Barəmizdə

ALAC (İctimai Maraqların müdafiəsi və hüquqi məsləhət mərkəzi)

2005 ci il Aprel ayının 1-dən etibarən “Transparency İnternational” Təşkilatının Azərbaycan bölməsi MDB ölkələri arasında ilk olaraq yeni – ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsini həyata keçirir. Layihə ilk əvvəl Bakı və Gəncə olmaqla 2 mərkəz vasitəsi ilə fəaliyyət göstərirdisə, bu gün artıq 5 mərkəz (Quba, Lənkəran, Şəki) vətəndaşların qulluğundadır. Bakı ofisi 2005-ci il iyul ayının 1-dən, 1 Avqust 2005-ci il tarixdən Gəncə mərkəzi, Lənkəran mərkəzi 1 İyul 2006-cı il tarixdən və Quba mərkəzi 1 Avqust 2006-cı il tarixdən, Şəki mərkəzi isə 1 Fevral 2007 ci il tarixdən tam fəaliyyət göstərir.

Hər bir şəxs aşağıdakı telefonlar vasitəsilə mərkəzlərə müraciət edə və pulsuz hüquqi yardım ala bilərlər.

  • Qaynar xətt Bakı 088 707 07 07 və yaxud (12) 497 68 15
  • Qaynar xətt Gəncə 088 202 02 02 və yaxud (22) 56 55 97
  • Qaynar xətt Lənkəran 088 303 03 03 və yaxud (171) 5 17 25
  • Qaynar xətt Quba 088 404 04 04 və yaxud (169) 5 14 91
  • Qaynar Xətt Şəki 088 505 05 05 və yaxud (177) 4 26 55

Layihə ABA CEELI və Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) (Bakı, Gəncə və Lənkəran mərkəzləri), eləcə də ATƏT-in Bakı ofisinin (Quba və Şəki mərkəzləri, qismən də Bakı və Gəncə mərkəzləri) qrant dəstəyi əsasında həyata keçirilir.

ALAC layihəsi bir sıra Mərkəzi və Şərqi Avropanın AB üzvlüyünə namizəd ölkələrdə uğurla həyata keçirilmişdir. Sözü gedən ölkələrdə bu kimi layihələr böyük rol oynayır və vətəndaşların korrupsiyaya qarşı müqavimətini təmin etməklə dövlətlərin korrupsiyaya qarşı mübarizəsini sürətləndirir.

ALAC layihəsinin məqsədi “Vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etməkdir”. ALAC layihəsinin missiyası vətəndaşlara – korrupsiya şahidləri və korrupsiyanın qurbanlarına çevrilən hər bir kəsə pulsuz hüquqi yardım göstərmək və məsləhət verməkdir. Layihə zamanı göstərilən fəaliyyət inzibati və hüquqi şikayət, həmçinin vətəndaşlar tərəfindən qaldırılmış məsələlər nöqteyi nəzərdən korrupsiya mexanizmlərinin monitorinqi prosedurlarına əsaslanır. Lakin layihə vətəndaşları məhkəmədə təmsil etmir və onların adından və ya onların nümayəndəsi kimi 3-cü şəxslərin qarşısında çıxış etmir.

Layihə beş istiqamətdə həyata keçirilir:

  • Hüquqi məsləhət
  • Maariflənmə və məlumatlandırma
  • İctimai maraqların müdafiəsi
  • Dövlət orqanlarının institutsional inkişafına yardım
  • Mobil treninq və seminar

Hüquqi məsləhət

Vətəndaşlara öz hüquqularının bərpası və qorunması üçün effektli hüquqi mexanizmlərin istifadə edilməsi və dövlət orqanlarına müraciətlərin hazırlanmasına dair məsləhətlərin verilməsi istiqamətində keçirilən fəaliyyətdir.

Maariflənmə və məlumatlandırma

Bu fəaliyyət növü vətəndaşların və ictimaiyyətin anti-korrupsiya sahəsində maariflənmməsini nəzərdə tutur.

İctimai maraqların müdafiəsi

Bu fəaliyyət verilən hüquqi məsləhətlərin və maariflənmənin əsasında dövlətin müvafiq siyasətini, institusional təcrübəsini, qanunvericiliyin və pozuntulara görə məsuliyyəti təkmilləşdirmək məqsədilə həyata keçirilir.

Dövlət orqanlarının institutsional inkişafına yardım

Bu fəaliyyət nəticəsində bir neçə dövlət orqanlarının qaynar xəttlərinin, korrupsiyaya mübarizə üzrə ixtisaslaşmış işçi qruplarının və s. yaradılmasına və fəaliyyət göstərmələrinə köməklik göstərilməsi nəzərdə tutulur.

Mobil treninq və seminar

Bu fəaliyyət ərzində mərkəz hüquqşünasları könüllülərin köməyi ilə müxtəlif hədəf qrupları (əsasən kənd əhalisi ilə) üçün görüş keçirir, mobil anti-korrupsiya təlimlərini keçirir və yerlərdə pulsuz hüquqi yardım göstərirlər.

Əlavə məlumat üçün müraciət edin:

Cəfər Cabbarlı küç. 16, mənzil 7 ( Nizami metrosunun yaxınlığında)
Əlaqə Telefonları: (994 12) 418-11-09 ya 497 68 15
E-mail: [email protected]

Bu layihə FCO, USAID, ATƏT-in Bakı ofisinin dəstəyi və ABA CEELI ilə sıx əməkdaşlığı ilə Transparency International tərəfindən həyata keçirilir.