Vergi Məcəlləsinə dəyişikliklər: torpaq vergisi və torpağın satışına vergi

PO09_BS_Holding_ho_2304328g“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minən torpaqların satışının sadələşdirilmiş vergiyə cəlb edilməsi dəyişikliyini müsbət qəbul edir. Bununla yanaşı, illik torpaq vergisi ilə bağlı son zamanlarda Vergi Məcəlləsinə xeyli dəyişikliklər edilsə də, hələ də bəzi dəyişikliklərdə düzəlişlərə ehtiyac var. Continue reading

“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi «Özəl sektorda korrupsiya və onunla mübarizə» mövzusunda təlim keçdi

1

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi məmnuniyyətlə bildirir ki, təşkilatın layihə koordinatoru Məhəmməd Muradov Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) və Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 4-8 fevral 2017-ci il tarixlərində Qəbələ şəhərində keçirilən Antikorrupsiya Qış Məktəbinə təlimçi olaraq cəlb edilmişdir. Continue reading

“Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişikliklə bağlı

Foto Rena S.AR Nazirlər Kabinetinin 12 saylı, 24 yanvar, 2017 tarixli qərarı ilə “Xarici donorlar tərəfindən AR-nın ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişiklik edib. “Şəffaflıq Azərbaycan” təşkilatı dəyişikliyin QHT problemlərinin həlli istiqamətində mühüm addım olduğunu və xarici donorlar tərəfindən ölkə ərazisində qrant vermək hüququnun əldə edilməsi prosedurunu asanlaşdıracağını hesab edir. Continue reading

Korrupsiya Qavrama İndeksi (KQİ) 2016

CPI 2016“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2016-cı il üçün Korrupsiya Qavrama İndeksini (2016 KQİ) təqdim edir. Bu il Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cı sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın 2016 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. Continue reading

Korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı

Prokurorluq foto by Report.az“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ildə görülmüş işlərlə bağlı keçirilmiş mətbuat konfransında iştirak edib. Vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təşkil olunan konfransda R. Səfərəliyeva çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra aktual məsələlərə toxunub. O bildirib ki, ümumiyyətlə, korrupsiyaya qarşı mübarizədə müəyyən nailiyyətlər var. Bunu “Transparency International” təşkilatının hazırladığı Qlobal Korrupsiya Barometri (2016) və Korrupsiya Qavrama İndeksinin (2015) nəticələri də göstərir. Continue reading

Qrant müqavilələrinin qeydə alınması Qaydasına dəyişikliklərlə bağlı

DSC_0120Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə 11 yanvar, 2017-ci il tarixli qərarı xarici qrantların qeydə alınması istiqamətində irəliyə doğru atılmış addımdır. Bununla belə, hesab edirəm ki, vətəndaş cəmiyyəti institutlarının dayanıqlılığının artırılması üçün qrant haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac var. Continue reading

Regionlarda AHT üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı keçirilib

5666652  Regionlarda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (AHT) Beynəlxalq Təşəbbüsündə iştirakı ilə bağlı məlumatlandırma məqsədilə tədbirlər keçirilib.
Şəffaflıq Azərbaycan təşkilatı və 30 QHT-nin, eləcə də 10 dövlət qurumunun iştirakı ilə yaradılan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının missiyası və fəaliyyət istiqamətlərinə tədbirlərdə geniş yer ayrılıb. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru, Şəffaflıq Azərbaycan təşkilatının İdarə Heyətinin sədri Əliməmməd Nuriyev “Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib. Continue reading

Qlobal Korrupsiya Barometri 2016

barometer“Şəffaflıq Azərbaycan” təşkilatı “Beynəlxalq Şəffaflıq” Korrupsiyaya qarşı Qlobal Koalisiya tərəfindən hazırlanmış 2016-cı il üçün Qlobal Korrupsiya Barometrini (bundan sonra “Barometr”) təqdim etməkdən məmnunluq duyur. Bu ilki qlobal hesabat ayrı-ayrı regionlar üzrə buraxılışlar formasında nəşr olunur və Azərbaycana dair nəticələr Avropa və Mərkəzi Asiyada yerləşən 42 ölkənin 60,000-dən çox sakininin rəyini özündə əks etdirən ümumi hesabata daxil edilib. Azərbaycanda sorğuda iştirak etmiş şəxslərin sayı 1,510 olub və sorğu 2016-cı ilin aprel-avqust aylarında keçirilib. Barometr dünyada sadə vətəndaşların korrupsiya haqqında rəy və təcrübələrini öyrənən yeganə sorğudur. Geniş ictimaiyyəti əhatə edən sorğu kimi Barometr ayrı-ayrı dövlətlərdə korrupsiyanın insanların həyatına təsirlərini və korrupsiyanın miqyasının azaldılması istiqamətində aparılan səylərə yerlərdə münasibəti qiymətləndirən göstəriciləri özündə ehtiva edir. Aşağıda 2016-ci il üçün Barometrin ümumiləşdirilmiş qlobal nəticələri Azərbaycana aid informasiya ilə birlikdə müqayisəli şəkildə təqdim olunub. Continue reading