fərid Qarayev DSMF tərəfindən pensiya sisteminin  beynəlxalq konvensiyalar nəzərə alınaraq tətbiqi ilə bağlı ,  həmçinin əmək pensiyasının yığım hissəsinin tətbiqinə dair cıxışlar etmişlər. Tədbir ərzində  DSMF –in pensiya, və müavinətlərinin  sektor müdiri  Eyvaz İsmayılov tərəfindən iştrakcıların sualları cavablandırılmışdır.
Tədbirin davamında “Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin hüquqşünası Aytən Əlizamanlı  və eksperti Emin Səttarov əhalinin sosial sığorta və pensiya təminatı sahəsində yaranan hüquqi və sosial problemlər  və onların həlli yolları ilə bağlı, həmçinin  sosial sığorta stajlarının, pensiyaların hesablanması, müavinətlərin təyin edilməsi və ödənilməsi prosesinin şəffaflaşdırılması və digər məsələlər barədə təşkilat tərəfindən hazırlanan ümumi tövsiyələri  tədbir iştirakçılarına çatdırıb.
Daha sonra “Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin nümayəndəsi Məhəmməd Muradov Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri daxilində təqdim etdiyi elektron xidmətlərin vəziyyəti barədə məlumat verib, həmçinin yeni elektron xidmətlərin yaradılmasına dair bir sıra tövsiyələrini təqdim edib.
Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim edilib.

Hesabatnan buradan tanış ola bilərsiniz

Related posts: