“SAHİBKARLIQ FƏALİYYƏTLƏRİNDƏ ŞƏFFAFLIQ MEXANİZMLƏRİ” mövzusunda təlim keçirilib

image“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Sahibkarlıq fəaliyyətlərində şəffaflıq mexanizmləri mövzusunda təlim təşkil edildi. Təlim Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamı idi.Tədbir “SM Consulting MMC”, Nəriman Nərimanov rayonu, M.Əlizadə küçəsi 118 A-16 ünvanında 17 oktyabr, 2015-ci il tarixində, saat 13:00-dan 15:00-dək təşkil olundu. Bu seminarda məqsəd tələbələrə və gənclərə müstəqil şəkildə sahibkarlıq fəaliyyətinə başlamaq üçün şəffaflıq və hesabatlılıq mexanizmlərini izah etmək və işçi və işəgötürən arasında əmək münasibətlərini izahı vermək idi.Təlimdə ekspert qismində çıxış edən müstəqil ekspert, Emin Səttarov sahibkarlıq fəaliyyətində vergilərin düzgün analizi və tətbiqi qaydaları, sahibkarlar üçün risk yarada biləcək və ya maliyyə itkilərinə məruz qoyan əməliyyatların izahı, vergi ödəyicisinin hüquq və vəzifələrihaqqında məlumat verdi. Gənclər və müxtəlif universitet tələbələrinin iştirakı ilə keçirilən seminarda iştirakçılar eyni zamanda,  əmək müqaviləsinin izahı və əmək müqaviləsi bağlanılarkən diqqət edilməli olan məqamlar, işçinin əmək münasibətlərində hüquq və vəzifələri haqqında məlumatlandırıldılar.Təlimin sonrakı hissəsi interaktiv formada təşkil edildi. Ekspert gənclərin şəxsi biznes plan və fəaliyyətləri ilə əlaqədar olan müxtəlif  məsələlərə dair suallarını cavablandırdı.

Related posts: