“Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti ilə bağlı yekun hesabatın təqdimatı

main “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanmış Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqinə dair yekun hesabatını təqdim etdi. Dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin, eləcə də diplomatik təmsilçilərin iştirakı ilə keçirilən görüşün əsas məqsədi monitorinq hesabatının nəticələrini geniş ictimaiyyətə təqdim etmək və hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində səylərinə dair konstruktiv müzakirə təşkil etməkdir.

Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra hesabat barəsində ümumi məlumat verərək bildirdi ki, yekun hesabat “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə öhdəliklərin bütün icra müddətində – sentyabr 2012 — dekabr 2015-ci ildə həyata keçirilən fəaliyyətlərin qiymətləndirilməsini əks etdirir.

Şəffaflıq Azərbaycan təşkilatının Açıq Hökumətin Təşviqi üzrə mütəxəssis qrupunun koordinatoru Dünya Camalova bildirdi ki, yekun qiymətləndirmə nəticəsində MFP-nin icrası zamanı 9 fəaliyyət istiqamətindən heç birində maksimum nəticəyə nail olunmayıb. Ən yüksək göstərici “Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması” istiqamətində, ən aşağı göstərici isə “İnformasiya əldə edilməsinin asanlaşdırılması” istiqamətində qeydə alınıb.

Hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanın növbəti hissəsi daha çox interaktiv şəkildə keçib. Hesabatın müəllifləri iştirakçılar tərəfindən verilən sual və şərhlərə cavab veriblər. İştirakçılar müxtəlif dövlət qurumlarında şəffaflığın artırılması üçün hesabatın əhəmiyyətini vurğulayıblar. Hazırlanmış yekun hesabatın nüsxələri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və digər müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Təqdimat ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.

14264827_1220425561311617_6086461839462771239_n 14242242_1220426587978181_138724143012083320_o 14238146_1220427354644771_241676174701223688_n 14238124_1220426077978232_6830212439338658991_n 14233222_1220426554644851_2212527902854202290_n 14233018_1220427051311468_5045426662257358603_n 14225504_1220425974644909_1603183504753916089_n 14225476_1220426561311517_4109337151168333050_n 14222346_1220425594644947_242811589370023739_n 14222249_1220426081311565_8317773601509776238_n 14192554_1220426984644808_4740242712376529024_n 14184392_1220425587978281_775544634159274210_n 14292380_1220427034644803_6031824988916865737_n 14291694_1220427387978101_3174885025890427155_n

Related posts: