HÖKUMƏT VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ Notariat sahəsində həyata keçirilən islahatları və mövcud problemləri

скачанные файлы

 

Bakı şəhəri — “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika notariat sahəsində keçirilən monitorinqinin nəticələrini təqdim edir. Hesabat Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə və Ədliyyə Nazirliyinin iştirakı ilə  hazırlanıb. “Şəffaflıq Azərbaycan” təşkilatının mövqeyi hökumət  qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə dialoqu qurmaq . Monitorinq şəffaflıq və məmnuniyyət meyarları əsasında Bakının hər rayonu üzrə təsadüfi qaydada seçilmiş 2 notarial kontor olmaqla 20 kontor əsasında aparılmışdır. Monitorinqin nəticələrinə əsasən Nizami rayonunun notarial kontorları digər rayonlara nisbətdə daha yaxşı notarial xidmətlər göstərir. Başqa bir tapıntı isə, özəl notariusların dövlət notariuslarına nisbətən daha yaxşı xidmət göstərməsidir. Belə ki, ən yüksək balları özəl notariuslar olan Nizami rayonu üzrə 52 saylı notarial kontor, daha sonra Nizami rayonu üzrə 15 saylı və Nəsimi rayonu üzrə 14 saylı notarial kontorlar əldə etmişdir. Bu nəticələr həm də özəl notariuslarlar bağlı tətbiq edilən institutsional islahatın müsbət nəticələri kimi sayıla bilər. Çıxışın sonunda Elvin Yusifli monitorinqin nəticələri əsasında «Şəffaflıq Azərbaycan» Təşkilatı  tərəfindən hazırlanmış notarial xidmətlərin daha şəffaf və istifadəçi yönümlü olması ilə bağlı bir sıra tövsiyələr verdi. Hesabatla burada tanış ola bilərsiniz.

Related posts: