Tövsiyyələrin icra vəziyyətinin qiymətləndirilməsi

shekil 424 Yanvar tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən ötən iki il ərzində dörd dövlət qurumuna təqdim edilən tövsiyələrin icra vəziyyətinin monitorinqinin nəticələri ilə bağlı hesabatı ictimaiyyətə təqdim edilib. Tövsiyələrin təqdim edildiyi qurumlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Komitəsi, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsi və Bakıelektrikşəbəkədir. Geridə qalan iki il ərzində yuxarıda adları çəkilən qurumlarla keçirilən dəyirimi masalarda dövlət qurumlarına ayrı-ayrılıqda tövsiyələr təqdim olunub. Şəffaflıq Azərbaycan təşkilatı verilən tövsiyələrin icra vəziyyətinin monitorinqini aparıb.
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Rəna Səfərəliyeva Monitorinqin yekunları ilə bağlı keçirilən tədbirdə çıxış edən təşkilatın rəhbəri Rəna Səfərəliyeva rəhbərlik etdiyi təşkilat müxtəlif dövlət qurumları ilə 2012-ci ildə 10, 2013-cü ildə isə 4 dəyirmi masa keçirmişdir. Təqdim olunan hesabat “Şəffaflıq Azərbaycan” tərəfindən vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin həyata keçirilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan 4 dövlət qurumuna ünvanlanmış tövsiyələrin həyata keçirilməsinin qısa məzmunu əhatə edir. Hesabat Azərbaycan hökuməti tərəfindən mərkəzi icra orqanlarına rəsmi internet məlumat mənbələrində elektron xidmətləri göstərilməsinin təmin edilməsi barəsində verilən göstərişi nəzərə alaraq bu qurumların elektron xidmətlərinə xüsusi diqqət ayırır.

ŞA tərəfindən verilmiş tövsiyələr bir neçə ümumi istiqaməti əhatə edir:

  • Qanunvericiliyin təkmilləşdirilməsi;
  • İnstitusional çatışmamazlıqlara diqqətin artırılması;
  • Elektron xidmətlərin göstərilməsi;
  • Dövlət qurumlarının şəffaflığının və hesabatlılığının təmin olunması

“Ötən dövr ərzində dövlət qurumlarında şəffaflığın təmin edilməsi və idarəetmənin daha səmərəli qurulması istiqamətində xeyli uğurlu işlər görülüb, lakin qeyri hökumət təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsi, şəffaflığın və hesabatlılığın təmin olunması, maliyyə xarakterli hesabatların açıq şəkildə təqdim olunması ilə bağlı bir sıra çatışmazlıqlar qalmaqdadır” deyə Rəna Səfərəliyeva bildirib.
Daha sonra hesabatlarda adları qeyd olunan dövlət qurumu nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələr keçirilib.

Related posts: