ABŞ-ın dövlət katibi xanım Hilari Klinton Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində 2012-ci il 6 iyun tarixində ölkənin vətəndaş cəmiyyətinin bir qrup üzvü ilə görüşüb.
Görüşdə əsas müzakirə mövzusu ABŞ və Brazilyanın ortaq “Açıq Hökümət Tərəfdaşlığı təşəbbüsü” ilə bağlı olub. Bununla yanaşı, ölkə və dövlət neft fondunun büdcələrinin şəffaflığı, informasiya əldə etmək, ölkənin problemlərinin həllində vətəndaş cəmiyyətinin rolu, vətəndaşların rolunun artırılması, vətəndaş cəmiyyəti ilə hökümət arasında əməkdaşlığın səviyyəsi ilə bağlı da məsələlər müzakirə olunub.
Açıq Hökumət tərəfdaşlığının əsasında vətəndaş cəmiyyəti üzvlərinin dövlət gəlirləri üzərində nəzarət və hökümətin şəffaflığı məsələlərində fəallığının artırılması durur. Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin Neft Fondunun fəaliyyətində iştirak, elektron hökumətin qurulmasına yardım, korrupsiyaya qarşı mübarizə və hökümətin qəbul etdiyi qərarlara təsir etmə imkanları da müzakirəyə çıxarılıb.Sonda xanım Klinton Azərbaycanda güclü vətəndaş cəmiyyətinin qurulmasından duyduğu məmnunluğu dilə gətirib. O ABŞ-ın bu amilə yüksək önəm verdiyi deyib.
Görüşdə Açıq Cəmiyyət İnstitutunun nümayəndəsi Fidan Bağırova, Milli Büdcə qrupunun koordinatoru Qalib Abbaszadə, İqtisadi Sosial İnkişaf Birliyinin rəhbəri Vuqar Bayramov və İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov da iştirak edib.
Rəna Səfərəliyeva Azərbaycanın bir qrup vətəndaş cəmiyyətinin üzvləri ilə birgə ABŞ-ın dövlət katibi xanım Hilari Klintonla görüşüb.
Rəna Səfərəliyeva xarici televiziya kanalına müsahibə verib
9 dekabr dünyada Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur
HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ “Rəsmiləşdirilə bilinməyən daşınmaz ə...
"Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmaslar minimum...
Azərbaycan Açıq Hökumət Platforması Açıq Hökumətin Təşviqinə dair Milli Fə...
Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanmasına ...
Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planının hazırlanması müza...
Korrupsiyaya qarşı mübarizədə 2019-cu ildə görülən işlərin hesabatı verili...