QHT-lərin idarəetmə bacarıqlarının inkişafı təlimi

DSC_0472“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri üçün “QHT-lərin idarəetmə bacarıqlarının inkişafı” mövzusunda təlim keçdi. 13-14 iyul 2016-cı il tarixlərində gənc, 15-16 iyul tarixlərində təcrübəli, 5-6 avqust 2016-cı il tarixində isə regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı ilə baş tutmuş təlimin məqsədi – Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının idarə olunmasında mövcud beynəlxalq və yerli siyasət və təlimatlar barədə məlumatlılığın artmasına və düzgün tətbiqinə töhfə verməkdir.

Gənclərlə iş, sülh və tolerantlığın qurulması, iqtisadi inkişaf, əlilliyi olan şəxslərin müdafiəsi, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması kimi müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatları təmsil edən 40-a yaxın iştirakçı ŞA-nın idarəetmə heyəti və mütəxəssisləri tərəfindən hazırlanan təlimdən bəhrələndilər.

Iki günlük təlimlərin iştirakçıları QHT-lərın menecmenti, idarəçilik və inzibati məsələlərlə bağlı biliklərə yiyələndilər. ŞA-da layihə koordinatoru Məhəmməd Muradov təşkilatın strateji planı, missiya və hədəfini qurmaq, eləcə də təşkilati sxemi çəkməklə bağlı interaktiv sessiya keçirdi. Daha sonra, ŞA-nın icraçı direktoru Rəna Səfərəliyeva iştirakçılara inzibati prosedurlar və kadr siyasətini təqdim etdi.

ŞA-da layihə direktoru Elvin Yusifli ictimai vəkillik strategiyasının əhəmiyyətini izah etdi və onu tətbiq etməyin yollarını göstərdi. ŞA-nın PR, media və qrant meneceri Zümrüd Ismayılova həm daxildə, həm də ictimaiyyətə təşkilatın şəffaflığını qorumağın mahiyyətindən danışdı və praktiki sessiyada xarici kommunikasiya strategiyasını yazmağın incəliklərini göstərdi.

QHT üzvləri həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik, qrant müqavilələrinin bağlanması və qeydiyyatı, eləcə də QHT-lərdə daxili idarəetmə və reyestr məlumatlarının təqdim edilməsi ilə bağlı qaydalarla ŞA-nın eksperti hüquqşünas Hafiz Həsənovun keçirdiyi sessiyada tanış oldular.

Tədbirin sonunda iştirakçılar sertifikat və daxili idarəçilik sənədlərinin nümunələrini əldə etdilər.

limlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB təfindən icra edilən Azərbaycan Şəffaflıq Təfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.

Bütün şəkillər:

13-14 iyul 2016

https://www.facebook.com/Transparencyazerbaijan/posts/1167649466589227

https://www.facebook.com/Transparencyazerbaijan/posts/1169461303074710

15-16 iyul 2016

https://www.facebook.com/Transparencyazerbaijan/posts/1171961002824740

5-6 avqust 2016

https://www.facebook.com/Transparencyazerbaijan/posts/1187204461300394

https://www.facebook.com/Transparencyazerbaijan/posts/1189870421033798

Təlim materialları:

administrativ_ve_kadr_siyaseti_qaydalari.docx
Idareetme_qaydalari_ve_strateji_plan_teshkilati_sxem.docx
SWOT_ve_PESTLE.doc
Communication_handout.docx
Fandreyzinq_haqqında.docx
Strateji_Planlasdirma.ppt
nizamname_yeni.doc
İctimai_Vekillik_Strategiyasi.docx

 
DSC_0508 DSC_0505

Related posts: