ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Transparency International təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən icra olunan Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində layihə tərəfdaşlarından biri olan “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi həyata keçirilib.
29 noyabr 2013-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Monitorinqin nəticələri əsasında hazırlanmış hesabatın təqdimatı keçirilib. Tədbiri giriş sözləri ilə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin sədri Rəna Səfərəliyeva və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açıblar. “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli monitorinqin nəticələrini təqdim edib.
Monitorinq zamanı əsasən 2012-ci il və 2013-cü ildə həyata keçirilməli olan tədbilərin icra vəziyyəti araşdırılıb. Milli Fəaliyyət Planında 2012-ci ildə 2, 2013-cü ildə isə 48 tədbirin icrasının yekunlaşması nəzərdə tutulub.
Monitorinq zamanı məlum olub ki, 2012-ci ildə nəzərdə tutulan bir fəaliyyət natamam icra olunub, ikincisi isə ümumiyyətlə icra olunmayıb. 2013-cü illə bağlı 48 bənddən 6 bənd üzrə (12,5 %) heç bir irəliləyişin olmadığı müəyyənləşdirilib. 1 bənd üzrə isə fəaliyyətin 100 faiz həyata keçirildiyi aşkarlanıb. Ümimilikdə 14 bənd üzrə fəaliyyətlərin 50% və ya 50 % çoxunun icra edildiyi müşahidə olunur. Bu isə ümumi fəaliyyətin 29,6 faizi deməkdir.
Tədbilərin həyata keçirilməsinin əsas hissəsi zaman etibarı ilə 2013-2014-cü illəri əhatə edir. Monitorinqin nəticələrinə əsasən demək olar ki, 2013-cü ildəki ləngimələr sonrakı dövrlərdə öz neqativ nəticələrini verə bilər. Bu isə öz növbəsində bütövlükdə MFP- uğurla icrasına ciddi əngəllər yarada bilər.Hesabatnan burada tanış ola bilərsiniz.
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticələri açıqlanıb
2011-ci il Korrupsiya Qavrama İndeksini
“Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan...
Ev pulunu kimə ödəyək?
Vergi Məcəlləsinə dəyişikliklər: torpaq vergisi və torpağın satışına vergi
Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun po...
Media üçün məlumat: Varşavada anti-korrupsiya tədbiri
Vergilər naziri: "Kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını...
Зеленский объявил войну коррупционерам