“Şəffaflıq Azərbaycan” təşkilatının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Azərbaycan Şəffaflıq Təşkilatı (APT Layihəsi) Layihəsi çərçivəsində gənclərin könüllü təşəbbüsü ilə növbəti tədbir baş tutmuşdur. “Y-PEER Azerbaijan” gənclər təşkilatının fəal könüllülər komandasının təşkilatçılığı ilə 24-28 fevral tarixlərində “Şəffaflıq və yaxşı idarəetmə” mövzusunda teatr əsaslı təlim keçirilmişdir.
Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclər 5 günlük təlimdə idarəçilikdə şəffaflıq, hesabatlılıq və dürüstlük mexanizmləri barədə fərqli təcrübələrlə tanış olmuş, interaktiv sessiyalar vasitəsilə öyrəndiklərini səhnələşdirmişlər. Təlimin ilk günündə iştirakçılara korrupsiya məfhumu barədə və “Şəffaflıq Azərbaycan” təşkilatının hazırladığı Milli Şəffaflıq Sistemi haqqında məlumat verilmiş, idarəçilikdə şəffaflıq və hesabatlılıq anlayışları beynəlxalq nümunələr əsasında izah edilmişdir. Təlimin ikinci günü korrupsiya halları haqqında məlumat verən şəxslərin hüquqlarının müdafiəsi mexanizmləri və büdcə şəffaflığı mövzuları ilə əlaqəli sessiyalardan ibarət olmuşdur. Təlimin üçüncü günü keçirilmiş hüquqi maarifləndirmə seminarlarında dövlət orqanlarına ərizə və şikayətlərin yazılması, elektron xidmətlərdən istifadə olunması və qaynar xətlərin fəaliyyəti ilə tanış olmuşlar. Son iki gündə iştirakçı gənclər yaxşı idarəçilik mövzusunda müxtəlif sosial tamaşaları hazırlamış və geniş auditoriya qarşısında təqdim etmişlər.
“Şəffaflıq Azərbaycan” təşkilatı APT Layihəsinin gənclər komponenti çərçivəsində silsilə seminar və könüllü təlim sessiyaları həyata keçirir və gəncləri bu fəaliyyətlərdə fəal iştirak etməyə dəvət edir.
GƏNCLƏR “ŞƏFFAFLIQ VƏ YAXŞI İDARƏÇİLİK” MÖVZUSUNDA TƏLİM SESSİYASINI UĞURLA BAŞA VURUBLAR
HÖKUMƏTLƏ VƏTƏDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ ARASINDA MÜZAKİRƏLƏR DAVAM EDİR
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan...
Gənclər və universitet tələbələri ilə “KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ QAYN...
Azərbaycan Şəffaf Dövlət Satınalmaları Reytinqi üzrə qiymətləndirilib
BEYNƏLXALQ ŞƏFFAFLIQ TƏŞKİLATININ BƏYANATI
Milton Fridman pulun xərclənməsinin dörd yolu haqqında və ya dövlət satınal...
Media üçün məlumat: Varşavada anti-korrupsiya tədbiri
Elektron imza sertifikatlarının verilməsi başlayandan ümumilikdə 176 724 se...