Hökumət, Biznes və Vətəndaş Cəmiyyəti Üzvləri Nağdsızlaşma ilə bağlı yeni qaydaları müzakirə etdilər

18765961_1530949886925848_6769884017756123749_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə ictimai birliyi (ŞA), Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Nağdsızlaşma ilə bağlı yeni qaydalar: necə başa düşülməli və necə icra edilməli?” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin biznes komponenti çərçivəsində hökumət qurumları, biznes və qeyri-hökumət təşkilatları arasında dialoqun qurulması və hökumət idarələrində və proseslərində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsiləvi tədbirlərin davamıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hesablama Palatası, Auditorlar Palatası və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, müxtəlif biznes qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva və Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin icraçı missiya direktoru Randall B. Olson edib.

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Zaur Hacılı çıxış edərək ölkə üzrə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb. Daha sonra Vergilər Nazirliyinin baş vergi müşaviri Samir Məmmədov Vergi Məcəlləsinə nağdsızlaşma ilə bağlı edilən əlavə və dəyişiklikləri izah edib. Tədbirin davamında “Şəffaflıq Azərbaycan» təşkilatının layihə koordinatoru Məhəmməd Muradov “Azərbaycanda nağdsızlaşma siyasəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda tövsiyə sənədini təqdim edib. Təqdimat zamanı layihə koordinatoru bu sahədə sahibkarların və hüquqi şəxslərin üzləşdikləri problemlər barədə ətraflı danışmış və nağdsızlaşma ilə bağlı “Şəffaflıq Azərbaycan” təşkilatının hazırladığı tövsiyələri tədbir iştirakçılarına çatdırmışdır.

Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi iştirakçıların rəyləri nəzərə alınmaqla müvafiq dövlət qurumlarına təqdim edilib.

Şəkillər: https://www.facebook.com/Transparencyazerbaijan/posts/1530957826925054

Canlı yayımın videosu: https://www.facebook.com/Transparencyazerbaijan/videos/1530730820281088/

Related posts: