GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “GÜNƏŞ IŞIĞI QANUNLARI” HAQQINDA DƏYIRMI MASA KEÇİRİLİB

13116047_1122175754469932_667572012075518152_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosasiyası ilə birgə Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə günəş işığı qanunlarının müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Dəyirmi masa Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbirdə “Şəffaflıq Azərbaycan” müstəqil ekspert Ələsgər Əhmədoğlu tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyib.
Gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən dəyirmi masada gün işığı qanunlarının zəruriliyindən, bu qanunların idarəetmədə şəffaflığa necə təkan verdiyi müzakirə edilib. Eyni zamanda, cənab Əhmədoğlu informasiyalı cəmiyyətlə informasiyasız cəmiyyətin fərqləri və informasiya əldə etmək hüququ haqqında danışıb. O cümlədən, gənclərin hüquqi tənzimləmələr, beynəlxalq standartlar, daha şəffaf idarəetməyə necə nail olmaq haqqında fikir mübadiləsi aparılıb. Dəyirmi masanın məqsədi tələbələri maraqlı olan günəş işığı qanunları ilə bağlı məlumatlandırmaq və bununla bağlı əsas bilik və təlimatları aşılamaqdır.
«Günəş İşığı» qanunları hökümətdən şəffaflıq tələb edən nizamlamadır. Bu qanunlar iclasları, lent yazmalarını, səsvermələri, müşavirələri və digər rəsmi fəaliyyətləri ictimaiyyətin müşahidəsinə, iştirakına və (ya) yoxlamasına imkan verir. Bundan əlavə, bu qanunlar hökümət iclasları ilə əlaqədar ictimaiyyətə əvvəlcədən kifayət qədər məlumat verməyi və onlara uyğun və əlçatan vaxtlarda, yerlərdə keçirməyi tələb edir. Fövqaladə iclaslar buna istisnadır.
Dəyirmi masanın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib, dəvət olunmuş ekspert effektiv və şəffaf idarəetmə ilə bağlı gəncləri maraqlandıran suallara cavab veribdir. İştirakçılar bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Related posts: