Media üçün məlumat: Varşavada anti-korrupsiya tədbiri

419045Keçən həftə Polşanın paytaxtı Varşava şəhərində Transparency İnternational və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin (OSCE/ODIHR) təşkilatçılığı ilə Korrupsiyaya qarşı mübarizə sahəsində tədbir keçirilmişdir. Tədbirdə əsas etibarilə Transparency İnt. təşkilatının müxtəlif ölkələrdən milli bölmələrinin nümayənədləri iştirak etmişlər. Azərbaycan bu tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktorunun müavini Ramil İskəndərli tərəfindən təmsil olunmuşdur.

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində aşağıdakı məsələlər müzakirə edilmişdir:

  • XXİ əsrdə siyasi korrupsiya problemləri
  • Siyasətdə pul
  • Dövlət resurslarından sui-istifadə
  • İctimai maliyyə və korrupsiya
  • İctimai dürüstlük və digər məsələlər.

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin nümayəndəsi Ramil İskəndərli tədbirdə ictimaiyyətin bilik səviyyəsinin artırılması, dürüstlülük və işgüzar etikanın formalaşması, korrupsiyanın səbəbləri, bu təhlükəli ictimai fenomeninin azaldılması, ictimai dürüstlük və digər istiqamətlərdə fəaliyyətlərin vacibliyi ətrafında gedən diskussiyalarda aktiv iştirak etmişdir.

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən təsis edilmiş və tam səlahiyyətli milli bölmə kimi akkreditasiyadan keçmişdir.

Transparency International bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini əlaqələndirir.

Related posts: