Jurnalistlər üçün Satınalmalar Sahəsində Təlim Elanı

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində 8-9 iyul 2017-ci il tarixlərində saat 10.00-18.00 arasında jurnalistlər üçün 2-günlük təlim keçiriləcəkdir.

 “Şəffaflıq Azərbaycan” təşkilatının ekspertlərinin cəlb olunduğu təlimdə jurnalistlər dövlət satınalmaları sahəsində beynəlxalq praktika və ən yaxşı nümunələr barədə nəzəri və praktiki biliklərə yiyələnəcəklər. İki gün keçiriləcək təlimin məqsədi bu sahədə jurnalistika təcrübəsi olan və bu sahəyə maraq göstərən jurnalistlərin dövlət satınalmaları sahəsində şəffaflıq, hesabatlılıq və dürüstlük mövzularında tədqiqatlarına dəstək verməkdir.

Təlimin iştirakçıları sırasından aşağıdakı meyarlara əsasən seçiləcək jurnalistlərə dövlət satınalmaları sahəsində tədqiqatının hazırlanması və dərc edilməsi üçün  500 AZN məbləğində qonorar veriləcəkdir (məbləğin 20%-i tədqiqatın əvvəlində, qalanı isə tədqiqat təhvil verildikdən sonra təqdim olunacaqdır):

  • Jurnalist 2 günlük təlimi başa vurmalıdır;
  • Tədqiqat dövlət satınalmaları sahəsində aparılmalıdır. Mövzu iştirakçı tərəfindən verilməli və əsaslandırılmalıdır;
  • Tədqiqat təlimdən sonrakı 2 həftə ərzində aparılmalı və tədqiqatın nəticəsi 23 iyul-a qədər təşkilatçıya təhvil verilməlidir.

Təlimdə iştirak etmək üçün həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən jurnalistlər müraciət edə bilərlər. İştirakçıların tədbir xərcləri (kofe fasilələri, nahar), o cümlədən regiondan tədbirə qatılacaq jurnalistlərin nəqliyyat xərcləritəşkilatçılar tərəfindən qarşılanacaqdır.

Müraciətin şərtləri:

  •   CV
  •   Əgər varsa, dövlət satınalmaları və ya əlaqədar sahələrdə (ictimai maliyyə, sosial-iqtisadi məsələlər və s.) yazdığınız məqalələr.

Müraciətlər elvinmuzaffarli@gmail.com ünvanına 2 iyul 2017-ci il saat 24:00-a qədər göndərilməlidir.

Related posts: