Vəkilə ödənilməli olan xidmət haqqı ödəmə terminalları vasitəsilə həyata keçiriləcək

155885811613677620045cea4984617f2Vəkilə ödənilməli olan xidmət haqqı ödəmə terminalları vasitəsilə həyata keçiriləcək. 

E-huquq.az-ın xəbərinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti «hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” qaydaları müzakirə edir.

Müzakirələr başa çatdıqdan sonra bu istiqamətdə müvafiq addımlar atılacaq.

Milli Məclisdə vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanun layihəsi müzakirə olunub

Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

MM-dən e-huquq.az-a verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olunub.

Komitənin sədri Əli Hüseynli bildirib ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.

Öncə iclasda 10 maddədən ibarət qanun layihəsi barədə məlumat dinlənilib. Bildirilib ki, bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı beynəlxalq təcrübə nəzərə alınıb. Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri tənzimləyir.

Sonra deputatlar Azay Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, komitə sədrinin müavini Məlahət İbrahimqızı, MSK-nın nümayəndəsi Rövzət Qasımov fikirlərini, təkliflərini bildiriblər.  Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olunub.

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə sistemi

824041db8b9eUNEC-də tələbələr üçün “Bir pəncərə” xidməti tətbiq olunacaq.

Layihənin məqsədi tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.

“Bir pəncərə” vasitəsilə tələbələr onlara lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi elektron kabinetlərindən günün 24 saatı sistemə müraciət edə bilərlər. Hazır sənəd sonra elektron formada tələbənin şəxsi kabinetinə göndərilir. Pilot layihə kimi aprel ayından start verilən “Bir pəncərə” sistemi ilk olaraq Maliyyə və mühasibat fakültəsində tətbiq olunub. Bir ay ərzində fakültənin 400-ə yaxın tələbəsinin müraciəti operativ cavablandırılıb və tələbələr lazım olan sənədi qısa müddətdə əldə ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbələrinin iştirak etdiyi “Bir pəncərə” sisteminin təqdimatında layihənin uğurla tətbiq olunduğu bildirilib. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “Bir pəncərə” sisteminin yeni tədris ilindən UNEC-in bütün fakültələrində tətbiq olunacağı qeyd edilib.

 Mənbə: Musavat.com

Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib

kobia2 kobia1Mayın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda Forum keçirilib.

Bu formatda ilk dəfə olaraq təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının yanında fəaliyyət göstərən ictimai şuraların sədrləri və üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Forumda dövlət qurumlarının fəaliyyətinə və onlar tərəfindən qəbul edilən qərarların səmərəliliyinə ictimai nəzarətin təmin edilməsinin əhəmiyyəti, bu sahədə ictimai şuraların fəaliyyətinin önəmi vurğulanıb, müxtəlif dövlət strukturlarının, xüsusilə də sahibkarlarla işləyən qurumların yanında fəaliyyət göstərən ictimai şuraların işi barədə məlumat verilib, kiçik və orta biznesin inkişafında ictimai şuraların rolunun artırılması məsələləri müzakirə edilib.

Tədbirdəkı çıxışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb, ictimai fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının və ictimai şuraların fəaliyyətinin əhəmiyyətini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən olduğunu və bu məqsədlə 2018-ci ildə Agentlik yanında İctimai Şuranın yaradıldığını bildirib, Agentliklə bağlı məsələlərdə vətəndaş cəmiyyəti institutlarını aktiv əməkdaşlığa dəvət edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlarında qanunvericiliyin təkimilləşdirilməsi sahəsində keçirilən ictimai müzkirələrdə ictimai şura üzvü olan vətəndaş cəmiyyəti təsisatlarının mühüm rolunu diqqətə çatdırıblar. Bildirilib ki, açıq hökumətin inkişafında və şəffaflığın artırılmasında da ictimai şuraların rolu əhəmiyyətlidir. Vurğulanıb ki, fəaliyyətə başlamasından az müddət ötsə də, KOBİA yanında İctimai Şuranın yaradılması təqdirəlayiqdir və müxtəlif ictimai şuralar tərəfindən belə forumların davamlı olaraq təşkil edilməsi faydalı olardı.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov Agentlik yanında İctimai Şurada təmsil olunan assosiasiyaların və qeyri-hökumət təşkilatlarının rəy və təkliflərinin diqqətlə öyrənildiyini qeyd edib. Bildirilib ki, belə forumlar müxtəlif dövlət orqanları yanında ictimai şuraların təşəbüsü ilə davam etdiriləcək və burada əsas məqsəd müvafiq sahədə qarşılıqlı əməkdaşlığı gücləndirmək, vətəndaş cəmiyyəti institutlarının kiçik və orta biznesin inkişafı sahəsində aparılan islahatlarda daha yaxından iştirakını təmin etməkdir.

KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, tədbirin belə formatda ilk tədbir olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Agentlik yanında İctimai Şura qurumda ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət arasında əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Tədbirdə KOBİA yanında İctimai Şuranın üzvləri və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edib, kiçik və orta biznesin inkişafında ictimai şuraların roluna dair müxtəlif təkliflər səsləndiriblər.

 Mənbə: smb.gov.az

Moody’s:»Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək»

Davam eMoodys-NEW-768x576dən vergi islahatları Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək.

Trend-in məlumatına görə, bu barədə “Moody’s Investors Service”in Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti barədə hesabatında deyilir.

Bu cür islahatlar arasında agentlik yeni büdcə qaydasını və dövlət borcunun idarə olunması ilə bağlı strategiyanı qeyd edib. Hesabatda qeyd olunur ki, yeni büdcə qaydası səmərəli tətbiq olunarsa, ölkənin iqtisadi sabitliyini dəstəkləyəcək. Bununla belə, iqtisadi səmərə biznes və istehlakçıların vergi siyasətinə etimadı artdıqca tədricən hiss olunacaq.

Bildirilir ki, Azərbaycanın suveren kredit portfeli artan aktivlərlə də dəstəklənir. Belə ki, 2019-cu ilin aprelin 1-dək Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 40,3 milyard dollar təşkil edib. Bu isə 2017-ci ilin dekabrından 12,5 faiz çoxdur və 2018-ci ilin sonunda birbaşa dövlət borcları və təminatları 1,7 dəfə üstələyir.

Analoji reytinqə malik digər karbohidrogen istehsalçıları ilə müqayisədə Azərbaycan xalis suveren aktivlərinin daha böyük həcminə malikdir. Hesabatda vurğulanır ki, bu rəqəm ÜDM-in 53 faizinə bərabərdir.

İslahatları qeyd edən agentlik, həmçinin 2016-cı ilin dekabrında qəbul olunan strateji yol xəritələrini xatırladıb. Analitiklərin fikrincə, yol xəritələrinin əhatə etdiyi istiqamətlər arasında ən böyük şaxələndirmə potensialına turizm, nəqliyyat və logistika sahələri malikdir.

Vergilər naziri: «Kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını ayrıca təhlil qrupu izləyir»

mikayil

«Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupu yaradılıb».

«Report» xəbər verir ki, bunu AZTV-nin «Günün nəbzi» verilişində vergilər naziri Mikayıl Cabbarov deyib.

«Bu qrupa makro və mikro iqtisadçılar daxildir. Onlar kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləyir və bu ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik», — deyə nazir qeyd edib.

Onun sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına «kölgədənçıxma» halları artmqdadır:

«Pərakəndə ticarət, ictimai iaşə və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində əmək müqavilələrinin sayının artması müşahidə edilir. Aqrar sektor xüsusilə qeyd olunmalıdır. Azərbaycanda kənd təsərrüfatı mənfəət vergisindən azad olunduğu üçün bu sahədə çalışanlar işçilərlə bağlı uçotun əhəmiyyətinə diqqət yetirməyiblər. Burada məlumatsızlıq da rol oynayır, amma bir sıra hallarda biznes sahibləri şüurlu şəkildə «kölgəyə çəkilməyə» üstünlük veriblər. Bilmək lazımdır ki, dövlət buna göz yummayacaq. Çünki, uçotdan yayınma rəqabətin pozulmasına, qanunla işləyənin xərclərinin və son nəticədə istehsal etdiyi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır».

Nazir onu da bildirib ki, bu ilin ilk 4 ayında Azərbaycanda 58 min yeni əmək müqaviləsi dövlət qeydiyyatından keçirilib, ötən ilin eyni dövrü ilə müqayisədə ticarətdə rəsmi dövriyyə 24%, o cümlədən pərakəndə ticarətdə 35%, ictimai iaşədə rəsmi dövriyyə isə 15% artıb.

«Bunlar kifayət qədər müsbət göstəricilərdir», — deyə M.Cabbarov əlavə edib.

Mənbə: https://musavat.com/news/vergiler-naziri-kolge-iqtisadiyyatinin-xususi-cekisinin-dinamikasini-ayrica-tehlil-qrupu-izleyir_613661.html?fbclid=IwAR2CEmxPNpfPFcPxusD8ASMlc07-RqRo69u_ggDIMO6EA5bifB3o5nM8NAA

Media üçün məlumat: Varşavada anti-korrupsiya tədbiri

419045Keçən həftə Polşanın paytaxtı Varşava şəhərində Transparency İnternational və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları ofisinin (OSCE/ODIHR) təşkilatçılığı ilə Korrupsiyaya qarşı mübarizə sahəsində tədbir keçirilmişdir. Tədbirdə əsas etibarilə Transparency İnt. təşkilatının müxtəlif ölkələrdən milli bölmələrinin nümayənədləri iştirak etmişlər. Azərbaycan bu tədbirdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktorunun müavini Ramil İskəndərli tərəfindən təmsil olunmuşdur.

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində aşağıdakı məsələlər müzakirə edilmişdir:

  • XXİ əsrdə siyasi korrupsiya problemləri
  • Siyasətdə pul
  • Dövlət resurslarından sui-istifadə
  • İctimai maliyyə və korrupsiya
  • İctimai dürüstlük və digər məsələlər.

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin nümayəndəsi Ramil İskəndərli tədbirdə ictimaiyyətin bilik səviyyəsinin artırılması, dürüstlülük və işgüzar etikanın formalaşması, korrupsiyanın səbəbləri, bu təhlükəli ictimai fenomeninin azaldılması, ictimai dürüstlük və digər istiqamətlərdə fəaliyyətlərin vacibliyi ətrafında gedən diskussiyalarda aktiv iştirak etmişdir.

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən təsis edilmiş və tam səlahiyyətli milli bölmə kimi akkreditasiyadan keçmişdir.

Transparency International bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini əlaqələndirir.

Azərbaycan Açıq Hökumət Platforması Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlayacaq

2019-cu il 01 i545cdaacef9f930yun tarixindən etibarən Azərbaycan Açıq Hökumət Platforması  Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni  Açıq Hökumətin Təşviqinə dair  Milli  Fəaliyyət Planının hazırlanmasına başlayacaq.

Yeni Açıq Hökumətin Təşviqinə dair  Milli  Fəaliyyət Planının hazırlanması prosesi Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar ən geniş ictimai və vətəndaş iştirakçılığı təmin ediləcək, bütün maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, KİV, vətəndaşların  müzakirələrə cəlb edilməsi üçün ictimai müzakirə və dinləmələr, dəyirmi masa müzakirələri keçiriləcək.

Azərbaycan Açıq Hökumət Platforması digər tərəfdaşlarla birlikdə bu prosesə bütün maraqlı tərəfləri fəal cəlb etmək, onların bilgiləndirilməsi üçün məlumatların yayılması, dialoqun təşkili,  təklif və rəylərin  toplanması, bunların bütün tərəflərlə paylaşılmasını, səmərli və peşəkar konsultasiyaların keçirilməsini təmin edəcəkdir. Azərbaycan Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri, vətəndaş cəmiyyəti təşkilatlarını, KİV-i, vətəndaşları bu prosesdə fəal iştirak edib, töhfələrini verməyə dəvət edir.

Bu məsələlərlə bağlı əlavə məlumat verilləcək. Yenilikləri Platformanın, https://www.facebook.com/opengovplatformaz/ Feysbuk hesabından və www.ogp.org.az   saytı vasitəsilə izləyə bilərsiniz.

Xatırladaq ki, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP)  Azərbaycana hökumət və vətəndaş cəmiyyətinin birgə Açıq Hökumət Milli Fəaliyyət Planın işlənməsi ilə əlaqədar “Yol Xərtiəsi” hazırlanmasını tövsiyyə etmişdi. Azərbaycan Açıq Hökumət Platformasının  təşəbbüsü ilə QHT-lərdən ibarət İşçi Qrup yaradılmışdı və “Yol Xərtiəsi” hazırlanaraq  Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına təqdim edilmişdi. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası öz növbəsində “Yol xərtiəsi”ni Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə (OGP)  təqdim edib.