«Internews Azərbaycan” İctimai Birliyi “Şəffaflıq Azərbaycan” təşkilatı ilə birgə əməkdaşlıq etməklə “Medianın İnkişafı: Korrupsiya Əleyhinə Mübarizə” adlı layihənin icrasını həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə baş verən korrupsiya halları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və vətəndaş cəmiyyəti orqanlarının korrupsiya ilə mübarizəsinə təkan verməkdir. Layihə çərçivəsində vətəndaş cəmiyyətinin, dövlət qurumlarının və medianın iştirakı ilə dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. İlk belə tədbir 9 Sentyabr 2011-ci il tarixində keçirilib. Tədbir Kommunal sahədə korrupsiya halları və onların aradan qaldırılması istiqamətində görülən fəaliyyətin qiymətləndirilməsinə həsr olunub. İlk olaraq “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva çıxış edərək əsas diqqəti kommunal xidmətlərin göstərilməsi sahəsində elektron idarətetmənin roluna yönəldib.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də imzalandığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına toxunaraq qeyd edib ki, fərmana əsasən 3 ay müddətində hər bir dövlət orqanının internet səhifəsində xüsusi elektron xidmət bölməsinin fəaliyyət göstərməli, həmin bölmədə göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb edilən sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə, blank və digər sənədlərin elektron forması yerləşdirilməli olduğu halda hələki işlərin ləng getdiyini deyib. “Xüsusilə kommunal xidmət göstərən Azərsu, Azeriqaz və Bakıelektirkşəbəkənin əhali ilə daha sıx işlədiyini nəzərə alsaq elektron idarəetməyə keçid bu qurumlarda daha sürətli olmalıdır.
Amma bu üç təşkilatdan yalnız Bakıelektirkşəbəkənin görüdyü işləri daha düzgün və nümunəvi hesab edə bilərik. Bu qurumun www.bes.az saytına daxil olmaqla borcunu öyrənə və ödəniş edə bilərsən. Bu kifayət qədər müsbət addımdır və dəstəklənməlidir. Azeriqaz və Azərsu ilə bağlı isə bunları demək mükün deyil. Bu qurumlar nəinki elektron xidmət göstərmək, heç öz saytlarının fəaliyyətini belə qurmayıblar. Müasir dövrdə bu hal qəbul edilməzdir. Azeriqazla bağlı məlumatları Dövlət Neft şirkətinin saytına girməklə dolayısı ilə almaq olursa, Azərsuda bu imkan da yoxdur. Sayt fəaliyyət göstərmir”. Daha sonra İnternyus təşkilatının nümayəndəsi İsmayıl Vəliyev çıxış edərək kommunal sektorda olan xidmətin, sayğaclaşdırmanın zəif aparıldığını, əhali ilə işin düzgün qurulmadığını bildirdi. “Xidmətin səviyyəsinin artırılması üçün smart sayğaclara keçilməsi vacib əhəmiyyət daşıyır. Bu həm yığımın artmasına, vətəndaşların məsuliyyətinin yüksəlməsinə və bir sıra narazılıqların aradan qaldırılmasına kömək etmiş olar”. Tədbirdə daha sonra Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq Şəbəkəsinin koordintaoru Əliməmməd Nuriyev və digər şəxslər çıxış etdilər. Dəyirmi masaya qatılan “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri haqlı iradların səsləndirildiyini və istiqamətdə olan problemlərin aradan qaldırılması üçün birgə işlərin aparılmasına hazır olduqları deyiblər. Onlar bəzi narazılıqların əhalinin məlumatsız olmasından irəli gəldiyi və əhalinin maarifləndirilməsi üçün vətəndaş cəmiyyətinin üzvləri ilə işlərin daha geniş əlaqələrin qurulmalı olduğunu söyləyiblər. Qərara gəlinib ki, tədbirin yekunu olaraq səsləndirilən tövsiyyələr sənəd şəklinə salınsın və müvafiq dövlət qurumlarına göndərilsin.
«Şəffaflıq Azərbaycan» və «İnternyus Azərbaycan» kommunal sektorda korrupsiya problemləri mövzusunda dəyirmi masa keçirib
9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür
Hökumətlə vətəndaş cəmiyyəti üzvləri çoxmənzilli binalarin qeydiyyati sahə...
"Şəffaflıq Azərbaycan" təşkilatı dövlət satınalmaları sahəsində ...
DÖVLƏT QURUMLARINA TƏQDİM EDİLMİŞ TÖVSİYƏLƏRİN İCRA VƏZİYYƏTİNİN MONİTORİN...
HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ “Rəsmiləşdirilə bilinməyən daşınmaz ə...
Jurnalistlər üçün Satınalmalar Sahəsində Təlim Elanı
Mediasiya vacib anti-korrupsiya alətidir
Beynəlxalq Şəffaflıq Təşkilatının regional görüşü keçirilib