JURNALISTLƏR ÜÇÜN TƏLİM ELANI

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət idarəetməsində, o cümlədən dövlət satınalmalarında şəffaflığın artırılması” layihəsi çərçivəsidə 6 oktyabr, 2017-ci il tarixində jurnalistlər üçün təlim keçiriləcəkdir. ADY Express şirkətinin biznes analitik bölməsinin rəhbəri Fuad Tağıyev tərəfindən aparılacaq təlimin məqsədi jurnalistləri “Power BI” proqramı ilə tanış etmək və onlara məlumatı interaktiv-vizual yolla çatdırmağın metodlarını öyrətməkdir.

Təlimdə sözügedən mövzuya maraq göstərən jurnalistlər iştirak edə bilərlər. Təlimdə iştirak etmək istəyən jurnalistlər 2 oktyabr, saat18:00-dək tədbirdə iştiraklarını təsdiq edən emaili elvin@transparency.az ünvanına göndərməlidirlər. Yalnız iştirakı təşkilatçılar tərəfindən təsdiqlənmiş jurnalistlər tədbirə qatıla bilərlər.

Məlumat üçün tədbir 10.00-17.00 arasında Səbail rayonu Salyan şossesi 14-cü km ünvanında yerləşən “HomeBridge” otelində keçiriləcəkdir. İştirakçıların şəhərin mərkəzindən otelə və geriyə çatdırılması, eləcə də nahar və kofe ehtiyacları təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Əlavə məlumat üçün təşkilatın layihə koordinatoru Elvin Yusifli ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə vasitələri:

Email: elvin@transparency.az

Telefon: +994502284079

Related posts: