Büdcə şəffaflığının olmaması Azərbaycanın müdafiə sahəsində hesabatlılığına mane olur

clip_image001• Transparency International təşkilatının Müdafiə və Təhlükəsizlik proqramı tərəfindən hazırlanan yeni hesabatda göstərilir ki, çox sayda dövlətlər müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin xərclənməsi ilə bağlı məlumatları ictimaiyyətə ya az yada ümumiyyətlə heç yaymırlar. Bu isə ictimiyyətə xərclərin hesabatlılığını aparmağa imkan vermir
• Azərbaycan hesabatda şəffaflığı orta aşağı qiymətləndirilən ölkələr arasındadır. Hesabatda qeyd olunur ki, hökumət müdafiə və təhlükəsizlik sahəsində xərclənən vəsaitlə bağlı həm ictimaiyyətə, həm də qanunverici orqana çox az informasiya verir ki, bu da həmin sahələrdə hesabatlılığı tam öyrənməyə imkan vermir.
“Müdafiə büdcələrinin Şəffaflığı” hesabatı Transparency İnternational təşkilatının Müdafiə və Təhlükəsizlik proqramı tərəfindən hazırlanan yeni hesabatdır. Hesabatda 93 ölkənin təcrübəsi öyrənilib və əldə olunan nəticə bundan ibarətdir ki, bu ölkələrin əksəriyyətində müdafiə və təhlükəsizlik sahəsində xərclər barədə ictimaiyyətə kifayət qədər geniş məlumat verilmir. Hesabatdan görünür ki, hətta bəzi ölkələr qanunvericiklə nəzərdə tutulmasına baxmayaraq bu məlumatları geniş ictimiyyələşdirmirlər. Müdafiə büdcələri ilə bağlı sənədləri (büdcə təklifləri və audit hesabatları da daxil olmaqla) əldə edə bilmək çox vacibdir, çünki bunlar ictimaiyyət və vətəndaş cəmiyyəti üçün hökümətlərinin hesabatlılığını qiymətləndirmək üçün əsas vasitədir.
Hesabatda müdafiə büdcələrində şəfafflıq məsələləri, mövcud vəziyyət və büdcənin tərtib edilməsi ilə bağlı mümkün risklər də daxil olmaqla bir çox məsələlərə diqqət yetirilib. Eyni zamanda 93 ölkə müdafiə büdcəsinin şəffaflığına görə qiymətləndirilib.

Ümumi qiymətləndirmə ondan ibarətdir ki, hesabatda nəzər alınan ölkələrdən 65%-ində müdafiə büdcələrinin şəffaflığı ya orta ya daha aşağıdır.

Azərbaycanda göstərici orta aşağı kimi qiymətləndirlib. Hökumət müdafiə və təhlükəsizlik sahəsində xərclənən vəsaitlə bağlı həm ictimaiyyətə, həm də qanunverici orqana çox az informasiya verir ki, bu da həmin sahələrdə hesabatlılığı tam öyrənməyə imkan vermir. Açıq Büdcə Hesabatına , görə hökumət büdcə sənədlərini dərc edir, amma Açıq Büdcə Hesabatının mütəxəssislərinin rəyinə görə, (OBI’s researcher), ölkədə gizli məsələlərə xərclənən vəsaitlə bağlı məlumat yoxdur. Ölkə parlamentinə müdafiə büdcəsi ilə bağlı müəyyən məlumat verilsə də, qanunverici şəxslər bu sahədə xərclərin ümumi vəziyyətini görə bilmələri üçün audit hesabatı ilə təmin edilmirlər.
“Müdafiə və təklükəsizlik sahəsində şəffaflığın və məlumatların əldə edilməsi ilə bağlı ciddi narahatlıqlar var. Milli təhlükəsizlik sahəsinin işində məxfilik əsas mərkəzi yerlərdən birini tutsada, bu bəzən yüksək büdcə məcmusu, artıq qiymətləndirməyə və korrupsiya əməllərinə yol açır”    Mark Paymen, Transparency International təşkilatının Müdafiə və Təhlükəsizlik proqramının direktoru deyib.

Qeydlər:

1. Qiymətləndirmə zamanı Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən hazırlanan Açıq Büdcə İndeksi 2010 hesabatında, hökümətin ictiamiyyəti məlumatlandırma səviyyəsini ölçən 7 sual nəzərə alınıb

2. Qiymətləndirmə metadologiyasında isə əsas olaraq məlumatlara çatımlılıq nəzərə alınıb. Amma məlumataların düzgünlüyü qiymətləndirilməyib. Büdcədən kənar xərcləmələr də qiymətləndirmə zamanı əsas rol oynamayıb. Bununla belə 2009-cu il Global Integrity hesabatına görə Dövlət Neft Fondundan büdəcədən kənar xərcləmələr ciddi problemlərdən biridir. Büdcəyə daxil edilməyən bu vəsaitin xərclənməsi üçün yalnız prezidentin razılığı olmalıdır. Global İntegrity hesabtında həmçinin qeyd olunur ki, hərbi xərclərin tam təfsilatının parlament tərəfindən təsdiqinə ehtiyac duyulmur.

3. Transparency International təşkilatının Birləşmiş Krallıqlar bölməsinin Müdafiə və Təhlükəsizlik Proqramı ölkələrin korrupsiyaya qarşı mübarizəsini dəstəkləmək, silah mübadilələrində düzgünlüyü təmin etmək, müdafiə və təhlükəsizlik siyasətinə dəstək göstərməklə dünya üzrə bu sahələrdə ədalətli davranışı təmin etmək və korrupsiyanın qarşısını almağa kömək edir.  www.ti-defence.org

Related posts: