Barəmizdə

 

Transparency International təşkilatı haqqında

Transparency International bütün dünyada korrupsiya qarşı mübarizədə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq katibliyi Berlin şəhərində yerləşən Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency International göstərilən prinsipi özünə rəhbər tutur: “Korrupsiya ölkənin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər.”


«Şəffaflıq Azərbaycan» haqqında

“Şəffaflıq Azərbaycan” 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və elmi dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında Transparency International təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçmişdir. Biz, əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması, işgüzar etika sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırırıq. Biz həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sıravi fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstəririk.

Fəaliyyət üsulumuz

Şəffaflıq Azərbaycan tərəfsiz təşkilatdır, heç bir siyasi qüvvənin maraqlarına xidmət etmir və onların əleyhinə fəaliyyət göstərmir. Biz Azərbaycan xalqının xeyrinə çalışırıq. Bizim strateji baxışımız hökumətin, siyasətin, biznesin, vətəndaş cəmiyyətinin və insanların gündəlik həyatının korrupsiyadan azad olduğu dünyadır. Bizim missiyamız cəmiyyətin bütün sahələrində və bütün səviyyələrində korrupsiyaya qarşı mübarizə aparmaq, şəffaflığı, hesabatlılığı, dürüstlüyü, həmrəyliyi, cəsarəti, ədaləti və demokratiyanı təşviq etməkdir.

Bizim əsas dəyərlərimiz və prinsiplərimizə görə daha çox şəffaflığa və dürüstlüyə nail olmaq üçün uzunmüddətli öhdəliklər tələb olunur. Bu isə yalnız maraqlı tərəflərin və ümumilikdə cəmiyyətin məlumatlılığı və dəstəyi ilə mümkündür. ŞA əsas tərəfdaşlarla, xüsusilə də, hökumətlə, vətəndaş cəmiyyəti üzvləri və Azərbaycan xalqı ilə xoş münasibətlər və əməkdaşlıq qurmağa səy göstərir. Bu, ŞA-nın korrupsiya ilə mübarizədə işinin təsirini artırmaq və nəticə əldə etmək üçün mühümdür.

Hökumətlə münasibətlərimizdə aparıcı prinsiplərimiz şəffaflıq, hesabatlılıq, dürüstlük və ədalət kimi dəyərlərimizdir. ŞA-nın hökumətlə fəaliyyət üsulu dövlət siyasəti və proseslərinin tərəfsiz təhlilinə, eləcə də, korrupsiya ilə mübarizə sahəsində monitorinqlərin keçirilməsi, ictimai sektorun müxtəlif sahələrində problemlərin həll edilməsi üçün tövsiyələrin hazırlanması və müsbət dəyişikliklərin təşviqi vasitəsilə hökumətin anti-korrupsiya fəaliyyətlərinə konstruktiv olaraq cəlb edilməsinə əsaslanır.

ŞA fərqli istiqamətlərdə vətəndaş cəmiyyəti üzvlərini əməkdaşlığa cəlb edərək (QHT-lərlə şəbəkə və mütəmadi görüşlər artıq keçirilməyə başlayıb) və icra etdiyi fəaliyyət və strategiyaların qiymətləndirilməsi və inkişaf etdirilməsi üçün onların fikir və töhfələrindən istifadə edərək hökumətə tövsiyələr hazırlayır. ŞA-nın keçirdiyi dəyirmi masalar dövlət qurumları və vətəndaş cəmiyyəti mütəxəssislərinə əsas korrupsiya məsələləri üzrə ölkədəki vəziyyəti müzakirə etməyə, islahatlar üçün vəkillik aparmağa və həmçinin, ŞA-ya korrupsiya ilə mübarizə və şəffaflığın təşviqi sahəsində ölkənin qabaqcıl məlumat mərkəzi və strateji əməkdaşı mövqeyindən çıxış etməyə imkan yaradır.

“Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyətinin üzvləri

  1. Nuriyev Əliməmməd Mali oğlu – “Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumatlandırma və Əməkdaşlıq Şəbəkəsinin Koordinatoru, İdarə Heyətinin sədri
  2. Əsgərov Vüqar Vagif oğlu, AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri
  3. Atayev Ceyhun Mübariz oğlu,  KSM və İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Menecer, PAŞA Bank
  4. Həsənov Hafiz Bəşir oğlu, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri
  5. Səmədzadə Sevinc Yaşar qızı,  Milli Koordinator, “Beynəlxalq Gənc Həmyaşıd Təhsili Şəbəkəsi” (Y-PEER)

“Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvləri

  1. Süleymanov Fuad Məhi oğlu – “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin İdarə Heyətinin sədri, müstəqil hüquqşünas
  2. Bağırov Sabit Aydın oğlu – “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım” Fondunun prezidenti
  3. Məmmədova Dürdanə Mirzə qızı – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında konstitusiya hüququ şöbəsinin müdiri
  4. Səfərəliyeva Rəna Teymur qızı – “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru

 

 

Bizim Bakıdakı əlaqələrimiz

Ünvan: AZ1001, Bakı ş., Cəfər Cabbarlı küç. 16, mən. 7 
Tel: (+994 12) 497 81 70

Tel: (+994 12) 497 68 15

Tel: (+994 55) 291 00 02

Fax: (+994 12) 596 20 38

E-mail: info@transparency.az

 

Hüquqi yardim üçün online müraciət: online@transparency.az

 

Antikorrupsiya və hüquqi məsləhət mərkəzinin qaynar xətti — 088 707 07 07

Şəffaflıq Azərbaycan təşkilatının işçi heyəti

Rəna Səfərəliyeva — “Şəffaflıq Azərbaycan”-nın İcraçı Direktoru
E-mail: rena@transparency.az

Elvin Yusifli – APT Layihəsinin direktoru
E-mail: elvin@transparency.az

Azər Talıbov – Baş  Hüquqşünas
E-mail: azer@transparency.az

Zəminə Əliyeva — Admin/Maliyyə Mütəxəssisi
E-mail: zamina@transparency.az

Zümrüd İsmayılova – APT Layihəsinin Qrant Meneceri, PR/Media Mütəxəssisi
E-mail: zumrud@transparency.az

Natəvan Hacıyeva – Baş Mühasib
E-mail: natavan@transparency.az

Aytən Əlizamanlı – Kiçik Hüquqşünas
E-mail: ayten@transparency.az

Məhəmməd Muradov – E-hökumət üzrə Layihə Koordinatoru
E-mail: mahammad@transparency.az

Aqil Məmmədzadə – İnformasiya və komunikasiya şəbəkələr üzrə koordinator
E-mail: agil@transparency.az

Bizim Gəncədəki əlaqələrimiz

Ünvan: Gəncə ş., H.Əliyev pr. 321/2,
Tel/fax: (+994 22) 266 26 05

Antikorrupsiya və hüquqi məsləhət mərkəzinin qaynar xətti — 088 202 02 02

Şəffaflıq Azərbaycan təşkilatının Gəncə ofisinin işçi heyəti

Sevinc Süleymanlı, Koordinator/Hüquqşünas
E-mail: sevinj@transparency.az

Lalə Abdullayeva, Layihə Köməkçisi
E-mail: lala@transparency.az

 

Bizim Qubadakı əlaqələrimiz

Ünvan: Quba ş., Fətəlixan küç. 65,
Tel: (+994 233)  35 14 91
Fax: (+994 233) 35 18 37

Antikorrupsiya və hüquqi məsləhət mərkəzinin qaynar xətti — 088 404 04 04

Şəffaflıq Azərbaycan təşkilatının Quba ofisinin işçi heyəti

Eldar Kərimov,  Layihə Koordinatoru/Hüquqşünası
E-mail: eldar@transparency.az

İmran Əskərov,  Layihə Köməkçisi
E-mail: imran@transparency.az