Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 22 dekabr 2014-cü il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində «Elektron Xidmətlər və Elektron Hökumət Infrastrukturunun Qiymətləndirilməsi» hesabatını geniş ictimaiyyətə təqdim etdi.

web 3Şəffaflıq  Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 22 dekabr 2014-cü il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində «Elektron Xidmətlər və Elektron Hökumət Infrastrukturunun Qiymətləndirilməsi» hesabatını geniş ictimaiyyətə təqdim etdi. Təqdimat mərasimini açan Şəffaflıq Azərbaycan Təşkilatının İcraçı Direktoru Rəna Səfərəliyeva hesabatın hazırlanmasında birbaşa müsahibələrdə iştirak edən dövlət qurumlarının hər birinə təşəkkür etdi. Şəffaflıq Azərbaycan Təşkilatının layihə kordinatoru Məhəmməd Muradov monitorinq nəticələrini iştirakçılara təqdim etdikdən sonra, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi, Dövlət reyestri şöbəsinin rəisi İlqar Abdullayev çıxış edərək, təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açdı. O, həmçinin dövlət qurumlarının informasiya sistemlərinin elektron hökumət portalına inteqrasiyasının və qurumlararası məlumat mübadiləsinin vacibliyini vurğuladı. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Fariz Cəfərovun sözlərinə görə, sözügedən Agentlik də dövlət qurumlarının göstərdikləri elektron xidmətlərin daxili qiymətləndirməsini həyata keçirir və 2014-cü il üzrə nəticələr növbəti ilin əvvəlində ictimaiyyətə açıqlanacaqdır.

Hesabatın nəticələri haqqında məlumat verən Məhəmməd Muradov bildirdi ki, monitorinq zamanı vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektron xidmətin monitorinqi prioritetləşdirilib. Hər bir elektron xidmət üzrə monitorinq – elektron prosedur məlumatlandırması, elektron müraciət və nəhayət dövlət xidmətinin elektron çatdırılması kimi əsas səviyyələr əsasında aparılmışdır. Monitorinq nəticəsində məlum olmuşdur ki,  30 elektron xidmətdən 14-ü (47%) onlayn şəkildə istifadəçiyə çatır, 6-sı (20%) elektron müraciət mərhələsinə kimi elektronlaşıb, 10-u (33%) isə informasiya mərhələsindədir ya da ümumiyyətlə elektron mühitdə təmsil olunmur. İnformasiya mərhələsində olan xidmətlərin əksəriyyəti sosial istiqamətli elektron xidmətlərdir; Halbuki, biznes sektoru ilə bağlı elektron xidmətlər nisbətən yaxşı inkişaf etmişdir. O əlavə etdi ki, vətəndaşların qeydiyyatı (pasport, şəxsiyyət vərəqələrini dəyişmək, sürücülük vəsiqəsini əldə etmək, avtomobil nömrələrini onlayn sifariş vermək, qeydiyyatda olan vətəndaşlıq vəziyyəti sənədlərini əldə etmək), eləcə də sosial yönümlü (iş axtarışı və müavinətlərin verilməsi) elektron xidmətlərin inkişafı vətəndaşların həyatını daha da asanlaşdıra bilər; Elektron gömrük bəyannamələrinin tətbiqi, biznes lisenziyalarının elektronlaşması, dövlət satınalamaları sahəsində elektron xidmətlərin inkişafı biznes mühitinin inkişafı üçün də önəmli olardı. Həmçinin o bildirdi ki, elektron hökumət infrastrukturu 7 komponent üzrə monitorinq edilmiş, 7 ballıq şkala əsasında 5 bal ilə qiymətləndirilmişdir. Sonda o qeyd etdi ki, elektron hökumət çərçivəsində daşınmaz əmlak və torpaq kadastrı üzrə informasiya sistemlərinin inkişafı, eləcə də elektron xidmətlərin göstərilməsində Vergilər Nazirliyinin AVİS informasiya sistemində olan kommersiya məlumatlarının digər dövlət qurumları ilə mübadiləsi məqsədəuyğun olardı. Belə ki, dövlət qurumları arasında məlumat mübadiləsi üçün əsas infrastruktur olan elektron hökumət şlüzu artıq mövcuddur.Hesabatnan buradan tanış ola bilərsiniz.

Related posts: