“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”-nın icra vəziyyəti müzakirə olunub

20131122_114439_999“Şəffaflıq Azərbaycan” təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi   ilə həyata keçirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqi  üzrə yekun hesabatın təqdimatı olub. Təqdimatda Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər  əlaqədar hökumət orqanlarının, Milli Məclisin təmsilçiləri, Şəffaflıq Naminə Tərəfdaşlıq Platformasının üzvləri, yerli və xarici QHT-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və  mətbuatın  nümayəndələri iştirak edib.
Tədqimatda iştirak edənlərlər bildirib ki, Azərbaycan Respublikası Açıq Hökumət Tərəfdaşlığına qoşulmaqla açıq hökumətin tətbiqi  və şəffaflığı artırılması  ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə və beynəlxalq təşəbbüslərə töhfə vermək niyyətindədir.
Tədqimat  zamanı   bildirilib ki, “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nın icrasının  ilk  illik qiymətləndirmə  hesabatı bu plan üzrə öhdəliklərin icra səviyyəsinin qiymətləndirilməsi və bu öhdəliklərin icrasına təsir göstərən başlıca  çətinliklərin müəyyənləşdirilməsi  və növbəti mərhələlər üçün xüsisi tövsiyyələrin  hazırlanması məqsədi daşıyır.
Monitorinq hesabatının nəticələrini təqdim edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu bidlirib ki,  Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı 9 əsas tematik öhdəlik qrupundan, ümumilikdə 45 əsas və köməkçi fəaliyyət növlərindən ibarətdir. 15 fəaliyyət növü artıq başa çatdırılıb. 5 əsas fəaliyyət növü 2013-cü il ərzində başa çatdırılacaq. 15 fəaliyyət növü 1 illik müddət əzrində başa çatdırılmalıdır, icra ediləcək daha 13 fəaliyyət növü isə 2 ildən artıq vaxt aparacaq. 11 fəaliyyət növünün davamlı surətdə icrası tələb olunur.  O monitorinqin nəticələrini şərh edərkən bildirib ki,  “Azərbaycanda Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nı  üzrə  öhdəlikləri icra etmək asan deyil və hətta bəzi sahələrdə müəyyən irəliləyişlər əldə olunsa da, vətəndaşların  qərar qəbul etmə prosesinə cəlb olunması və xüsusilə də, “dövlət təşkilatlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi” ilə əlaqədar öhdəliklər zəif icra olunub. Hazırkı dövrə qədər ən yaxşı nəticələr Fəaliyyət Planının “Mərkəzi Qanunverici Elektron Məlumatlar Bazası” və “Hasilat sənayesində şəffaflığın artırılması” üzrə öhdəliklərində əldə edilib.

Hesabatnan buradan tanış ola bilərsiniz.

Related posts: