«Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmaslar minimuma endirilir» — Fuad Ələsgərov

İnstitusional islahatlar çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır. Bu qurumların fəaliyyəti nəticəsində korrupsiya ilə mübarizənin səmərəliliyi kifayət qədər artmışdır.

Hazırda ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində olan bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır, bu sahədə olan beynəlxalq konvensiyaları ratifikasiya və icrasını uğurla təmin etmişdir. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO) ölkəmiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri idi.

Son 15 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində 5 dövlət proqramı qəbul olunmuş, icrası uğurla təmin edilmişdir.

2007-ci il Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya hazırlanmışdır. Strategiyada bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və maarifləndirmə, sosial-iqtisadi xarakterli islahatların aparılması kimi tədbirlər nəzərdə tutulmuşdur.

Azərbaycanda artıq dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlər tamamilə yeni müstəvidə həyata keçirilir. Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmaslar minimuma endirilir, nağdsız ödənişlərin həcmi artırılır, əhaliyə göstərilən elektron xidmətlərin dairəsi və dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir. Bu tədbirlər dövlət orqanlarının işində şəffaflığın təmin edilməsi və dövlət orqanlarında korrupsiyanın qarşısının alınması sahəsində müsbət mənada çox böyük dəyişikliklərə səbəb olmuşdur. Lakin Azərbaycan Respublikasının Prezidenti görülmüş bu tədbirlərlə heç də kifayətlənmir və dövlət orqanları qarşısında bu istiqamətdə yeni tələblər qoyur.

Dövlət orqanları ilə vətəndaşlar arasında münasibətin yeni formatından, dövlət orqanlarında şəffaflıqdan danışdıqda ilk yada düşən, əlbəttə ki, «ASAN xidmət” mərkəzləri olur. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılmış «ASAN xidmət” mərkəzləri dövlət orqanları-vətəndaş münasibətlərində inqilabi dəyişikliyə nail oldu.

Möhtərəm Prezident İlham Əliyevin ideya müəllifi olduğu «ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması olmuşdur.

Hazırda ölkə üzrə 15 «ASAN xidmət” və 2 «ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Ölkə Prezidentinin tapşırığına əsasən yaxın zamanlarda Bakı şəhərində daha 2 «ASAN xidmət” və 1 «ASAN Kommunal” mərkəzinin, həmçinin rayonlarda 5 «ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, «ASAN xidmət” mərkəzlərinin olmadığı şəhər və rayonlarda 10 səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmət göstərilir.

«ASAN xidmət” mərkəzlərində dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Əhaliyə mərkəzin fəaliyyəti barədə mütəmadi məlumat vermək, təklif və şikayətləri dinləmək üçün «ASAN radio” və 108 «Çağrı” mərkəzi fəaliyyət göstərir.

Bu günə kimi «ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,6 faiz təşkil edir.

Dövlət qulluğu sisteminə gətirilmiş başqa bir yenilik dövlət orqanlarının fəaliyyətinə gənc könüllülərin cəlb edilməsidir. Gənclərə xüsusi diqqət, dövlət idarəçiliyində onların potensialından geniş istifadə olunması Heydər Əliyev siyasətinin mühüm tərkib hissəsi idi. Azərbaycanda Gənclər Gününün təsis edilməsi də məhz ümummilli liderin adı ilə bağlıdır. Bu gün qürur hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti dövlət idarəçiliyində uğurla həyata keçirilir.

Mənbə: Azərbaycan qəzeti. «Hüquqi, demokratik dövlət quruculuğunun müəllifi». Fuad Ələsgərov. Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri.

http://www.azerbaijan-news.az/view-167203/H%C3%BCquqi-demokratik-d%C3%B6vl%C9%99t-quruculu%C4%9Funun-m%C3%BC%C9%99llifi

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilmişdır.

Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır. Lakin təəssüflər olsun ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir.

Belə ki, Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınmışdır.

Qeyd edilən hallar üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, müxtəlif hallar üzrə Alışanlı Təbib Natiq oğlunun Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlunun iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlunun iki halda Seyidov Baba Ehtiram oğlunun və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif vaxtlarda Gəncə və Mingəçevir şəhərlərində təşkil olunmuş qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən olunaraq qanunsuz hərəkətlərinin qarşısı alınmışdır.

Habelə müəyyən olunmuşdur ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu,  Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəlmişlər.

Sadalanan faktlar üzrə  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət edərək, ali təhsil müəssisələrinə tələbə qəbulu sahəsində qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı hər iki qurum tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Mənbə: http://www.tqdk.gov.az/news/3502/ 15397869221246018064_1000x669

“Elektron məhkəmə” informasiya sistemi ictimaiyyətə təqdim olunub

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksində vətəndaş cəmiyyəti üçün “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda ictimai təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyətinin digər təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, blogerlər, alimlər və tələbələr iştirak ediblər.

Ədliyyə nazirinin müavini Azər Cəfərov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, o cümlədən vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə «Elektron məhkəmə» informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, bu sahədə beynəlxalq təcrübədən danışıb. Bildirib ki, «Elektron məhkəmə» sistemi əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir və çoxsaylı komponentlərdən ibarətdir. Onun fəaliyyətinin təmin edilməsi üçün ciddi hazırlıq işlərinin aparılması, elmi tutumu olan texnikanın mövcudluğu tələb olunur. Bu, eyni zamanda, uzun sürən prosesdir. Digər ölkələrin, xüsusilə ədalət mühakiməsinin rəqəmsallaşması sahəsində nailiyyətləri olan dövlətlərin təcrübəsi göstərir ki, bu sistemin tam tətbiqinə 25-30 il vaxt sərf olunur.

«Elektron məhkəmə» informasiya sisteminin ayrı-ayrı komponentləri barədə məlumat verən nazir müavini daim ictimailəşməkdə olan bu sistemə edilən müraciətlərin sayının bir milyon yarıma yaxınlaşdığını, ona, həmçinin Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Braziliya, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İndoneziya, Hindistan kimi və s. çoxsaylı ölkələrdən də müraciətlər olunduğunu diqqətə çatdırıb.

Həmçinin qeyd olunub ki, «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib.

Nazir müavini tədbirin onun innovativ imkanları və inkişaf perspektivləri barədə ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.

Sonra «Elektron məhkəmə» informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov sistemin innovativ imkanları, nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ədliyyə sahəsində tətbiq olunan yeniliklər, İcra baş idarəsinin elektron informasiya üzrə qrup rəhbəri Tural Məmmədov məhkəmə qərarlarının icrası işinin elektronlaşdırılması, İnformasiya texnologiyaları üzrə baş məsləhətçi, beynəlxalq ekspert Goran Edström elektron ədliyyə infrastrukturunda məlumat təhlükəsizliyi barədə əyani təqdimatlarla çıxış ediblər.

Bildirilib ki, dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı «Elektron məhkəmə» informasiya sisteminin tətbiqinə geniş yol açıb. Ötən dövrdə bu istiqamətdə xarici mütəxəssislərin iştirakı ilə xeyli iş görülüb. Hazırda sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur. Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən elektron məhkəmənin tətbiqi ədalət mühakiməsinə ictimai etimadı artırır, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin məhkəmələrə elektron qaydada onlayn rejimdə daha asan və rahat müraciət etməyə imkan verir, məhkəmə baxışını tezləşdirir, süründürməçilik hallarının qarşısını alır. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və «Məhkəmələr və hakimlər haqqında» Qanununda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilib, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin olunub. Elektron məhkəmənin komponentlərindən olan «elektron şəxsi kabinet» vasitəsilə, həmçinin məhkəmələrə elektron qaydada iddia verilməsi, məhkəmə proseslərinin izlənilməsi, sənədlərin elektron mübadiləsi, məhkəmə qərarlarının elektron dərci, işlərin hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi mümkündür.

Diqqətə çatdırılıb ki, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə «Elektron icra» sistemi yaradılaraq tətbiq edilir. Sistem icra sənədlərinin elektron qeydiyyatını aparır, icra qurumları ilə məhkəmələr arasında kağızsız əlaqələrin qurulmasına, icra işinə elektron nəzarətin həyata keçirilməsinə, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir.

Həmçinin mütərəqqi beynəlxalq standartlar nəzərə alınaraq müasir məhkəmə və ədliyyə elektron infrastrukturunun qurulması, əsas və ehtiyat məlumat mərkəzlərinin yaradılması və məlumat təhlükəsizliyinin təmin olunması istiqamətində Dünya Bankı ilə birgə görülən işlərdən danışılıb. Bildirilib ki, dünyada hələ ki, yalnız «Airbus» şirkətinin tətbiq etdiyi daşınar konteyner tipli məlumat mərkəzi Azərbaycanda elektron məhkəmə sistemi üçün yaradılıb ki, bu da elmin ən son yeniliklərinə əsaslanaraq, həm də fövqəladə hallara qarşı davamlı olmaqla məlumatların təhlükəsizliyinin və etibarlı qorunub saxlanılmasına imkan verir.

Tədbir iştirakçılarına ədliyyə sahəsində tətbiq olunan innovasiyalar, o cümlədən notariat hərəkətlərinin rəsmiləşdirilməsini asanlaşdıran «Elektron notariat» informasiya sistemi, məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, notariusların xüsusi səyyar çantası, mobil notariat proqram təminatı və digər yeniliklər barədə məlumat verilib.

Sonra sual-cavab sessiyası keçirilərək, iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov, millət vəkili Fazil Mustafa, «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, vətəndaş cəmiyyətinin təmsilçiləri Rauf Zeyni, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Əliməmməd Nuriyev və digərləri çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri təqdir edib, bu sahədə yeniliklərin geniş ictimaiyyətə təqdim w_1615566138082629948153_1000x669olunmasının əhəmiyyətini vurğulayıb, bu işdə kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin dəstək göstərmələrini qeyd ediblər.

Çıxış edənlər, həmçinin hakimlərin və vəkillərin müstəqilliyinin möhkəmləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrə ictimai inamın artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması, tətbiq olunan elektron sistemlərdən vətəndaşların daha geniş bəhrələnməsi, digər dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyasının genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, elektron məhkəmə sisteminin inkişaf perspektivlərinə dair təkliflər səsləndiriblər.

İctimai təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, qaldırılan suallar ətraflı cavablandırılıb.

Məhkəmə hüquq islahatları ilə bağlı yeni addımlar

“Prezident İlham Əliyevin “məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı mahiyyət, məzmun, dizayn və bütövlükdə fəaliyyətlərin miqyası baxımından çox mühüm əhəmiyyətə malikdir və özündə köklü islahatları ehtiva edir”
“Fərmanın giriş hissəsində deyilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Daha sonra fərman özündə hansı islahatları həyata keçirməklə bağlı məsələləri ifadə edir. Bütövlükdə fərmanla 40-dan artıq tədbirin icrası nəzərdə turulur.

Əsas məqsəd cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Eyni zamanda bu fərmanın tətbiq dairəsi məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın artırlması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, qərarların tam və vaxtında icra edilməsinin, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı tədbirləri əhatə edir.

Fərmanda tapşırıqlar verilən qurumlar məhkəm-hüquq sahəsində fəaliyyət həyata keçirirlər və bunlar — Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Sahibkarlar Konfederasiyası, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və bütövlükdə Azərbaycan hökumətidir.

Ölkə başçısının imzaladığı fərman məhkəmə-hüquq islahatlarında yeni mərhələ adlana bilər: “Əsas məsələlərdən biri kimi, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti və digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulub.

Fərmandan irəli gələn məsələlərdə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi də nəzərdə tutulur. Bu məsələdə təminat şərtləri kimi məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq differensiasiya edilməsi qoyulub. Fərmanda rüsümların bir hissəsinin məhkəmələrin maddi-sosial təminatının gücləndirilməsinə yönləndirilməsi məsələsinin qoyulması çox mühümdür”.

Çox mühüm məsələlərdən biri məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsidir: “Bəzi hallarda tərəflərin fikirləri, düşüncələri, şahidlərin və prosesdə iştirak edənlərin ifadələri protokola doğru-düzgün daxil edilmir. Bu da məhkəmə proseslərindən ən ciddi mübahisə doğruran məsələlərdən biridir. Belə halların olması məhkəmə qərarlarının keyfiyyətinə də təsir edir və bəzi hallarda qərarların düzgün verilməməsinə, spekulyasiya hallarının olmasına, sövdələşmələrə gətirib çıxarır.

Başqa bir məsələ mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsidir. Bəzi hallarda bu aylarla uzanır. Müddətlərin dəqiq olması işin daha operativ həyata keçirilməsinə gətirib çıxarır. Eyni zamanda məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi fərmanda öz əksini tapıb. İndiyə qədər məhkəmə prosesləri ekspertizaları dövlət ekspertizası müəssisələri tərəfindən həyata keçirilirdi. Azərbaycanda müstəqil ekspertiza institutları yoxdur. Ona görə bu yeni müstəqil ekspertiza instutlarının yaranmasına imkan verəcək. Bu zaman tərəflər təkcə dövlət ekspertiza institutlarının müəssisələrinə yox, müstəqil ekspertiza instutlarına da müraciət edə biləcək. Bu, məhkəmələrə inam və etimadın yaranmasını və qərarların qəbul edilməsi prosesində obyektivliyi təmin edəcək. Yəni, alternativ ekspert rəyləri mövcud olacaq və mübahisələr zamanı məhkəmə onları tutuşdurmaq imkanı əldə edəcək.

Fərmanda Vəkillər Kollegiyasına qeyri-prosessual hərəkətlərin qarşısının alınması istiqamətində ciddi işlərin görülməsi üçün tövsiyələr yer alıb. Bundan başqa, fərmanda pulsuz hüquqi yardımın göstərilməsi üçün ayrılan vəsaitin birbaşa Vəkillər Kollegiyasının hesabına köçürülməsi Maliyyə Nazirliyinə tapşırılıb. Bu da çox mühüm məsələdir. Keyfiyyətli hüquqi yardımın göstərilməsinə imkan verəcək. Bundan başqa, Məhkəmə-Hüquq Şurasında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xəttlərin yaradılması da çox vacibdir.

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılmasının Ali Məhkəməyə tapşırılması mühüm əhəmiyyətə malikdir.

Əliməmməd Nuriyev

Mediasiya vacib anti-korrupsiya alətidir

“Mediasiya haqqında” qanun bu günlərdə Milli Məclisdə qəbul edilmiş və Prezident tərəfindən imzalanaraq qüvvəyə minmişdir. Bu cür qanunun qəbulu nəticədə digər birbaşa müsbət təsirlərindən başqa, dolayısı ilə korrupsiyanın aradan qaldırılması istiqamətində vacib alətlərdən biri ola bilər. Belə ki, mediasiya prosesində mübahisə edən tərəflər qalib gəlmək üçün yox, hər iki tərəf arasında müstəqil mediatorun köməkliyi ilə kompromisə gəlmək üçün çalışacaqlar. Bu faktor isə proses zamanı hər hansı korrupsiya sövdələşməsi riskini minimuma enidirir.

Hüquqi anlayış olaraq, Mediasiya — mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

Qanunun tətbiqi dairəsinə mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn, eləcə də cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr daxildir.

Bəs mediasiyanın mübahisələrin həllinin ənənəvi üsullarından fərqi və üstünlüyü nədədir? Bir neçə kriteriya üzrə bu fəqrliliyi qeyd etmək olar:

  • Əlçatanlılıq.

Belə ki, istənilən mübahisənin həlli zamanı, mediator təkcə qanunun müddəalarına yox, eyni zamanda tərəflərin maraqları, mənəvi normalar, əxlaq və şəxsi həyat təcrübəsinə əsaslanaraq qərarı verir. Eyni zamanda prosessual qaydaların çox olmaması tərəflərə psixoloji cəhətdən komfortlu şərait yaradır ki, bu da qarşılıqlı etibar və əməkdaşlıq atmosferi yaradır.

Mübahisələrin məhkəmə yolu ilə həllindən fərqli olaraq mediasiya sənəd dövriyyəsi və qəliz prosessual normalar səbəbindən üzün sürən müddətdə deyil, tez bir zamanda həyata keçiriləcəkdir. Qanuna əsasən, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə prosesin müddəti daha 30 gün müddətinə uzadıla bilər. Mediasiya zamanı mübahisənin həlli üçün mediatora müraciət edən tərəflər adətən işin operativ və qarşılıqlı faydalı həllində maraqlı olurlar və işin tezliklə bitməsi üçün əllərindən gələni əsirgəmirlər.

  • Məhsuldarlıq.

Mediasiya nəticə etibarilə öz məhsuldarlığı ilə seçilir. Belə ki, mediasiya zamanı mediator hər hansı tərəflərdən birinin mütləq qələbəsinə yox, əsas etibarilə hər iki tərəfin son qərardan razı qalması üçün çalışır. Burada əsas məsələ mübahisələrin konstruktiv qaydada konsensus əsasında həllinə çalışılmasıdır. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır. Kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

  • İqtisadi sərfəlilik.

Mediatorun xidmətləri həm pullu, həm də pulsuz ola bilər. Amma istənilən halda dünya praktikasında bir qayda olaraq, məhkəmə qaydasında mübahisələrin həlli mediasiya qaydasında mübahisələrin həllindən daha çox baha başa gəlir. Burada tərəflər təkcə pula yox, eyni zamanda dəyərli vaxtlarına da qənaət edirlər.

Çevikliyi ilə seçilən mediasiya prosesində alternativ üsullardan istifadə etməklə, tərəflər mübahisələrin optimal həllində nail olurlar. Dünya təcrübəsinə ümumi olaraq belə qəbul edilir ki, barışıq zamanı əldə edilmiş razılaşma, məhkəmə qərarlarının icrasından daha effektiv həyata keçirilir.

Qanuna görə, mediasiya sahəsində tənzimlənmənin və nəzarətin həyata keçirilməsi məqsədilə mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının üzv olaraq daxil olduğu Mediasiya Şurası yaradılır.

Bir məsələni dəqiq yəqin etmək lazımdır ki, mediasiya məhkəmə ilə rəqabət aparmaq üçün yox, ona kömək etmək üçün yaradılmalıdır. Çunki mediasiya vasitəsilə məhkəmələrin iş yükü azalacaq və məhkəmə icraatında olan işlərin həllinin daha da tezləşməsinə nail olunacaqdır. Mediatorla görüşmüş şəxs son nəticədə özü könüllü qərar verəcək ki, mediatorun, yoxsa məhkəmənin xidmətlərindən istifadə etsin.

Mediasiya institutunun tətbiqi perspektivi ilə bağlı təşkilat sədri onu qeyd etmişdir ki, mediasiya institutu tam olaraq azərbaycan mentalitetinə uyğun təsisatdır. Azərbaycanda tarixən el ağsaqqallarının zəngin həyat təcrübəsinə əsaslanaraq və ədalətlilik prinsipi ilə əmək, ailə, iqtisadi və digər münasibətlərdə yaranmış mübahisələrin barışıq yolu ilə həlli üçün mühüm rolu olmuşdur və qalmaqdadır.

Ramil İskəndərli

«Səffaflıq Azərbaycan»-da son dəyişikliklər

«Şəffaflıq Azərbaycan» K16143205_1380061785347993_1234455179432521929_norrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairə nümayəndələri tərəfindən təsis edilmiş və tam səlahiyyətli milli bölməsi kimi 2001-ci ilin oktyabr ayında Şəffaflıq Beynəlxalq təşkilatı (Transparency İnternational) tərəfindən akkreditasiya edilmiş, 2006-cı ilin yenidən akkreditasiyadan keçmişdir.

2019-cu ilin əvvəlindən etibarən «Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyində bir sıra struktur dəyişiklikləri baş vermişdir. Təşkilatın İdarə heyətinin sədri Hafiz Həsənov seçilmş, İcraçı Direktor vəzifəsinə isə Əliməmməd Nuriyev təyin edilmişdir. Eyni zamanda İcraçı dirketorun müavini olaraq Ramil İskəndərli təyin edilmişdir.

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etikanın formalaşması, Azərbaycanda korrupsiyanın səbəbləri, formalarını və bu təhlükəli ictimai fenomeninin azaldılması və digər istiqamətlərdə müxtəlif layihə və proqramların həyata keçirilməsinı planlaşdırır. Bu səbəbdən təşkilatın yeni katibliyi formalaşmış və fəaliyyətə başlamışdır.

Transparency International bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir.

 

Korrupsiya Qavrama İndeksi (KQİ) 2017

28233373_10155602986958043_1716874043_n“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini (2017 KQİ) təqdim edir.

Bu il Azərbaycan KQİ-də 31 balla  180 ölkə arasında 122-ci sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.   2016-ci ildə Azərbaycan 30 balla 176  ölkə sırasında 123-ci yeri tutmuşdu. Azərbaycanın 2017 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. Son 5 il ərzində Azərbaycanın KQİ-də mövqeyində müsbət dinamika müşahidə olunur. 2017 KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.  Mənbələrin tam siyahısı ilə “Suallar və Cavablar” sənədində tanış ola bilərsiniz.  Continue reading

Beynəlxalq Şəffaflıq yeni İdarə Heyətini seçdi

22519220_1689486201072215_3246367570521182747_n

Beynəlxalq Şəffaflıq (TI) qlobal korrupsiyaya qarşı mübarizə koalisiyası, 100-dən çox milli bölmənin iştirak etdiyi və 14-15 oktyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən İllik Ümumi Yığıncağında yeni İdarə Heyətini seçdi. Yeni sədr Delia Ferreira Rubio TI-Argentinanın keçmiş prezidenti; yeni sədr müavini Rueben Lifuka isə Tİ-Zambiyanın prezidentidir. Bundan əlavə, yeddi yeni idarə heyəti üzvləri seçilib:

A.J. Brown — idarə heyəti üzvü və 2010-cu ildən TI-Avstraliyada komitə sədri. H Robert Barrington — TI-UK-in icraçı direktoru, Karen Hussman — Kolumbiyada La Fundación Internacional e Iberoamericana layihəsinin direktoru; Samuel Kimeu — Tİ-Keniyanın icraçı direktoru; David Ondrakka — Tİ-Çexiyanın direktoru; Oya Özarslan — Tİ-Türkiyənin sədri; Kol Preap — TI-Kambocanın icraçı direktoru.