define('DISABLE_WP_CRON',true);define('DISABLE_WP_CRON',true);define('DISABLE_WP_CRON',true); admin — Transparency Azerbaijan https://transparency.az Tue, 25 Jan 2022 07:47:06 +0000 ru-RU hourly 1 https://wordpress.org/?v=4.5.31 “Beynəlxalq Şəffaflıq” Təşkilatı 2021-ci il üçün Korrupsiya Qavrama İndeksini (2021 KQİ) açıqlayıb https://transparency.az/beyn%c9%99lxalq-s%c9%99ffafliq-t%c9%99skilati-2021-ci-il-ucun-korrupsiya-qavrama-indeksini-2021-kqi-aciqlayib/ Tue, 25 Jan 2022 07:36:55 +0000 http://transparency.az/?p=1860 Continue Reading ]]> UntitledBeynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2021-ci il üçün Korrupsiya Qavrama İndeksini (2021 KQİ) təqdim edir.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International)   hazırladığı  Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət  sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

 

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

2021-ci il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 128-cı sırada yer alıb.  2020-ci ildə Azərbaycan 30 balla 180 ölkə arasında 129-cu yerdə qərarlaşmışdı. 2021-ci ilin nəticələrinə görə Azərbaycan 1 pillə irəlləyib.

Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur: 

İllər KQİ balı Qlobal sıralamada yeri   KQİ-də ölkələrin sayı
2021 30 128 180
2020 30 129 180
2019 30 126 180
2018 25 152 180

 

Bu 2021-ci ilin indeksində 2020-ci ilin indeksi ilə müqayisədə baxsaq

  • Belarusiya 19 pillə geriləyərək 41 bal ilə  82-cü pillədə yer alıb,
  • Qazaxıstan 8 pillə geriləyərək 37  bal ilə 102-ci pillədə yer alıb,
  • Qırğızıstan 20 pillə geriləyərək 27  bal ilə 144-ci pillədə yer alıb
  • Moldova — 10 pillə irəliləyərək 36 bal ilə 105-ci pillədə yer alıb
  • Özbəkistan 6 pillə irəliləyərək 28 bal ilə 140-cı pillədə yer alıb
  • Rusiya 7 pillə geriləyərək 29  bal ilə 136-cı pillədə yer alıb
  • Tacikistan 1 pillə geriləyərək 25  bal ilə 150-ci pillədə yer alıb
  • Gürcüstan bir bal geriləyərək 55  bal ilə 45-ci pillədə yer alıb,
  • Türkəmənistan 4 pillə geriləyərək 19 bal ilə 169-cu pillədə yer alıb

 

KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.  7 mənbədən 5-nin dəyəri dəyişməz qalib. Bir mənbə “Demokratik Layihələrin Müxtəlifliyi” üzrə Azərbaycana 2020-ci ildə verilən 12 bal 2021-ci ildə azaldılaraq 11 bal təşkil edib. Dünya İqtisadi Forumu isə 2020-ci ildə verdiyi 69 balı artıraraq 74 bal təşkil edib. Mənbələrin tam siyahısı ilə «Suallar və Cavablar»  sənədində  tanış ola bilərsiniz.

 

“Şəffaflıq Azərbaycan” təşkilatı hökuməti demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə, dərinləşdirilməsinə, korrupsiya riski yüksək olan sahələrdə daha təsirli antikorrupsiya tədbirlərini həyata keçirilməsi, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılması, şəffaflıq və hesabatlıl məsələlərində dövlət orqanlarını və dövlət şirkətlərini, ictimai xidmətləri yerinə yetirən şirkətlərin cavabdeh saxlanılması istiqamətində məsuliyyəti gücləndirəcək addımlar atmağa çağırır.

]]>
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Təhsil və maarifləndirmə ilə bağlı yaratdığı işçi qrup https://transparency.az/korrupsiyaya-qarsi-mubariz%c9%99-uzr%c9%99-komissiyanin-t%c9%99hsil-v%c9%99-maarifl%c9%99ndirm%c9%99-il%c9%99-bagli-yaratdigi-isci-qrupu/ Wed, 26 May 2021 12:32:31 +0000 http://transparency.az/?p=1834 Continue Reading ]]> 1. Elnur Nəsibov işçi qrupunun rəhbəri) — Azərbaycan respublikası təhsil nazirinin müşaviri
2. Emin Nəsibov — Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi
3. Rufət Abdullayev — Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin, Elm, təhsil, mədəniyyət səhiyyə və gender siyasəti məsələləri sektorunun böyük məsləhətçisi
4. Qurban Əmirov — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin elm və təhsil məsələləri sektorunun müdiri
5. Rövşən Muradov — Azərbaycan Respublikası Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdir müavini
6. Şahin Qəhrəmanov — Azərbaycan Respublikası Ali Məhkəməsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri
7. İlahə Hüseynəliyeva — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru
8. Zaur Hacılı — Azərbaycan Respublikası Mərkəzi Bankının İnsan resusları departamentinin təhsil və inkişaf şöbəsinin rəisi Xumar Hüseynova
9. Hikmət Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili
10. Elçin Xələfov — Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən
11. Kənan məlikov — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri
12. Şəhla Hacıyeva — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət gənclər və idman sahələrinin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi
13. Səidə Rüstəmova — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resusları şöbəsinin müdiri
14. Şahin Osmanlı — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı
15. Şahin Hüseynov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının İxtisas fənləri kafedrasının baş müəllimi
16. Elçin Rəşidov — “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin eksperti
17. Rəna Səfərəliyeva — “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı mübarizə İctimai Birliyinin İdarə Heyəti üzvü
18. İlqar Orucov — “Gənc alimlər” İctimai Birliyinin sədri
19. Umud Mirzəyev — “Beynəlxalq Avrasiya Mətbuat” Fondunun sədri
20. Azər Mehtiyev — “İqtisadi Təşəbbüslərə yardım” İctimai Birliyinin sədri
21. Mayis Əliyev — “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri

http://antikorrupsiya.gov.az/view.php?lang=az&menu=25&id=500

]]>
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yaratdığı işçi qrup https://transparency.az/korrupsiyaya-qarsi-mubariz%c9%99-uzr%c9%99-komissiyanin-cinay%c9%99t-yolu-il%c9%99-%c9%99ld%c9%99-edilmis-pul-v%c9%99saitinin-v%c9%99-ya-dig%c9%99r-%c9%99mlakin-leqallasdirilmasina-v%c9%99-terrorculug/ Wed, 26 May 2021 12:30:58 +0000 http://transparency.az/?p=1832 Continue Reading ]]> 1. Vüsal İsayev (işçi qrupunun rəhbəri) — Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri
2. Ramin Vəlizadə — Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibi
3. Fərhad Tutayuk — Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin sektor müdiri
4. Elnur Nuriyev — Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin böyük məsləhətçisi
5. Cəlal Bağışov — Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin böyük məsləhətçisi
6. Ceyhun Hüseynov — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin səfərbərlik sektorunun böyük məsləhətçisi
7. Kəmalə Paşayeva — Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri
8. İntiqam Eyvazov — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini
9. Səid Musayev — Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin böyük məsləhətçisi
10. İlkin Qulubəyli — Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru
11. Zaur Hacılı — Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə monitorinqi bölməsinin rəhbəri
12. Mahmud Müqalib — Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri
13 Hikmət Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili
14. Seymur İsmayılov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Dövlət reyestrləri idarəsinin rəisi v.i.e
15. Azər Abbasov — Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidmətinin Hüquq departamentinin direktoru
16. Sevda Cəfərzadə — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin baş məsləhətçisi
17. Sahib Səfərov — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri v.i.e
18. Mikayıl Cəbrayılov — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı
19. Sənan Şahbəndəyev — Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Əməliyyat-istintaq Baş İdarəsinin hüquqpozmalarla mübarizə şöbəsinin rəisi
20. Sabit Bağırov — Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafına Yardım” Fondunun prezidenti
21. Rövşən Ağayev — “İqtisadi Təşəbbüslərə yardım” İctimai Birliyinin eksperti
22. Samir Əliyev — “Media İctimai Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin sədri
23. İnqilab Əhmədov — “Avrasiya Bilik” Mərkəzinin direktoru
24. Mirvari Qəhrəmanlı — “Neftçilərin Hüquqlarının Müdafiəsi” Təşkilatının sədri

http://antikorrupsiya.gov.az/view.php?lang=az&menu=25&id=499

]]>
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Qanunvericiliyin təkmilləşdirilməsi üzrə yaratdığı işçi qrup https://transparency.az/korrupsiyaya-qarsi-mubariz%c9%99-uzr%c9%99-komissiyanin-yaratdigi-qanunvericiliyin-t%c9%99kmill%c9%99sdirilm%c9%99si-uzr%c9%99-isci-qrupu/ Wed, 26 May 2021 12:28:42 +0000 http://transparency.az/?p=1829 Continue Reading ]]> 1. Səyyad Kərimov — (işçi qrupunun rəhbəri) Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini
2. Əli Ağayev — Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
3. Fərhad Tutayuk — Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin sektor müdiri
4. Elnur Nuriyev — Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin böyük məsləhətçisi
5. Ruslan Kərimov — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hüquq və qanunvericilik şöbəsinin normativ hüquqi təminat sektorunun aparıcı məsləhətçisi
6. İntiqam Eyvazov — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini
7. Rəşad Quliyev — Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanunvericiliyin təhlili və sistemləşdirilməsi şöbəsinin müdiri
8. Natiq Eyvazov — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi
9. Tural Feyzullayev — Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin direktor müavini
10. Mahmud Müqalib — Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri
11. Mətanət Alızadə — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-inspeksiya idarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru
12. Aygün Bəşirova — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi
13. Ramil Mirzəzadə — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini
14. Elçin Nəcəfov — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri
15. Sahib Səfərov — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri v.i.e
16. Elnur Nəsibov — Azərbaycan Respublikası təhsil nazirinin müşaviri
17. Səməd Həsənli — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı
18. İlkin Bağırov — Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq şöbəsinin rəisi
19. Əliməmməd Nuriyev — “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
20. Hafiz Həsənov — “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri
21. Mirəli Hüseynov — “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri
22. Abil Bayramov — “Mülki cəmiyyətə doğru” İctimai Birliyinin sədri
23. Sahib Məmmədov — “Əmək Hüquqlarını Müdafiə Liqası” İctimai Birliyinin sədri
24. Günel Səfərova — “Vətəndaş” İctimai Birliyinin sədri

http://www.commission-anticorruption.gov.az/view.php?lang=az&menu=45

]]>
2020-ci il üçün Korrupsiya Qavrama İndeksi https://transparency.az/2020-ci-il-ucun-korrupsiya-qavrama-indeksi/ Thu, 28 Jan 2021 07:12:04 +0000 http://transparency.az/?p=1823 Continue Reading ]]> 2020-ci il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 129-cı sırada yer alıb

 “Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2020-ci il üçün Korrupsiya Qavrama İndeksini (2020 KQİ) təqdim edir. 2020-ci il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 129-cı sırada yer alıb.  2019-ci ildə Azərbaycan 30 balla 180 ölkə arasında 126-ci yerdə qərarlaşmışdı.

 KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb. 7 mənbədən 6-sı üzrə Azərbaycana verilən ballar dəyişməz qalib. Bir mənbə “Demokratik Layihələrin Müxtəlifliyi” üzrə Azərbaycana 2019-cu ildə verilən 10 bal 2020-ci ildə artırılaraq 12 bal təşkil edib. Mənbələrin tam siyahısı ilə  «Suallar və Cavablar»  sənədində  tanış ola bilərsiniz.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International)   tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət  sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur: 

İllər KQİ balı Qlobal sıralamada yeri   KQİ-də ölkələrin sayı
2020 30 129 180
2019 30 126 180
2018 25 152 180
2017 31 122 180
2016 30 123 176

 “Şəffaflıq Azərbaycan” təşkilatı hökuməti korrupsiya riski yüksək olan sahələrdə daha təsirli antikorrupsiya tədbirlərini həyata keçirilməsi, dövlət şirkətlərini, ictimai xidmətləri yerinə yetirən şirkətlərin, publik hüquqi şəxslərin fəaliyyətində, fiskal sahədə şəffaflıq və hesabatlılığın artırılması üçün daha təsirli addımlar atılmasına çağırır. Eyni zamanda demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinin, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılmasının vacibliyini vurğulayır.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının 2020-ci il üçün Korrupsiya Qavrama İndeksi

Hesabatı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

https://www.transparency.org/en/cpi/2020/index/nzl

]]>
Antikorrupsiya tədqiqatlarına dair Bələdçi hazırlanacaq https://transparency.az/antikorrupsiya-t%c9%99dqiqatlarina-dair-b%c9%99l%c9%99dci-hazirlanacaq/ Tue, 11 Aug 2020 11:40:06 +0000 http://transparency.az/?p=1788 Continue Reading ]]> “Prioritet”  Sosial  İqtisadi  Araşdırmalar Mərkəzi İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə sahəsində araşdırmalar və tədqiqatların aparılması-Vətəndaş cəmiyyəti üçün Bələdçi vəsaitinin hazırlanması”  layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə, ictimai nəzarətin təşkili sahəsində potensialının artırılmasına yardım göstərilməsidir.

Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində monitorinqlər, araşdırmalar, tədqiqatlar  aparılması ilə bağlı zəruri bilikləri, beynəlxalq təcrübə və standartları əhatə edən vəsait hazırlanacaq və nəşr olunacaq.

Vəsait yerli VCT-lərə və müvafiq kitabxanalara, universitet  kitabxanalarına  təqdim  ediləcək.

]]>
DÖVLƏT SATINALMALARINDA ŞƏFFAFLIĞI NECƏ TƏMİN ETMƏLİ? — Azərbaycan xarici təcürbədən nələri öyrənməlidir https://transparency.az/dovl%c9%99t-satinalmalarinda-s%c9%99ffafligi-nec%c9%99-t%c9%99min-etm%c9%99li-az%c9%99rbaycan-xarici-t%c9%99curb%c9%99d%c9%99n-n%c9%99l%c9%99ri-oyr%c9%99nm%c9%99lidir/ Tue, 04 Aug 2020 11:29:26 +0000 http://transparency.az/?p=1785 Continue Reading ]]> Əliməmməd Nuriyebf67d79c7deee5bd945a433079643540v

“Şəffaflıq Azərbaycan”  Korrupsiyaya  Qarşı  Mübarizə  İB-nin icraçı direktoru

Azərbaycanda korrupsiya riski yüksək olan sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Bu sahədə şəffaflıq və hesabatlılığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, İKT-dən daha geniş miqyasda istifadə olunması və yeni antikorrupsiya alətlərinin, qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsinə ciddi ehtiyac var.

2018-ci ildə «Dövlət satınalmaları haqqında» qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə «Dövlət satınalmalarının vahid elektron portalı» yaradılıb. Açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabətliliyin artırılmasına, mikro, kiçik və orta sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir. Lakin bu dövlət satınalmaları sektorunda mövcud problemlərin həlli üçün yetərli deyil.

 Mövcud problemlərin həlli üçün, ümumiyyətlə, dövlət satınalmaları sahəsində yeni yanaşma, innovasiyalar tətbiq olunmalıdır. Bütövlükdə, indiki sistem, qanunvericilik bazası və mexanizmlər şəffaflıq və hesabatlılığ, korrupsiya hallarına qarşı effektiv mübarizəni yetərli qədər təmin edə bilmir. Bu sahədə problemlərin miqyası Hesablama Palatasının məlumatlarında da açıq görünür. Platanın məlumatına əsasən 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8964 müsabiqə əsaslı satınalma keçirilib. Lakin dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) 5463 satınalma müqaviləsi barədə məlumat yerləşdirilib.

Hesablama Palatasının 2019-cu ildə dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatında qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntuların qeydə alındığı sahələrdən biri dövlət satınalmalarıdır. Bu Hesabatda açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir.

Bu sahədə korrupsiya hallarının aradan qaldırılması, şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün daha miqyaslı islahatlara, daha ciddi təşəbbüs və addımlara ehtiyac var. Bu islahatlara olan ehtiyacı nəzərə alaraq Beynəlxalq Şəffaflıq Təşkilatının (Transpatency İnternational) milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB (Transparency Azerbaijan) ABŞ-ın German Marşal Fondunun Qara dəniz İşbirliyi Proqramının dəstəyi ilə “Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi” layihəsini həyata keçirir.

Layihə bir neçə komponeti əhatə edir. Bura a) satınalamalar haqqında qanunvericiliyin və mövcud prosedurların, parktikanın beynəlxalq təşkilatların tövsiyyələri və standartları, xarici ölkələrin təcrübəsi ilə müqayisəli təhlili; b) vahid satınalamlar portalının işinin analizi və monitoriniqi; c) dövlət satınalamalarında müşahidə olunan tipik nöqsan və çatışmazlıqların aşkarlanması və sistemləşdirilməsi; d) özəl sektorun dövlət satınalmalarında iştirakı zamanı üzləşdiyi çətinliklərin araşdırılması və onların təkliflərinin toplanması; f) Azərbaycanda dövlət satınalmalarının zəif və gücülü tərəflərinin, problemərinin təsvir edildiyi hesabat və islahatlar gündəliyinin müəyyən olunması üçün təkliflər paketinin hazırlanması daxildir.

Geniş auditoriyanın məlumatlandırılması üçün layihə fəaliyyətləri və nəticələrlə əlaqədar mütəmadi olaraq məqalələrin dərc olunmasını nəzərdə tutmuşuq.

Dövlət satınalmalarında şəffaflıq və hesabatlılıq prinsipləri

Apardığmız təhlilər göstərir ki, Azərbaycanda dövlət satınalmalarında şəffaflıq, hesabatlığın təmin edilməsi, korrupsiya hallarına qarşı səmərəli mübarizə mexanizmləri yaradılması üçün beynəlxalq təcrübədən istifadə olunması zərurəti var. “ Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Ukrayna təcrübəsi layihə ekspertləri tərəfindən araşdırılıb, eyni zamanda beynəlxalq təşkilatları Dünya Ticarət Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) prinsiplərini, tövsiyyələri öyrənilib. Həmçinin, bu təcrübələrdən istifadə üçün təkliflər hazırlanıb. Bu məqalədə Gürcüstan, Türkiyə, Ukrayna təcrübəsində şəffaflıq və hesabatlığın təmin olunması ilə əlaqədar tətbiq olunan alət və prosedurlar diqqətə çatdırılır. Hansı ki, bu təcrübələr Azərbaycanda ya tətbiq edilmir, yaxud qismən tətbiq edilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) təşkilatı beynəlxalq institutlar içərisində dövlət satınlamlarının səmərəliliyini və şəffaflığını əsas prioritetləri sırasına daxil edən azsaylı qurumlardan biridir. Təşkilatın ixtiyarı ölkədə dövlət satınlamalarının mövcud durumunu qiymətləndirmək üçün müvafiq sistemi var və bu sistem Satınalma Sisteminin Qiymətləndirilməsi Metodologiyası (MAPS – Metodology for Assessing Procurement Systems) adlandırılır. OECD dövlət satınalmalarının effektiv çalışması üçün 12 prinsipi müəyyənləşdirib. Bu prinsiplərdən “Şəffaflıq” və “Hesabatlılıq” prinsiplərinə nəzər salaq.

Şəffaflıq — bu prinsip satınalma prosesinin bütün mərhələlərində diskriminasiya tətbiq etmədən bütün potensial təchizatçılara bərabər yanaşmağı, eyni dərəcədə ədalətli və şəffaf mühit təmin etməyi, bütün maraqlı tərəflərə intrenet vasitəsilə satınalmalara dair məlumatlar verməyi, satınalma prosesinin əvvəlindən sonunadək satınalma üzrə dövlət vəsaitlərinin axınlarını izləmək üçün şərait yaratmağı nəzərdə tutur.

Hesabatlılıq- bu prinsip satınalmalar üzərində effektiv daxili və xarici nəzarətin qurulmasını və onların bir-birilə inteqrasiyasını, ədalətli və şəffaf şikayət mexanizmlərinin olmasını, bütün mərhələlərlə bağlı aşkarlanan problemlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutur.

Dünya Ticarət Təşkilatının satınlamalarla bağlı yanaşma və standartlarında qeyd edilir ki, ictimai resurslar effektiv xərclənməli, satınalma prosedurları tam şəffaf olmalı, satınalma prosesində maraqların toqquşması və korrupsiya hallarının qarşısını alan səmərəli mexanizmlər tətbiq edilməlidir

Bu prinsiplərin Gürcüstan, Türkiyə,Ukrayna təcrübəsinə necə tətbiq edildiyinə nəzər salaq.

Gürcüstan təcrübəsi

Ölkənin təcrübəsində ən geniş yayılmış üsul elektron tenderlərdir və dövlət satınalınmalarının 70%-dən çoxu bu üsulun payına düşür.

Gürcüstanda son illər qanunvericilikdə aparılan dəyişikliklərdən biri də “lot” anlayışından imtina edilməsidir. Satınalma Agentliyinin müəyyən etdiyi meyarlara əsasən, pis reputasiya qazanmış biznes subyektlərinin elektron qaydada “qara siyahısı” hazırlanır və bu siyahı qurumun internet saytı vasitəsilə ictimailəşdirilir. Agentlik bu siyahıya düşən təsərrüfat subyektlərini 1 il müddətədək diskvalifikasiya edərək dövlət satınalınmalarından kənarda saxlaya bilir.

Eyni zamanda dövri olaraq ixtisaslı və peşəkar səviyyədə, müqavilə şərtlərini tam icra edən malgöndərənlərin “ağ siyahısı” hazırlanır və yayılır.

Maraqlanan şəxslər təchizatçıların elektron katoloqunu əldə etmək imkanına malikdirlər. Bu baza elektron (onlayn) bazar məlumat sistemi rolunu oynayır. Orda satınalan təşkilatlara potensial olaraq mal, iş və xidmət təqdim edəcək bütün biznes subyetkləri və onların qiymətləri, saytları, əlaqə vasitələri barədə məlumat əks olunur. Bu məluamatlara xüsusi elektron platforma — http://emarket.spa.ge/ vasitəsilə çıxış mümkündür.

Ölkədə dövlət satınalmalarının şəffaflığının və informasiya açıqlığının təmin edilməsi üçün bir sıra fərqli online platformaların da imkanlarından istifadə edilir. Məsələn, http://opendata.spa.ge saytında satınalmalarla bağlı geniş informasiya bazası mövcuddur. Saytda konkret müqavilələr üzrə dövlət adından satınalan təşkilat, onun təchizatçısı, müqavilənin dəyəri, tender elanının tarixi barədə məlumat bazası yaradılıb. Bazada hökumətin satınalma saytına link qoyulub və müvafiq tender nümunəsinin üzərinə basıldıqda tender saytında həmin müqavilər üzrə bütün məlumat çıxış təmin edilir.

Gürcüstanda satınalmalarda şəffaflığın təmin edilməsi, xüsusilə maraqlar ziddiyətinin ictimai monitorinqi baxımından vacib olan daha bir baza onlayn qaydada çalışır. Söhbət hüquqi şəxslərin elektron reyestrindən gedir. İstənilən şəxs http://napr.gov.ge saytından istifadə etməklə bütün şirkətlərin və onların sahibləri barədə məlumat əldə edə bilirlər.

Gürcüstanda “Transparency International Georgia” təşlkilatının təşkilatçılığı ilıə şəkildə https://tendermonitor.ge/en saytı fəaliyyət göstərir. Bu portal risk faktorlarına görə, tender müqavilələrinin bazasını hazırlayır və ictimailəşdirir. Bunun üçün təşkilat ekspertləri xüsusi indikatorlar sistemi hazırlayıb.

Elektron sistem satınalmalarda iştirak etmiş rəqiblərin (iddiaçı və iştirakçılar) adları və onların qiymət təklifləri barədə məlumat almaq imkanı verir. Bağlanmış müqavilələr barədə ətraflı informasiya təqdim olunur.

Türkiyə təcrübəsi

Türkiyədə dövlət satınalamaları yalnız 3 üsulla — açıq tender, bəlli təchizatçılar arasında müsabiqə və sövdələmə üsulu ilə həyata keçirilə bilər.

Satınalma barədə elanlar, zəruri sənədlərin bəyan edilməsi, hazırlanması və təqdim edilməsi, iştirak və ixtisasla bağlı sənədlərin yayımlanması, satınalma prosesinin aparılması və yekunlaşdırılması, nəticələrin təsdiqlənməsi və yekun tender qərarlarının elan edilməsi, müqavilənin imzalanması əlaqəli bütün mərhələlər Elektron Dövlət Satınalma Platforması vasitəsilə həyata keçirilir.

Türkiyədə elektron dövlət satınalmaları sistemi son 10 ildə inkişaf etməyə başlayıb. Türkiyədə dövlət satınalmaları üzrə məsul qurumun internet resursu https://www.ihale.gov.tr/ saytıdır. Dövlət adından gedən bütün satınalmaların statistik bazası, qanunvericilik, iştirakçıların müraciət və şikayətlərlə bağlı əlaqə və əksəlaqə imkanları, qurumun hesabatları, satınlamada iştirakına məhdudiyyət və qadağa qoyulmuş subyektlərin siyahısı və s. kimi bütün zəruri informasiyalar, materiallar bu sayt üzərindən həyata keçilir. Lakin elektron satınalmanın təşkili avtonom rejimdə çalışan EKAP platformasının internet resursu – www.ekap.kik.gov.tr bazası vasitəsilə reallaşdırılır.

Elektron satınalma portalının həm iştirakçılar, həm də digər maraqlı tərəflər (vətəndaş cəmiyyəti və media təmsilçiləri, mövzu ilə bağlı müstəqil araşdırmaçılar və s.) təqdim etdiyi əsas imkanlardan biri “Satınalma axtarış” sistemidir. Axtarış sistemi peşəkar tələblərə uyğundur və istifadəçilər üçün kifayət qədər sadə və asan axtarış imkanı yaradır. Axtarış sistemi çoxsaylı “filtir”lər üzərində qurulub. Məsələn, satınalmanın başlanma və ya bitmə tarixinə, satınalma üsuluna və və satınalmanın formasına, müqavilənin qeydiyyat nömrəsinə, satınalma durumuna (elanı verimiş, artıq icrasına başlanmış, bitmiş, icrası dayandırılaraq ləğv edilmiş və s.), sifarişçi təşkilatın və ya onun tabe olduğu mərkəzi təşkilatın adına, yerləşdiyi bölgəyə uyğun olaraq axtarış aparıla bilər. Bu cür fərqli filtrlər“ üzərindən məlumat bazasının və axtarış sisteminin formalaşdırılması həm səlahiyyətli qurumun özünün, həm də ixtisaslaşmış ictimai institutların effektiv monitorinq imkanını artırır.

Ukrayna təcrübəsi

Ukrayna son 6 ildə “Prozorro” (ukraynca “şəffaflıq”) elektron tender sistemilə dünyanın diqqətini özünə cəlb edə bilib. Yeni sistem bir sıra mühüm prinsiplər üzərində qurulub. Məsələn, sistem elə şəffaf olmalıdır ki, bütün iştirakçılar satınalmalarla bütün məsələləri maneəsiz görə bilsinlər, Yəni sistem tam açıq mənbə olsun, dövlətə məxsus vahid data mərkəz qurulsun və bu mərkəzə ticarət platformalarının manesiz girişi olsun, bi ticarət platformalarının vahid məlumat mərkəzinə daxil olması təmin edilsin.

Dövlət satınlamalarına qanunvericilik bütün satınalma prosedur və əməliyyatlarının tam elektron üsullarla həyata keçirilməsini və bütün satınalma məlumatlarının ictimaiyyətin açıq, həmçinin ödənişsiz şəkildə əlçatan olmasını nəzərdə tutur.

Qanun cəmi 3 satınalma prosedurunun tətbiqini nəzərdə tutur — açıq tender, rəqabətli dialoq və danışıqlar proseduru. Hər 3 prosedurun yalnız elektron hərraclar vasitəsilə təşkilinə icazə verilir.

Xüsusilə http://dozorro.org elektron resursunun fəaliyyəti diqqəti cəlb edir. Bu monitorinq portalında bütün tərəflər, yəni podratçı, satınalan təşkilat, nəzarət edən qurum, vətəndaş, rəqabətə zərər vuran faktları ictimailəşdirə bilirlər. Maraqlı tərəflər və iştirakçılar satınalan və podratçı təşkilata rəy vermək, onlarla müzakirə aparmaq, hər hansı satınalma elanın şərtlərini aydınlaşdırmaq imkanına malikdirlər. Bununla bərabər, hər hansı dövlət qurumunun satınalma profilini təhlil etmək və nəzarət edən qurumlara şikayət etmək mümkündür.Proseslə bağlı çox operativ şikayət mexanizmi mövcuddur. Böyük məbləğli tenderlərdə malgöndərən kimi prosesə qatılan subyektlər prosesdən narazı qaldıqları təqdirdə Ukrayna Antiinhisar Komitəsinə baş vura, elektron ticarət platformasından birbaşa olaraq komitənin hesabına öz şikayətlərini yönləndirə bilərlər.

Elektron hərraclar modulu bu linkdə hər kəs üçün açıqdır və https://auction.ea.openprocurement.org/ portalı üzərindən real vaxt rejimində auksionu izləməyə imkan verir.

]]>
«Dövlət satınalamalarında şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı hazırlanıb https://transparency.az/dovl%c9%99t-satinalamalarinda-s%c9%99ffafliq-movzusunda-t%c9%99dqiqat-hesabati-hazirlanib/ Wed, 15 Jul 2020 08:32:55 +0000 http://transparency.az/?p=1791 Continue Reading ]]> Dövlət satınalmalarında şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində  çatışmazlıqlar, boşluqların təhlili aparılıb, hökumətə təkiflər təqdim olunub

“Şəffaflıq Azərbaycan”  Korrupsiyaya Qarşı Mübarizə İB ekspertləri Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Dövlət satınalmalarında şəffaflığın artırılması” təşəbbüsü  üzrə “Dövlət satınalamalarında Şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı  hazırlayıblar.  Tədqiqat Hesabatında Azərbaycan Respublikasında dövlət satınalmalarında şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində  çatışmazlıqlar, boşluqların təhlili aparılıb, korrupsiya riski yaradan, korrupsiya sövdələşmələrinə və subyektiv qərarların verilməsinə yol açan müddəalar müəyyənləşdirilib, şəffaflıq mexanizmlərinin effektivliyi qiymətləndirilib. Hesabat həmçinin Dövlət satınalmalarında şəffaflıq sisteminin təkmilləşdirilməsi üçün təklifləri əks etdirir. Beynəlxalq təcrübənin analizi və Azərbaycan təcrübəsində E-satınalamların Vahid  Elektron Portalının monitorinqi əsasında  ictimai nəzarətin təşkili üçün  təkliflər hazırlanıb və təqdim olunub. Bu Hesabatda  hazırlanmasında Şəffaflıq Azərbaycanın  2016-2018-ci illərdə dövlət satınalmalarında şəffaflıq mexanizmləri bağlı apardığı tədqiqatlardan da  istifadə olunub. Tədqiqat Hesabatı AR Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə təqdim olunub.

Hesabatla buradan tanış ola bilərsiniz

 

 

]]>
Korrupsiya Qavrama İndeksi (KQİ) 2019 https://transparency.az/korrupsiya-qavrama-indeksi-kqi-2019/ Thu, 23 Jan 2020 05:24:51 +0000 http://transparency.az/?p=1779 Continue Reading ]]> KQI_19“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edir.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International)   tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət  sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

2019-cu il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 126-cı sırada yer alıb.  2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.

Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur: 

İllər KQİ balı Qlobal sıralamada yeri   KQİ-də ölkələrin sayı
2019 30 126 180
2018 25 152 180
2017 31 122 180
2016 30 123 176
2015 29 119 168

 Qlobal sıralama cədvəli ilə buradan tanış ola bilərsiniz- CPİ-2019.

 KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb. Mənbələrin tam siyahısı ilə «Suallar və Cavablar»  sənədində  tanış ola bilərsiniz.

“Şəffaflıq Azərbaycan” təşkilatı hökuməti demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə, dərinləşdirilməsinə, korrupsiya riski yüksək olan sahələrdə daha təsirli antikorrupsiya tədbirlərini həyata keçirilməsi, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılması, şəffaflıq və hesabatlıl məsələlərində dövlət orqanlarını və dövlət şirkətlərini, ictimai xidmətləri yerinə yetirən şirkətlərin cavabdeh saxlanılması istiqamətində məsuliyyəti gücləndirəcək addımlar atmağa çağırır.

Press-reliz

Şərqli Avropa və Mərkəzi Asiya regionu üzrə KQİ-2019

]]>
Korrupsiyaya qarşı mübarizədə 2019-cu ildə görülən işlərin hesabatı verilib https://transparency.az/korrupsiyaya-qarsi-mubariz%c9%99d%c9%99-2019-cu-ild%c9%99-gorul%c9%99n-isl%c9%99rin-hesabati-verilib/ Tue, 21 Jan 2020 13:36:38 +0000 http://transparency.az/?p=1765 Continue Reading ]]>

1579084480img__0

 

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini — Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqi ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olmuşdur.

Vurğulanmışdır ki, dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə — iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnmiş, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanmış bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil etmişdir.

İqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqtisadi mühitin dayaqlarını daha da möhkəmləndirmiş, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır.

İqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərmiş, bu istiqamətdə həyata keçirilmiş islahatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılmışdır.

Belə ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlərin orta hesabla 50 faiz  və  ya 2 dəfə, pensiyaların 70 faizdən çox artırılması, problemli kreditlərin həlli, o  cümlədən qeyri-rəsmi məşğulluğa cəlb edilmiş 153 min vətəndaşla rəsmi əmək müqavilələrinin bağlanmasının təmin edilməsi kimi kölgə iqtisadiyyatına qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirlər və digər oxşar məsələlərlə bağlı görülmüş sistemli fəaliyyət bir daha həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş amilinin durmasına dəlalət edir.

Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud vətəndaşların qayğı ilə əhatə olunması və onların reabilitasiya imkanlarının genişləndirilməsi ilə cəmiyyətin həssas təbəqəsinə xitab edən nəcib layihə və təşəbbüsləri bu sahədə görülən işlərin keyfiyyətcə yeni mərhələyə keçid almasına etibarlı zəmin yaratmışdır.

Eyni zamanda, dövlət başçısının imzaladığı “Məhkəmə-hüquq  sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatları mövcud sosial-iqtisadi tendensiyanı tamamlamaqla ona paralel aparılan və azad bazar iqtisadiyyatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində reallaşdırılmaqdadır. Sözügedən aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prosedurlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirmişdir.

Hesabat ilində dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur. Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən  islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini vermiş, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılmışdır.

Bütün bu nailiyyətlər mötəbər beynəlxalq reytinqlərdə də öz əksini tapmış, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır. “İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmiş, habelə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunmuşdur. Bu müsbət tendensiya ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Bütün bu müsbət göstəricilər öz növbəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən üzərinə qoyulmuş vəzifələrin uğurla və daha səmərəli icra edilməsində mühüm rol oynamışdır.

Ötən il ərzində ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar — Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış beynəlxalq qurumlar  tərəfindən yüksək qiymətləndirilmişdir.

Bununla yanaşı, qeyd olunmuşdur ki, hesabat ilində Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılmış, həmçinin 317 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanmış,  86 (27.10 %)  material üzrə digər prokuror təsir aktları tətbiq edilmişdir.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə daxil olmuş əsasən, yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmiş, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.

Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanmış, 17 nəfər axtarışda olan şəxs saxlanılmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanmışdır.

2019-ci il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olmuşdur.

Hesabat dövrü ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanmış, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilmişdir.

Eləcə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 08 oktyabr 2018-ci il tarixli Fərmanın icrası ilə əlaqədar görülən işlər çərçivəsində Baş İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının proqram təminatı və istifadə qaydalarına dair təlimatın hazırlanması təmin edilmişdir.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödənilməsi təmin edilmişdir.

O cümlədən, Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülmüşdür.

Çıxışında xüsusi aktuallığı ilə seçilən bəzi cinayət işlərinin istintaq gedişatına da toxunan K.Əliyev belə işlərdən biri kimi qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərini pozmaqla saxta spirtli içki istehsalı ilə məşğul olmuş bir qrup sahibkarın son günlər cəmiyyətdə geniş ictimai rezanonsa səbəb olan qanunsuz əməlləri barədə məlumat verərək, Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçildiyini bildirmişdir.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri və növbətçi prokurorlar tərəfindən ümumilikdə 717 vətəndaş qəbul edilmişdir.

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.

Belə ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilərkən 29 halda inzibati pozuntu aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 192, 198 və 228-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların başlanması haqqında qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə müvafiq icra orqanlarına və məhkəmələrə göndərilmişdir.

Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilmiş, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilmişdir.

Vurğulanmışdır ki, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşmiş, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə vermişdir.

Belə ki, 2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25,  İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılmış və bir sıra hallarda cinayət işləri başlanmışdır.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət vermişdir.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının monitorinq mexanizmi çərçivəsində IV Dəyərləndirmə Raundu uğurla başa çatdırılmışdır. Təşkilatın 20-ci monitorinq görüşü zamanı ölkəmiz üzrə İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı Tərəqqi Hesabatı müzakirə edilərək qəbul edilmişdir. Qeyd edilməlidir ki, IV Monitorinq Raund hesabatı üzrə ölkəmizə ünvanlanmış 31 tövsiyədən 21-i uğurla icra edilmişdir.

Bundan başqa, Baş prokurorun müavini — Baş İdarə rəisi ötən il Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82 və 83-cü Plenar İclasınlarında iştirak etmiş, sonuncu plenar iclasda millət və­killəri, hakimlər və prokurorlara mü­nasibətdə korrupsiyanın qar­şısının alınması tədbirlərinin də­yər­lən­dirilməsini nəzərdə tutan Azər­bay­can Respublikasının IV raund də­yər­ləndirilməsi çərçivəsində Uy­ğun­luq Hesabatı müzakirə edilərək qə­bul edilmiş, ölkəmizə ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilmişdir.

Həmin qurumla əməkdaşlıq çərçivəsində ötən il  iyunun 17-də Strasburq şəhərində GRECO-nun yaradılmasının 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda iştirak etmiş Baş İdarə rəisi Kamran Əliyev çıxışında cari məsələlərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli Fərmandan irəli gələn vəzifələr barədə məlumat vermiş, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində mühüm addım olduğunu bildirmişdir.

Həmçinin, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasiyası ilə uzun illər davam edən əməkdaşlığın uğurlu nəticələri 2019-cu ildə də özünü göstərmiş, belə ki, Buenos-Ayres şəhərində BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağında həmin təşkilatın İcraiyyə Komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində xidmətləri və BPA-nın inkişafına verdiyi töhfələr, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında məhsuldar fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilmiş — qurumun fəxri üzvü seçilmişdir.

Ötən il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülmüş, Baş İdarə ilə Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu və Tunisin Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları, həmçinin Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Akademiyanın Təlimləri üzrə Magistr proqramının növbəti modulunun 2020-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsinə dair müvafiq sənəd imzalanmışdır.

Bundan əlavə, Özbəkistan, Belarus, Türkiyə, Çin, Litva, Qırğızıstan və digər ölkələrin anti-korrupsiya və əlaqədar hüquq-mühafizə orqanlarının nümayəndə heyətləri təcrübə mübadiləsi məqsədilə Baş İdarəyə səfər etmişdir.

Bundan başqa, Beynəlxalq Anti-Korrupsiya Qurumlarının Assosiasiyasının  (IAACA), Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Anti-Korrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılmışdır.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilmiş, dövri olaraq mətbuatda korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair məqalələrlə çıxışlar edilmişdir.

Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirildiyini bildirmişdir.

Çıxışda ötən illərdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarının icrasının dövlət orqanları tərəfindən yüksək faizlə yerinə yetirildiyi, hazırda da Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması istiqamətində işlərin aparıldığı qeyd olunmuşdur.

Həmçinin korrupsiyanın qarşısının alınması sahəsində maarifləndirmənin rolunun artırılması məqsədilə “Azərbaycan Anti-Korrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının əməkdaşlarına müxtəlif istiqamətlər üzrə çoxsaylı təlimlər keçirildiyi, təşkilatın fəaliyyətinin bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndiyi diqqətə çatdırılmışdır.

Ceyhun Kazımov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzləri və DOST mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.

C.Kazımov çıxışında qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə möhtərəm cənab Prezidentin 2019-cu ilin yekunları ilə bağlı müşavirədəki çıxışında qeyd olunan xüsusatları diqqətə çatdırmış və bu prosesə digər dövlət orqanları ilə yanaşı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə fəaliyyətinin də əhəmiyyətli təsiri olduğunu bildirmişdir. Bununla yanaşı dövlət başçısının həmin müşavirədə bu istiqamətdə verdiyi tapşırıqların gələcək fəaliyyətdə də rəhbər tutulmalı olduğu və kölgə iqtisadiyyatından çıxmaqla bağlı digər qurumlarla da koordinasiya işlərinin zəruriliyi qeyd edilmişdir.

Prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi 2019-cu ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizənin uğurla davam etdirildiyini, müsbət nəticələr əldə olunduğunu bildirən C.Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 23-də ilin yekunları ilə bağlı geniş müsahibəsində və yanvarın 13-də ilin yekunlarına həsr olunmuş müşavirədə yerli icra orqanlarının yüksək vəzifəli məmurlarının işsizliyin qarşısının alınması üçün ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı proqramın icrasında yol verdiyi pozuntular və digər neqativ hallarla mübarizəni xüsusilə vurğuladığını qeyd etmiş, vəzifəli şəxslər tərəfindən törədilmiş digər qanunsuz əməllərə qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyinə dair dövlət başçısının proqram xarakterli qətiyyətli mövqeyinin gələcək fəaliyyətdə də daim rəhbər tutulmalı olduğunu bildirmişdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər.

Mətbuat konfransında Prezident cənab İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanmışdır.

Tədbirin sonunda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmış, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimaiyyətin maarifləndirilməsi sahəsində görülən işlər çərçivəsində yeni nəşr edilmiş və özündə bu sahənin nəzəri və praktiki aspektlərini, istiqamətlərini ehtiva edən “Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri və hədəflər” adlı məqalələr toplusunun təqdimatı keçirilmişdir.

1579084481img__1
]]>