“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı qarşıya çıxan problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Tədbirhökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında şəffaflığın və hesabtlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı zamanı yaranan korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə şəffaflığın və hesabtlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaq olub. Amma təəssüflər olsun ki, tədbirə bu məsələlərə cavabdehlik daşıyan dövlət qurumu kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri xidmətinin nümayəndələri dəvət olunsalar da, onlar iştirak etməmək barədə qərar veriblər. Qeyd edək ki, “Şəffaflıq Azərbaycan” təşkilatı buna qədər bir neçə belə tədbir təşkil edib və ilk dəfədir ki, hansısa dövlət qurumu ona aid olan məsələnin vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə müzakirə edilməsinə soyuq yaşanır. Dövlət qurumunun bu addımı Azərbaycan hökümətinin götürdüyü beynəlxalq öhdəliklərə, qəbul edilən Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üzrə fəaliyyət planının müddəalarına ziddir.
Bununla belə, tədbirdə bir sıra dövlət qurumları, yerli və beynəlxalq qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib və müzakirə aparıblar.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin eksperti Emin Abbasov qanunsuz tikililərin qeydiyyatı sahəsindəki mövcud problemlər və onların həlli yolları, vəkil Fuad Ağayev daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanunvericilik və onun tətbiqi təcrübəsi barədə danışıb. “Şəffaflıq Azərbaycan” təşkilatının eksperti Nisə Hacıyeva daşınmaz əmlakın qeydiyyatında şəffaflığın təminatı və əhaliyə göstərilən elektron xidmət səviyyəsinin artırılması ilə bağlı ümumi tövsiyyələrlə çıxış edib. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru Rəna Səfərəliyeva Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin cəmiyyət üçün qapalı bir qurum olduğunu bildirib. O, xidmətin nəzdində yaradılmış “qaynar xətt” isə ümumuyyətlə bərbad vəziyyətdə olduğunu deyib. Rəna Səfərəliyevanın sözlərinə görə, bu qurumda ciddi islahatların aparılmasına ehtiyac var:
İştirakçılar, olduqca əhəmiyyətli olan hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsi imkanının əldən verildiyi üçün təəssüflərini ifadə ediblər. Bununla belə, qərara gəlinib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırlıb.Daha ətraflı burada
VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI ZAMANI QARŞIYA ÇIXAN PROBLEMLƏRLƏ BAĞLI MÜZAKİRƏ APARIBLAR
Büdcə şəffaflığının olmaması Azərbaycanın müdafiə sahəsində hesabatlılığına...
9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ AZƏRİQAZ QAZ TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HES...
“ŞƏFFAFLIQ AZƏRBAYCAN” YENİ İDARƏ HEYƏTİNİ SEÇİB
QHT-lərin idarəetmə bacarıqlarının inkişafı təlimi
Korrupsiya Qavrama İndeksi (KQİ) 2016
Mediasiya vacib anti-korrupsiya alətidir
Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanmasına ...