Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Təhsil və maarifləndirmə ilə bağlı yaratdığı işçi qrup

1. Elnur Nəsibov işçi qrupunun rəhbəri) — Azərbaycan respublikası təhsil nazirinin müşaviri
2. Emin Nəsibov — Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi
3. Rufət Abdullayev — Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin, Elm, təhsil, mədəniyyət səhiyyə və gender siyasəti məsələləri sektorunun böyük məsləhətçisi
4. Qurban Əmirov — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin elm və təhsil məsələləri sektorunun müdiri
5. Rövşən Muradov — Azərbaycan Respublikası Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdir müavini
6. Şahin Qəhrəmanov — Azərbaycan Respublikası Ali Məhkəməsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri
7. İlahə Hüseynəliyeva — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru
8. Zaur Hacılı — Azərbaycan Respublikası Mərkəzi Bankının İnsan resusları departamentinin təhsil və inkişaf şöbəsinin rəisi Xumar Hüseynova
9. Hikmət Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili
10. Elçin Xələfov — Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən
11. Kənan məlikov — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Daxili araşdırmalar sektorunun müdiri
12. Şəhla Hacıyeva — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət gənclər və idman sahələrinin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi
13. Səidə Rüstəmova — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resusları şöbəsinin müdiri
14. Şahin Osmanlı — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı
15. Şahin Hüseynov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının İxtisas fənləri kafedrasının baş müəllimi
16. Elçin Rəşidov — “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin eksperti
17. Rəna Səfərəliyeva — “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı mübarizə İctimai Birliyinin İdarə Heyəti üzvü
18. İlqar Orucov — “Gənc alimlər” İctimai Birliyinin sədri
19. Umud Mirzəyev — “Beynəlxalq Avrasiya Mətbuat” Fondunun sədri
20. Azər Mehtiyev — “İqtisadi Təşəbbüslərə yardım” İctimai Birliyinin sədri
21. Mayis Əliyev — “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri

http://antikorrupsiya.gov.az/view.php?lang=az&menu=25&id=500

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yaratdığı işçi qrup

1. Vüsal İsayev (işçi qrupunun rəhbəri) — Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri
2. Ramin Vəlizadə — Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibi
3. Fərhad Tutayuk — Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin sektor müdiri
4. Elnur Nuriyev — Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin böyük məsləhətçisi
5. Cəlal Bağışov — Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin böyük məsləhətçisi
6. Ceyhun Hüseynov — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin səfərbərlik sektorunun böyük məsləhətçisi
7. Kəmalə Paşayeva — Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri
8. İntiqam Eyvazov — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini
9. Səid Musayev — Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin böyük məsləhətçisi
10. İlkin Qulubəyli — Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru
11. Zaur Hacılı — Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə monitorinqi bölməsinin rəhbəri
12. Mahmud Müqalib — Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri
13 Hikmət Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili
14. Seymur İsmayılov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Dövlət reyestrləri idarəsinin rəisi v.i.e
15. Azər Abbasov — Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidmətinin Hüquq departamentinin direktoru
16. Sevda Cəfərzadə — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin baş məsləhətçisi
17. Sahib Səfərov — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri v.i.e
18. Mikayıl Cəbrayılov — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı
19. Sənan Şahbəndəyev — Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Əməliyyat-istintaq Baş İdarəsinin hüquqpozmalarla mübarizə şöbəsinin rəisi
20. Sabit Bağırov — Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafına Yardım” Fondunun prezidenti
21. Rövşən Ağayev — “İqtisadi Təşəbbüslərə yardım” İctimai Birliyinin eksperti
22. Samir Əliyev — “Media İctimai Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin sədri
23. İnqilab Əhmədov — “Avrasiya Bilik” Mərkəzinin direktoru
24. Mirvari Qəhrəmanlı — “Neftçilərin Hüquqlarının Müdafiəsi” Təşkilatının sədri

http://antikorrupsiya.gov.az/view.php?lang=az&menu=25&id=499

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Qanunvericiliyin təkmilləşdirilməsi üzrə yaratdığı işçi qrup

1. Səyyad Kərimov — (işçi qrupunun rəhbəri) Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini
2. Əli Ağayev — Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
3. Fərhad Tutayuk — Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin sektor müdiri
4. Elnur Nuriyev — Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin böyük məsləhətçisi
5. Ruslan Kərimov — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hüquq və qanunvericilik şöbəsinin normativ hüquqi təminat sektorunun aparıcı məsləhətçisi
6. İntiqam Eyvazov — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini
7. Rəşad Quliyev — Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanunvericiliyin təhlili və sistemləşdirilməsi şöbəsinin müdiri
8. Natiq Eyvazov — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi
9. Tural Feyzullayev — Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin direktor müavini
10. Mahmud Müqalib — Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin Hüquqi maarifləndirmə sektorunun müdiri
11. Mətanət Alızadə — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilat-inspeksiya idarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru
12. Aygün Bəşirova — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi
13. Ramil Mirzəzadə — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini
14. Elçin Nəcəfov — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri
15. Sahib Səfərov — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri v.i.e
16. Elnur Nəsibov — Azərbaycan Respublikası təhsil nazirinin müşaviri
17. Səməd Həsənli — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı
18. İlkin Bağırov — Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Əməliyyat-istintaq Baş İdarəsinin İstintaq şöbəsinin rəisi
19. Əliməmməd Nuriyev — “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
20. Hafiz Həsənov — “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri
21. Mirəli Hüseynov — “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri
22. Abil Bayramov — “Mülki cəmiyyətə doğru” İctimai Birliyinin sədri
23. Sahib Məmmədov — “Əmək Hüquqlarını Müdafiə Liqası” İctimai Birliyinin sədri
24. Günel Səfərova — “Vətəndaş” İctimai Birliyinin sədri

http://www.commission-anticorruption.gov.az/view.php?lang=az&menu=45

2020-ci il üçün Korrupsiya Qavrama İndeksi

2020-ci il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 129-cı sırada yer alıb

 “Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2020-ci il üçün Korrupsiya Qavrama İndeksini (2020 KQİ) təqdim edir. 2020-ci il üzrə  Azərbaycan KQİ-də   30  balla  180 ölkə arasında 129-cı sırada yer alıb.  2019-ci ildə Azərbaycan 30 balla 180 ölkə arasında 126-ci yerdə qərarlaşmışdı.

 KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb. 7 mənbədən 6-sı üzrə Azərbaycana verilən ballar dəyişməz qalib. Bir mənbə “Demokratik Layihələrin Müxtəlifliyi” üzrə Azərbaycana 2019-cu ildə verilən 10 bal 2020-ci ildə artırılaraq 12 bal təşkil edib. Mənbələrin tam siyahısı ilə  «Suallar və Cavablar»  sənədində  tanış ola bilərsiniz.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International)   tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət  sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.

Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur: 

İllər KQİ balı Qlobal sıralamada yeri   KQİ-də ölkələrin sayı
2020 30 129 180
2019 30 126 180
2018 25 152 180
2017 31 122 180
2016 30 123 176

 “Şəffaflıq Azərbaycan” təşkilatı hökuməti korrupsiya riski yüksək olan sahələrdə daha təsirli antikorrupsiya tədbirlərini həyata keçirilməsi, dövlət şirkətlərini, ictimai xidmətləri yerinə yetirən şirkətlərin, publik hüquqi şəxslərin fəaliyyətində, fiskal sahədə şəffaflıq və hesabatlılığın artırılması üçün daha təsirli addımlar atılmasına çağırır. Eyni zamanda demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinin, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılmasının vacibliyini vurğulayır.

“Beynəlxalq Şəffaflıq” Təşkilatının 2020-ci il üçün Korrupsiya Qavrama İndeksi

Hesabatı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

https://www.transparency.org/en/cpi/2020/index/nzl

Antikorrupsiya tədqiqatlarına dair Bələdçi hazırlanacaq

“Prioritet”  Sosial  İqtisadi  Araşdırmalar Mərkəzi İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə sahəsində araşdırmalar və tədqiqatların aparılması-Vətəndaş cəmiyyəti üçün Bələdçi vəsaitinin hazırlanması”  layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə, ictimai nəzarətin təşkili sahəsində potensialının artırılmasına yardım göstərilməsidir.

Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində monitorinqlər, araşdırmalar, tədqiqatlar  aparılması ilə bağlı zəruri bilikləri, beynəlxalq təcrübə və standartları əhatə edən vəsait hazırlanacaq və nəşr olunacaq.

Vəsait yerli VCT-lərə və müvafiq kitabxanalara, universitet  kitabxanalarına  təqdim  ediləcək.

DÖVLƏT SATINALMALARINDA ŞƏFFAFLIĞI NECƏ TƏMİN ETMƏLİ? — Azərbaycan xarici təcürbədən nələri öyrənməlidir

Əliməmməd Nuriyebf67d79c7deee5bd945a433079643540v

“Şəffaflıq Azərbaycan”  Korrupsiyaya  Qarşı  Mübarizə  İB-nin icraçı direktoru

Azərbaycanda korrupsiya riski yüksək olan sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Bu sahədə şəffaflıq və hesabatlılığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, İKT-dən daha geniş miqyasda istifadə olunması və yeni antikorrupsiya alətlərinin, qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsinə ciddi ehtiyac var.

2018-ci ildə «Dövlət satınalmaları haqqında» qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə «Dövlət satınalmalarının vahid elektron portalı» yaradılıb. Açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabətliliyin artırılmasına, mikro, kiçik və orta sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir. Lakin bu dövlət satınalmaları sektorunda mövcud problemlərin həlli üçün yetərli deyil.

 Mövcud problemlərin həlli üçün, ümumiyyətlə, dövlət satınalmaları sahəsində yeni yanaşma, innovasiyalar tətbiq olunmalıdır. Bütövlükdə, indiki sistem, qanunvericilik bazası və mexanizmlər şəffaflıq və hesabatlılığ, korrupsiya hallarına qarşı effektiv mübarizəni yetərli qədər təmin edə bilmir. Bu sahədə problemlərin miqyası Hesablama Palatasının məlumatlarında da açıq görünür. Platanın məlumatına əsasən 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8964 müsabiqə əsaslı satınalma keçirilib. Lakin dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) 5463 satınalma müqaviləsi barədə məlumat yerləşdirilib.

Hesablama Palatasının 2019-cu ildə dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatında qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntuların qeydə alındığı sahələrdən biri dövlət satınalmalarıdır. Bu Hesabatda açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir.

Bu sahədə korrupsiya hallarının aradan qaldırılması, şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün daha miqyaslı islahatlara, daha ciddi təşəbbüs və addımlara ehtiyac var. Bu islahatlara olan ehtiyacı nəzərə alaraq Beynəlxalq Şəffaflıq Təşkilatının (Transpatency İnternational) milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB (Transparency Azerbaijan) ABŞ-ın German Marşal Fondunun Qara dəniz İşbirliyi Proqramının dəstəyi ilə “Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi” layihəsini həyata keçirir.

Layihə bir neçə komponeti əhatə edir. Bura a) satınalamalar haqqında qanunvericiliyin və mövcud prosedurların, parktikanın beynəlxalq təşkilatların tövsiyyələri və standartları, xarici ölkələrin təcrübəsi ilə müqayisəli təhlili; b) vahid satınalamlar portalının işinin analizi və monitoriniqi; c) dövlət satınalamalarında müşahidə olunan tipik nöqsan və çatışmazlıqların aşkarlanması və sistemləşdirilməsi; d) özəl sektorun dövlət satınalmalarında iştirakı zamanı üzləşdiyi çətinliklərin araşdırılması və onların təkliflərinin toplanması; f) Azərbaycanda dövlət satınalmalarının zəif və gücülü tərəflərinin, problemərinin təsvir edildiyi hesabat və islahatlar gündəliyinin müəyyən olunması üçün təkliflər paketinin hazırlanması daxildir.

Geniş auditoriyanın məlumatlandırılması üçün layihə fəaliyyətləri və nəticələrlə əlaqədar mütəmadi olaraq məqalələrin dərc olunmasını nəzərdə tutmuşuq.

Dövlət satınalmalarında şəffaflıq və hesabatlılıq prinsipləri

Apardığmız təhlilər göstərir ki, Azərbaycanda dövlət satınalmalarında şəffaflıq, hesabatlığın təmin edilməsi, korrupsiya hallarına qarşı səmərəli mübarizə mexanizmləri yaradılması üçün beynəlxalq təcrübədən istifadə olunması zərurəti var. “ Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Ukrayna təcrübəsi layihə ekspertləri tərəfindən araşdırılıb, eyni zamanda beynəlxalq təşkilatları Dünya Ticarət Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) prinsiplərini, tövsiyyələri öyrənilib. Həmçinin, bu təcrübələrdən istifadə üçün təkliflər hazırlanıb. Bu məqalədə Gürcüstan, Türkiyə, Ukrayna təcrübəsində şəffaflıq və hesabatlığın təmin olunması ilə əlaqədar tətbiq olunan alət və prosedurlar diqqətə çatdırılır. Hansı ki, bu təcrübələr Azərbaycanda ya tətbiq edilmir, yaxud qismən tətbiq edilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) təşkilatı beynəlxalq institutlar içərisində dövlət satınlamlarının səmərəliliyini və şəffaflığını əsas prioritetləri sırasına daxil edən azsaylı qurumlardan biridir. Təşkilatın ixtiyarı ölkədə dövlət satınlamalarının mövcud durumunu qiymətləndirmək üçün müvafiq sistemi var və bu sistem Satınalma Sisteminin Qiymətləndirilməsi Metodologiyası (MAPS – Metodology for Assessing Procurement Systems) adlandırılır. OECD dövlət satınalmalarının effektiv çalışması üçün 12 prinsipi müəyyənləşdirib. Bu prinsiplərdən “Şəffaflıq” və “Hesabatlılıq” prinsiplərinə nəzər salaq.

Şəffaflıq — bu prinsip satınalma prosesinin bütün mərhələlərində diskriminasiya tətbiq etmədən bütün potensial təchizatçılara bərabər yanaşmağı, eyni dərəcədə ədalətli və şəffaf mühit təmin etməyi, bütün maraqlı tərəflərə intrenet vasitəsilə satınalmalara dair məlumatlar verməyi, satınalma prosesinin əvvəlindən sonunadək satınalma üzrə dövlət vəsaitlərinin axınlarını izləmək üçün şərait yaratmağı nəzərdə tutur.

Hesabatlılıq- bu prinsip satınalmalar üzərində effektiv daxili və xarici nəzarətin qurulmasını və onların bir-birilə inteqrasiyasını, ədalətli və şəffaf şikayət mexanizmlərinin olmasını, bütün mərhələlərlə bağlı aşkarlanan problemlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutur.

Dünya Ticarət Təşkilatının satınlamalarla bağlı yanaşma və standartlarında qeyd edilir ki, ictimai resurslar effektiv xərclənməli, satınalma prosedurları tam şəffaf olmalı, satınalma prosesində maraqların toqquşması və korrupsiya hallarının qarşısını alan səmərəli mexanizmlər tətbiq edilməlidir

Bu prinsiplərin Gürcüstan, Türkiyə,Ukrayna təcrübəsinə necə tətbiq edildiyinə nəzər salaq.

Gürcüstan təcrübəsi

Ölkənin təcrübəsində ən geniş yayılmış üsul elektron tenderlərdir və dövlət satınalınmalarının 70%-dən çoxu bu üsulun payına düşür.

Gürcüstanda son illər qanunvericilikdə aparılan dəyişikliklərdən biri də “lot” anlayışından imtina edilməsidir. Satınalma Agentliyinin müəyyən etdiyi meyarlara əsasən, pis reputasiya qazanmış biznes subyektlərinin elektron qaydada “qara siyahısı” hazırlanır və bu siyahı qurumun internet saytı vasitəsilə ictimailəşdirilir. Agentlik bu siyahıya düşən təsərrüfat subyektlərini 1 il müddətədək diskvalifikasiya edərək dövlət satınalınmalarından kənarda saxlaya bilir.

Eyni zamanda dövri olaraq ixtisaslı və peşəkar səviyyədə, müqavilə şərtlərini tam icra edən malgöndərənlərin “ağ siyahısı” hazırlanır və yayılır.

Maraqlanan şəxslər təchizatçıların elektron katoloqunu əldə etmək imkanına malikdirlər. Bu baza elektron (onlayn) bazar məlumat sistemi rolunu oynayır. Orda satınalan təşkilatlara potensial olaraq mal, iş və xidmət təqdim edəcək bütün biznes subyetkləri və onların qiymətləri, saytları, əlaqə vasitələri barədə məlumat əks olunur. Bu məluamatlara xüsusi elektron platforma — http://emarket.spa.ge/ vasitəsilə çıxış mümkündür.

Ölkədə dövlət satınalmalarının şəffaflığının və informasiya açıqlığının təmin edilməsi üçün bir sıra fərqli online platformaların da imkanlarından istifadə edilir. Məsələn, http://opendata.spa.ge saytında satınalmalarla bağlı geniş informasiya bazası mövcuddur. Saytda konkret müqavilələr üzrə dövlət adından satınalan təşkilat, onun təchizatçısı, müqavilənin dəyəri, tender elanının tarixi barədə məlumat bazası yaradılıb. Bazada hökumətin satınalma saytına link qoyulub və müvafiq tender nümunəsinin üzərinə basıldıqda tender saytında həmin müqavilər üzrə bütün məlumat çıxış təmin edilir.

Gürcüstanda satınalmalarda şəffaflığın təmin edilməsi, xüsusilə maraqlar ziddiyətinin ictimai monitorinqi baxımından vacib olan daha bir baza onlayn qaydada çalışır. Söhbət hüquqi şəxslərin elektron reyestrindən gedir. İstənilən şəxs http://napr.gov.ge saytından istifadə etməklə bütün şirkətlərin və onların sahibləri barədə məlumat əldə edə bilirlər.

Gürcüstanda “Transparency International Georgia” təşlkilatının təşkilatçılığı ilıə şəkildə https://tendermonitor.ge/en saytı fəaliyyət göstərir. Bu portal risk faktorlarına görə, tender müqavilələrinin bazasını hazırlayır və ictimailəşdirir. Bunun üçün təşkilat ekspertləri xüsusi indikatorlar sistemi hazırlayıb.

Elektron sistem satınalmalarda iştirak etmiş rəqiblərin (iddiaçı və iştirakçılar) adları və onların qiymət təklifləri barədə məlumat almaq imkanı verir. Bağlanmış müqavilələr barədə ətraflı informasiya təqdim olunur.

Türkiyə təcrübəsi

Türkiyədə dövlət satınalamaları yalnız 3 üsulla — açıq tender, bəlli təchizatçılar arasında müsabiqə və sövdələmə üsulu ilə həyata keçirilə bilər.

Satınalma barədə elanlar, zəruri sənədlərin bəyan edilməsi, hazırlanması və təqdim edilməsi, iştirak və ixtisasla bağlı sənədlərin yayımlanması, satınalma prosesinin aparılması və yekunlaşdırılması, nəticələrin təsdiqlənməsi və yekun tender qərarlarının elan edilməsi, müqavilənin imzalanması əlaqəli bütün mərhələlər Elektron Dövlət Satınalma Platforması vasitəsilə həyata keçirilir.

Türkiyədə elektron dövlət satınalmaları sistemi son 10 ildə inkişaf etməyə başlayıb. Türkiyədə dövlət satınalmaları üzrə məsul qurumun internet resursu https://www.ihale.gov.tr/ saytıdır. Dövlət adından gedən bütün satınalmaların statistik bazası, qanunvericilik, iştirakçıların müraciət və şikayətlərlə bağlı əlaqə və əksəlaqə imkanları, qurumun hesabatları, satınlamada iştirakına məhdudiyyət və qadağa qoyulmuş subyektlərin siyahısı və s. kimi bütün zəruri informasiyalar, materiallar bu sayt üzərindən həyata keçilir. Lakin elektron satınalmanın təşkili avtonom rejimdə çalışan EKAP platformasının internet resursu – www.ekap.kik.gov.tr bazası vasitəsilə reallaşdırılır.

Elektron satınalma portalının həm iştirakçılar, həm də digər maraqlı tərəflər (vətəndaş cəmiyyəti və media təmsilçiləri, mövzu ilə bağlı müstəqil araşdırmaçılar və s.) təqdim etdiyi əsas imkanlardan biri “Satınalma axtarış” sistemidir. Axtarış sistemi peşəkar tələblərə uyğundur və istifadəçilər üçün kifayət qədər sadə və asan axtarış imkanı yaradır. Axtarış sistemi çoxsaylı “filtir”lər üzərində qurulub. Məsələn, satınalmanın başlanma və ya bitmə tarixinə, satınalma üsuluna və və satınalmanın formasına, müqavilənin qeydiyyat nömrəsinə, satınalma durumuna (elanı verimiş, artıq icrasına başlanmış, bitmiş, icrası dayandırılaraq ləğv edilmiş və s.), sifarişçi təşkilatın və ya onun tabe olduğu mərkəzi təşkilatın adına, yerləşdiyi bölgəyə uyğun olaraq axtarış aparıla bilər. Bu cür fərqli filtrlər“ üzərindən məlumat bazasının və axtarış sisteminin formalaşdırılması həm səlahiyyətli qurumun özünün, həm də ixtisaslaşmış ictimai institutların effektiv monitorinq imkanını artırır.

Ukrayna təcrübəsi

Ukrayna son 6 ildə “Prozorro” (ukraynca “şəffaflıq”) elektron tender sistemilə dünyanın diqqətini özünə cəlb edə bilib. Yeni sistem bir sıra mühüm prinsiplər üzərində qurulub. Məsələn, sistem elə şəffaf olmalıdır ki, bütün iştirakçılar satınalmalarla bütün məsələləri maneəsiz görə bilsinlər, Yəni sistem tam açıq mənbə olsun, dövlətə məxsus vahid data mərkəz qurulsun və bu mərkəzə ticarət platformalarının manesiz girişi olsun, bi ticarət platformalarının vahid məlumat mərkəzinə daxil olması təmin edilsin.

Dövlət satınlamalarına qanunvericilik bütün satınalma prosedur və əməliyyatlarının tam elektron üsullarla həyata keçirilməsini və bütün satınalma məlumatlarının ictimaiyyətin açıq, həmçinin ödənişsiz şəkildə əlçatan olmasını nəzərdə tutur.

Qanun cəmi 3 satınalma prosedurunun tətbiqini nəzərdə tutur — açıq tender, rəqabətli dialoq və danışıqlar proseduru. Hər 3 prosedurun yalnız elektron hərraclar vasitəsilə təşkilinə icazə verilir.

Xüsusilə http://dozorro.org elektron resursunun fəaliyyəti diqqəti cəlb edir. Bu monitorinq portalında bütün tərəflər, yəni podratçı, satınalan təşkilat, nəzarət edən qurum, vətəndaş, rəqabətə zərər vuran faktları ictimailəşdirə bilirlər. Maraqlı tərəflər və iştirakçılar satınalan və podratçı təşkilata rəy vermək, onlarla müzakirə aparmaq, hər hansı satınalma elanın şərtlərini aydınlaşdırmaq imkanına malikdirlər. Bununla bərabər, hər hansı dövlət qurumunun satınalma profilini təhlil etmək və nəzarət edən qurumlara şikayət etmək mümkündür.Proseslə bağlı çox operativ şikayət mexanizmi mövcuddur. Böyük məbləğli tenderlərdə malgöndərən kimi prosesə qatılan subyektlər prosesdən narazı qaldıqları təqdirdə Ukrayna Antiinhisar Komitəsinə baş vura, elektron ticarət platformasından birbaşa olaraq komitənin hesabına öz şikayətlərini yönləndirə bilərlər.

Elektron hərraclar modulu bu linkdə hər kəs üçün açıqdır və https://auction.ea.openprocurement.org/ portalı üzərindən real vaxt rejimində auksionu izləməyə imkan verir.

«Dövlət satınalamalarında şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı hazırlanıb

Aside

Dövlət satınalmalarında şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində  çatışmazlıqlar, boşluqların təhlili aparılıb, hökumətə təkiflər təqdim olunub

“Şəffaflıq Azərbaycan”  Korrupsiyaya Qarşı Mübarizə İB ekspertləri Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Dövlət satınalmalarında şəffaflığın artırılması” təşəbbüsü  üzrə “Dövlət satınalamalarında Şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı  hazırlayıblar.  Tədqiqat Hesabatında Azərbaycan Respublikasında dövlət satınalmalarında şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində  çatışmazlıqlar, boşluqların təhlili aparılıb, korrupsiya riski yaradan, korrupsiya sövdələşmələrinə və subyektiv qərarların verilməsinə yol açan müddəalar müəyyənləşdirilib, şəffaflıq mexanizmlərinin effektivliyi qiymətləndirilib. Hesabat həmçinin Dövlət satınalmalarında şəffaflıq sisteminin təkmilləşdirilməsi üçün təklifləri əks etdirir. Beynəlxalq təcrübənin analizi və Azərbaycan təcrübəsində E-satınalamların Vahid  Elektron Portalının monitorinqi əsasında  ictimai nəzarətin təşkili üçün  təkliflər hazırlanıb və təqdim olunub. Bu Hesabatda  hazırlanmasında Şəffaflıq Azərbaycanın  2016-2018-ci illərdə dövlət satınalmalarında şəffaflıq mexanizmləri bağlı apardığı tədqiqatlardan da  istifadə olunub. Tədqiqat Hesabatı AR Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə təqdim olunub.

Hesabatla buradan tanış ola bilərsiniz