Korrupsiya Qavrama İndeksi (KQİ) 2019

KQI_19“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edir.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International)   tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət  sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

2019-cu il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 126-cı sırada yer alıb.  2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur: 

İllər KQİ balı Qlobal sıralamada yeri   KQİ-də ölkələrin sayı
2019 30 126 180
2018 25 152 180
2017 31 122 180
2016 30 123 176
2015 29 119 168

 Qlobal sıralama cədvəli ilə buradan tanış ola bilərsiniz- CPİ-2019.

 KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb. Mənbələrin tam siyahısı ilə «Suallar və Cavablar»  sənədində  tanış ola bilərsiniz.

“Şəffaflıq Azərbaycan” təşkilatı hökuməti demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə, dərinləşdirilməsinə, korrupsiya riski yüksək olan sahələrdə daha təsirli antikorrupsiya tədbirlərini həyata keçirilməsi, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılması, şəffaflıq və hesabatlıl məsələlərində dövlət orqanlarını və dövlət şirkətlərini, ictimai xidmətləri yerinə yetirən şirkətlərin cavabdeh saxlanılması istiqamətində məsuliyyəti gücləndirəcək addımlar atmağa çağırır.

Press-reliz

Şərqli Avropa və Mərkəzi Asiya regionu üzrə KQİ-2019

Related posts: