“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr aparmaq məqsədilə dəyirmi masa keçirib. Tədbir hökümət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların yekunu kimi təşkil olunub. Dəyirmi masada Milli Məclis Aparatının nümayəndələri, Milli məclis deputatları, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İştirakçılar bildiriblər ki, 2000-ci ildən etibarən korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Bunlara korrupsiya ilə əlaqəli hərəkətlərlə bağlı hüquqi normaların qüvvəsinin artırılması və istifadəsinin genişləndirilməsi məqsədilə Cinayət və İnzibati məcələlərə, Cinayət və İnzibati Prosesual Məcələlərə edilən dəyişikliklər, bəzi qanunların qəbul olunması (Hüquqi Şəxslərin Cinayət məsuliyyəti daşıması haqqında qanunu) və qanun layihələrinin hazırlanması (Şəhərsalma və Tikinti məcəlləsi) daxildir. Amma bununla belə, bəzi sahələrlə bağlı çatışmazlıqlar qalmaqdadır. Məsələn hələ də, whistle blower – xəbər verənlərin qorunması ilə bağlı qanuni öhdəliklər mövcud deyil. Dövlət məmurlarının gəlir bəyannamələrinin açıqlanması ilə bağlı qanun qəbul olunsa da, dəstəkləyici hüquqi aktların olmaması səbəbindən qanunun icrası ləngiyir. (deklarasiya forması və millət vəkillərinin maliyyə xarakterli bəyənnamələrini qəbul edəcək qurumun mövcud olmaması). Tədbir iştirakçıları dövlət idareetmə sisteminin bütün sahələrində korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan problemləri qeyd edib bunlar barədə müzakirə aparıblar. Bu sahədə şəffaflığın və işin səmərəliliyinin artırılması məqsədilə təkliflər irəli sürülüb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin giriş nitqindən sonra Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərov mövcud və nəzərdə tutulan hüquqi təşəbbüslər barədə danışıb. “Konstitutsiya” Araşdırmalar Fondunun Prezidenti, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin Koordinatoru Əliməmməd Nuriyev Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı haqqında çıxış edib. “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva müxtəlif dövlət qurumları ilə keçirilən on bir dəyirmi masada müzakirə edilən qanunvericiliklə bağlı ümumi tövsiyələri səsləndirib.İştirakçılar Milli Məclis üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri arasında belə müzakirələrin aparılmasını yüksək qiymətləndiriblər. Qərara gəlinib ki, Azərbaycanda korrupsiyaya qarşı normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən səsləndirilən təkliflər yazılı qaydada Milli Məclisə göndərilsin.
Milli Məclis və vətəndaş cəmiyyətinin üzvləri Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı ilə bağlı müzakirələr aparıblar
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqı...
Hökumətlə Vətəndaş Cəmiyyəti Üzvləri Fərdi yaşayış evlərinin istismara qəb...
Azərbaycan Şəffaf Dövlət Satınalmaları Reytinqi üzrə qiymətləndirilib
Hökumətlə Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda əhalinin məşğulluq səviy...
XİDMƏT MƏRKƏZLƏRİ NƏ QƏDƏR “ASAN”LAŞIB?
Mediasiya vacib anti-korrupsiya alətidir
Azərbaycan Açıq Hökumət Platforması Açıq Hökumətin Təşviqinə dair Milli Fə...
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Qanunvericiliyin təkmilləşdir...