Transparency International” təşkilatının Berlində yerləşən qərargahı və təşkilatın milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən 23-28 yanvar 2012-ci il tarixlərində Bakıda Transparency International təşkilatının Şri Lanka, Hindistan, Pakistan, Maldiv, Nepal milli bölmələri üçün regional treninq təşkil edilmişdir. Treninqin keçirilməsində əsas məqsəd 2005-ci ilin mart ayından etibarən təşkilatımız tərəfindən Azərbaycan hökuməti ilə qarşılıqlı əməkdaşlıq şəklində uğurla icra edilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri) layihəsi barədə məlumat vermək, layihənin fəaliyyət istiqamətləri barədə danışmaq olub. Təlimlər zamanı Azərbaycan təcrübəsi barədə iştirakçılara geniş informasiya verilib, öz milli bölmələrində ALAC layihəsinin strukturunun formalaşdırılması və həyata keçirilməsi üsulları izah edilib. Təlimlər çərçivsində həmkarlarımız ALAC Quba mərkəzinə səfər edib, regional mərkəzin iş strukturu, mərkəzdə həyata keçirilən işlər barədə məlumat alıblar. Azərbaycanda bu layihə 2005-ci ildən Bakı, Gəncə, Quba, Lənkəran və Şəki şəhəri də daxil olmaqla beş mərkəz tərəfindən icra olunur. Qeyd edək ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməyə başlanan ALAC layihəsi dünyanın bir çox dövlətlərində icra olunur. Buna qədər “Şəfafflıq Azərbaycan” təşkilatı bir neçə dəfə də Transparency İnternational təşkilatının digər milli bölmələri üçün də eyni xarakterli treninqlər təşkil etmişdir.
REGİONAL ALAC TƏLİMİ KEÇİRİLİB
"Şəffaflıq Azərbaycan" və "İnternyus Azərbaycan" kommun...
Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 22 dekab...
“SAHİBKARLIQ FƏALİYYƏTLƏRİNDƏ ŞƏFFAFLIQ MEXANİZMLƏRİ” mövzusunda təlim ke...
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ AZƏRİQAZ QAZ TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HES...
DÖVLƏT QURUMLARINA TƏQDİM EDİLMİŞ TÖVSİYƏLƏRİN İCRA VƏZİYYƏTİNİN MONİTORİNQ...
Qrant müqavilələrinin qeydə alınması Qaydasına dəyişikliklərlə bağlı
Hökumət və Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda dövlət satınalmalarında...
UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə sistemi