“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ «AZƏRİQAZ» QAZ TƏCHİZATÇI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HESBATLILIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

clip_image00228 iyun tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında qaz təchizatı sahəsində əldə edilmiş uğurları və problemləri müzakirə etmək məqsədilə dəyirmi masa təşkil edib.  Tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi keçirilib. Dəyirmi masada Sənaye və Energetika Nazirliyi, Bakı Şəhər Mənzil Kommunal İstismar departamenti, Fövqəladə Hallar Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Prokurorluq, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Son illərdə müvafiq dövlət qurumları tərəfindən qaz təchizatı sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması, istehlakçılarla yeni müqavilələrin təsdiq edilməsi, qaz sayğacların quraşdırılmasıni tənzimləyən yeni qaydalar və smart sayğacların istifadə edilməsi məsələləri daxildir.
Tədbirin keçirilməsində əsas məqsəd qaz təchizatı prosesinin şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları minimuma endirmək və, eyni zamanda bu sahədə təhlükəsizlik normaları, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır.Elbrus Məmmədov, Azəriqaz İstehsalat Birliyinin Hüquq Departamentinin müdiri əhalinin qazla təminatı sahəsində həyata keçirilən son islahatlar barədə danışıb. Konstitutsiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev əhaliyə qaz təchizatı sahəsində istehlakçı-təchizatçı münasibətlərindəki mövcud problemlər barədə fikirlərini bildirib. Konstitutsiya Araşdırmalar Fondu tərəfindən icra olunan “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin eksperti Ələlkbər Ağasıyev qaz təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquq pozmalarından danışıb. Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva qaz problemlərin aradan qaldırılması ilə bağlı tövsiyyələrini çatdırıb.
İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, qaz təchizatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.

Related posts: