“ŞƏFFAFLIQ AZƏRBAYCAN” VƏ AZƏRİQAZ QAZ TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HESBATLILIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Jpeg25 iyun, 2014-cü il tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında qaz təchizatı sahəsində əldə edilmiş uğurlar və problemlərin müzakirə edilməsi və bu sahədə şəffaflıq və hesabatlılığın artırılmasını nəzərdə tutan tövsiyələr paketinin təqdim edilməsi məqsədilə dəyirmi masa təşkil edilmişdir.  Tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi keçirilib. Dəyirmi masada “Azəriqaz” İstehsalat Birliyi, “Azərpoçt”, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Son illərdə müvafiq dövlət qurumları tərəfindən qaz təchizatı sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Buraya müraciət mexanizmlərinin effektivləşdirilməsi və şəffaflaşdırılması, istehlakçılarla yeni müqavilələrin təsdiq edilməsi, qaz sayğacların quraşdırılmasıni tənzimləyən yeni qaydalar və smart sayğacların istifadə edilməsi məsələləri daxildir.
Tədbirin keçirilməsində əsas məqsəd qaz təchizatı prosesinin şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları minimuma endirmək və, eyni zamanda bu sahədə təhlükəsizlik normaları, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaq olmuşdur.
“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi əhalinin qazla təminatı sahəsində həyata keçirilən son islahatlar barədə danışmışdır. Kommunal sahə üzrə ekspert Ələlkbər Ağasıyev qaz təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquq pozmaları haqqında çıxış etmişdir. “Şəffaflıq Azərbaycan” təşkilatının layihə direktoru Elvin Yusifli isə qaz təchizatında problemlərin aradan qaldırılması ilə bağlı tövsiyyələrin xülasəsini təqdim etmişdir.
İştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, qaz təchizatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırlıb.Hesabatın yekün variantı ilə buradan tanış ola bilərsiniz.

Related posts: